Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya “SWIFT”dən kənarlaşdırılır

 

Rusiyanı beynəlxalq ödəniş sistemi olan “SWIFT”dən kənarlaşdırılması yenidən gündəmə gəlib. Rusiya bankları Qərbin belə bir addım atacağı təqdirdə hansı qərarlar qəbul edəcəklərini müzakirə ediblər. “Rusiya banklarının beynəlxalq ödəniş sistemi olan ”SWIFT"dən kənarlaşdırılması yolverilməzdir, bu tip sanksiyanın tətbiqi müharibə elan etmək deməkdir". 

 

"Xeberinfo.com": Rusiyanın “Vedomosti” qəzetinin yazdığına görə, bunu “VTB” Bankın prezidenti Andrey Kostin “Handelsblatt” adlı alman jurnalına müsahibəsində deyib. Kostin bildirib ki, bu baş verəcəyi halda ABŞ səfiri Moskvanı dərhal tərk etməlidir. O, eyni zamanda rus bank sisteminin dollar və avrodan asılılığını etiraf edib. Kostin bildirib ki, Rusiyanın “SWIFT” sisteminə qarşı alternativ planları mövcuddur. 

“VTB Capital” holdinqin birinci müavini, Idarə Heyətinin sədri Yuri Solovyov “Kommersant” qəzetinə alternativ şəbəkə haqqında məlumat verib. O bildirib ki, cari ödəniş əməliyyatlarının 90 faizini daxili köçürmələr təşkil edir ki, bunun üçün də alternativ kanal var: “Qalan köçürmələr xaricdəki müxbir banklar vasitəsilə reallaşır ki, onlar üçün problem yarana bilər. Lakin məsələnin müsbət həlli üçün çox çalışırıq”.

Qeyd edək ki, hələ sentyabr ayında Avropa Parlamenti tərəfindən sanksiyalara əlavə olaraq Rusiyanın “SWIFT” sistemindən ayrılması təklifləri səslənmişdi. Bu sistemdən istifadəçilərin sayına görə Rusiya ABŞ-dan sonra ikinci yerdədir. Şimal qonşumuzun Mərkəzi Bankı gələn il alternativ sistemin fəaliyyət göstərəcəyini bəyan elib.

Xatırladaq ki, “SWIFT” bütün dünyada bankların qoşulduğu bir şəbəkədir. Burada söhbət banklar arasında maliyyə əlaqəsinin qurulmasından gedir. Banklar köçürmə əməliyyatlarını “SWIFT” vasitəsilə icra edirlər. 

Ekspertlər hesab edir ki, Rusiyanın bu şəbəkədən ayrılması Azərbaycan üçün də ürəkaçan deyil. Birincisi, “VTB Bank-Azərbaycan”ın fəaliyyətini iflic vəziyyətə sala bilər. Ikincisi isə, Dövlət Neft Fondunun 2,9 faiz səhmdarı olduğu “VTB Bank”dakı fəaliyyətinə təsir göstərməsi şəksizdir.  

Iqtisadçı ekspert Samir Əliyev Rusiyaya qarşı belə bir sanksiyanın tətbiq olunacağını düşünmür: “Artıq sentyabr ayından başlayaraq Rusiyanın ”SWIFT" sistemindən kənarlaşdırılması ilə bağlı müzakirələr gedir. Hətta Böyük Britaniyanın Baş naziri Devid Kameron da bu məsələni gündəmə gətirib. Mən bunun baş verə biləcəyini qeyri-real hesab edirəm. Düşünmürəm ki, Rusiya bankları “SWIFT”-dən kənarlaşdırılsın".

Ekspert hesab edir ki, əgər bu baş verərsə, şimal qonşumuzun maliyyə sektoruna ciddi təsir göstərəcək: “Rusiya banklarının xarici maliyyə təşkilatları ilə əlaqələrindən tutmuş, beynəlxalq reytinq almalarına qədər məsələlərdə çətinliklər yaradacaq. Əlbəttə, ilk olaraq sanksiyaya məruz qalmış 5 banka tətbiq edilə bilər, daha sonra bütün banklara şamil etmək istəyirlər. Belə olan halda, təkcə xariclə deyil, daxili əməliyyatların aparılmasında da problemlər meydana çıxacaq. Rusiyada çıxış yolu kimi bildirirlər ki, faks, teleksdən istifadə edəcəklər. Amma bu gün elə bir dövrdür ki, heç bir bank buna getməyə razı olmaz. ”Nəzərə almaq lazımdır ki, Azərbaycan Dövlət Neft Fondu Rusiyanın “VTB” Bankının səhmdarlarından biridir. Bankın taleyi onun səhmdarı üçün problem yaradır. Artıq “VTB” Bankın səhmlərinin gəlirliliyi aşağı düşüb. Əgər “SWIFT”   sistemindən çıxarılarsa, bankın mövqeyi daha da pisləşəcək. Onların xərclərinin artmasına gətirib çıxaracaq. Hər bir halda baş verən proseslər Dövlət Neft Fondunun ziyanınadır",- deyə ekspert vurğuladı.

Iqtisadçı Oqtay Haqverdiyev isə bildirdi k, Rusiyanı “SWIFT”dən kənarlaşdırılması fikri indi də var. Amma Rusiyanın buna qarşı durması üçün gərək ölkə müasir bank sisteminə sahib olsun. Eyni zamanda bu sistem büdcə ödəmələrində, büdcə xərclərində istifadə olunur: “Avropada bu sistemin formalaşdırılması uzun illər boyunca gedib. Bu sistemin daha möhkəm olması üçün həmin sistemdə nizamnamə kapitalı milyardlarla ölçülən bankların da olması gərəkdir. Rusiya da isə bu tip banklar çox azdır. Özü də bir qədər güclü sayıla biləcək banklar yalnız inzibati metodlarla ayaqda saxlanılıb. ”SWIFT"dən kənarlaşdırılma Rusiyaya iqtisadiyyatını kreditləşdirməyə imkan verməyəcək. Qərb Rusiyanın maliyyə sistemini hədəf alıb. Sanksiyalar artıq öz bəhrəsini verməkdədir".

Rusiyanın “SWIFT”dən kənarlaşdırılmasının Azərbaycana pul köçürmələrinə necə təsir edəcəyinə gəlincə isə, O.Haqverdiyev bildirdi ki, bu istiqamətdə problem yaşanmayacaq. Çünki “SWIFT” böyük pul köçürmələri üçün nəzərdə tutulub. Rusiyada yaşayan azərbaycanlıların isə ölkəmizə pul köçürmələri kiçik məbləğli olur və əsasən Rusiyada yerləşən Azərbaycan Beynəlxalq Bankının vasitəsilə həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam