Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Qafqaz qaynayır, Uzaq Şərq isə... –Rusiya dağılmaq üzrədir

 

Rusiyanın tam və əsl maliyyə təcridi başlayıb.

Yenixeber.org: Bu sözlər rusiyalı eks-deputatı Konstantin Borovoyun “Apostrof” saytında dərc olunan məqaləsində yer alıb.

“Hesablar blokalanır, Qərb şirkətləri, bankları kredit xətlərini bağlayırlar. Banklar sanksiyalar altına düşəcəklərindən qorxurlar və bu tendensiya bütün dünyada gedir. Əgər Kremlə əvvəl xaricdə maliyyət ehtiyatları toplamaq asan idisə, indi onlar bankirlərin tam nəzarətinə düşüb. Böyük investisiyalar isə bloklanır. Qərbin ticarət üçün yaratdığı vasitələr mərhələli şəkildə sadəcə məhv edilir.

Hesabların dondurulması və ticarətin təcridini özündə ehtiva edən sanksiyaların ikinci mərhələsi hələlik qüvvəyə minməyib. Bu baş verəcəyi halda banklar çox çətin vəziyyətə düşəcəklər. Onlardan rus kapitalını niyə qəbul etdiklərini izah etmələri tələb ediləcək”, – deyə o bildirib.

Borovoy Rusiya pullarının artıq zəhərli və təhlükəli olduğunu deyib:

“Ona görə də Putinin danışıqlara ehtiyacı var. O, sanksiyalar rejimini yumşaltmağa cəhd edir. Ona Trampla, AB ilə, yaponlarla danışıqlar lazımdır.

Putinə istənilən görüş və danışıqlar lazımdır. Bu, ən azından dünya lideri, təsiredici qüvvə olması təəssüratını yaratmaq üçün gərəklidir. Bu ona ilk növbədə hakimiyyətdə qalmaq, rusların gözündə adekvat lider imici üçün lazımdır. İkinci növbədə isə bu ona Qərb iqtisadiyyatına müxtəlif vasitələrlə yatırılan 2 trilyon dollarlıq kapitalı qorumaq üçün gərəkdir. Putin hələ də ümidlidir ki, onun sanksiyalarla əvəz edilməsi üçün nəyisə qalıb”.

Borovoy Rusiyanın özündə ciddi proseslərin başladığını iddia edib:

“Rusiyanın özündə ciddi proseslər başlayıb. Qafqaz qaynayır, Uzaq Şərq hakimiyyətin avtoritar xarakterinə reaksiya göstərir. İndiki situasiyada ən ağıllı addım geri çəkilməyə başlamaq olardı. Putinə görə isə hakimiyyəti qorumaq üçün geri çəkilmək olmaz. Demək ki, o, dövlətin süqutunu yaxınlaşdırır. Əgər 10 il əvvəl bu şişirtmə və absurd idisə, indi Rusiyada dezinteqrasiya məsələləri açıq müzakirə edilir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam