Sanksiyalar Rusiya iqtisadiyyatı üçün nə vəd edir?
"Xeberinfo.com": Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar paketi qüvvəyə minib. “Wall Street Journal” xəbər verir ki, yeni sanksiyalar Rusiyanın neft və müdafiə sənayesi sahəsindəki şirkətlərini əhatə edəcək. Qəzetin məlumatına görə, sanksiya siyahısına “Rosneft”, “Qazpromneft”, “Transneft”, “Oboromprom”, “Uralvaqonzavod” və “Birləşmiş Aviaqayırma Korporasiyası” daxil edilib. Sanksiyalar bundan ibarət olacaq ki, adıçəkilən şirkətlər Qərb ölkələrinin banklarından 30 gündən artıq müddətə kredit götürə bilməyəcəklər.
Bundan başqa, yeni sanksiyalar paketində nəzərdə tutulub ki, bir sıra AB ölkələrinə “Kalaşnikov” silahlarının idxalı qadağan edilsin.
İqtisadçı ekpsert Məhəmməd Talıblı hesab edir ki, bu sanksiyaların üçüncü mərhələsidir: “Bu sanksiyalar Rusiyanın daha çox maliyyə, bank sektorunu əhatə edəcək. Banklara daha çox ciddi zərbə vurmaqdı. Ölkənin iqtisadiyyatının qan-damar sistemi olan maliyyə sistemi üçün ciddi təhlükələr vəd edir. Rusiyanın Ukraynaya müvəqqəti olaraq uzunmüddətli pressinqi hərbi müstəvidə davam edir. Bir çox şəhərlər Rusiyanın hücumuna məruz qalır. Ancaq faktiki olaraq Ukraynanın deyil, bu ölkənin olan digər demokratik kəsimi də Ukraynaya görə birləşiblər. Ona görə də bu sanksiyalar bir ölkəni deyil böyük bir coğrafiyanı əhatə edəcək. ABŞ və Avropanın iqtisadiyyatı güclü olan ölkələrin Rusiyaya təzyqiləri artacaq. Bəs, bu sanksiyalar Rusiya iqtisadiyyatı üçün nə vəd edir? Əgər bu uzun müddət davam edəcəksə Rusiya iqtisadiyyatının tamamilə çökdürülməsinə deyil, əhəmiyyətli sürətdə zəiflədilməsinə gətirib çıxarada bilər. İndiki halda müəyyən geriləmələr yaradacaq. Rusiya bu təzyiqlərə davam gətirməsi daha çox təzyiqin xarakteri və onun davamlı olmasıyla bağlıdır. Xarici investisiyalar Rusiyadan tamamilə uzaqlaşacaqsa, birləşəcəklərsə bu o deməkdir ki, Rusiya iqtisadiyyatı çətin duruma düşəcək”.
Məhəmməd Talıblı deyir ki, Rusiya vətəndaşlarının böyük bir hissəsi öz iqtisadiyyatlarına inamları azalıb: “Rusiya vətəndaşların uzunmüddətli əmanatlərin bank sektorundan geri çəkilməsiylə bağlı çox ciddi siqnallar alırıq. Əslində bu bank sektorun, iqtisadiyyatına olan inamın zəifləməsindən xəbər verir. Bu sanksiyalar Rusiyanın militarist və hegemon siyasəti qarşısına iqtisadiyyatının çökdürülərək bunu daha dişsiz vəziyyətə gətirməkdən ibarətdir. Onu da qeyd edim ki, yaxın dövrü rus iqtisadiyyatının çökəcəyilə bağlı illuziyaları paylaşmıram. Sadəcə əvvəlki illərlə müqayisədə iqtisadiyyatı tükədəcək. Yaxın və uzaq gələcək üçün çox ciddi minaların partladılması zəmini yaradacaq”.
Azərbaycanda son 10 ildə bizim hesablamalara görə təxminən 1000 nəfərə yaxın şəxsin şəxsiyyət vəsiqəsinin və ya pasportunun fəaliyyətsizləşməsi haqqında qərar qəbul olunub. Bu qərarlar DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən qəbul edilir. Belə qərarlar pasportdakı məlumatlar səhv olduqda, şəxs vətəndaşlığı saxta sənədlər əsasında qəbul etdikdə, pasportdakı məlumatlarla şəxsin məlumat bazalarında olan məlumatlarının fərqlı olması müəyyən edildikdə, pasportun tərtib olunması zamanı yanlışlığa yol verildikdə qəbul edilir. Belə hallarda pasportu fəaliyyətsizləşdirilən şəxslər qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etməlidirlər. Ancaq məhkəməyə müraciətdən əvvəl DİN-in Baş Pasport və Miqrasiya İdarəsinə müraciət etməli və pasportun fəaliyyətsizləşdirilməsi haqqında qərarı götürməlidir və məhz həmin qərarı məhkəmədə mübahisələndirməlidir. Əgər qərar mövcud deyilsə, sadəcə pasportun fəaliyyətsizləşdirilməsinə səbəb olan əsashaqqında DİN-dən rəsmi cavab alınmalı və məhkəməyə müraciət olunmalıdır. Məhkəmələr bir qayda olaraq DİN-in belə qərarlarını ləğv edirlər. Çünki bizə bu cür problemlərlə rastlaşdığı üçün müraciət edənlərin sayı yüzlərlə olub”.