Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Səud-İran müharibəsi başlayır?-Şərh

Səudiyyə Ərəbistanı İranla müharibəyə başlayan deyil.

Yenixeber.org: Bu sözləri Qaşıqçı olayına görə İran-Səudiyyə savaşının başlaya biləcəyi ilə bağlı iddialara münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, ABŞ-ın bu müharibəni başlaması üçün Səudiyyə Ərəbistanına dəstək verməsi inandırıcı görünmür:

“Səudiyyə Ərəbistanı Yəməndə üsyançı husilərin öhdəsindən gələ bilmir, İranla necə müharibə edəcək?! Odur ki, Səudiyyə Ərəbistanı bu cür riskə gedə bilməz. Ordunun müasir silahlarla təchiz olunması hələ həmin ordunun güclü olması anlamına gəlmir. Səudiyyə Ərəbistanının ordusu Yəmən müharibəsində zəif olduğunu göstərdi. Orduda zabit, əsgər heyətinin ruh yüksəkliyi və peşəkarlığı müasir müharibələrdə də ən önəmli cəhətdir. Yəməndə Səudiyyə Ərəbistanı tərəfində muzdlular vuruşur. Muzdlu orduyla uzağa getmək olmaz. İran ordusu Səudiyyə ordusundan daha güclü, peşakardır. İran ordusunun zabit, əsgər heyətinin ruh yüksəkliyi Səudiyyə Ərəbistanı ordusundan daha yüksəkdir”.

Politoloq vurğulayıb ki, ABŞ Səudiyyə Ərəbistanına silah satsa da, müasir silahlarının işlənmə kod və parollarını ərəblərə vermir:

“Eyni zamanda, Qərbə tarix boyu İran lazım olub, indi də lazımdır. Tarixdə heç vaxt görülməyib ki, Avropa İrana səlib yürüşü etsin. İranın varlığı Qərb üçün islam dünyasının parçalanmasına şərait yaradır. Qərb İranı zəiflədə bilər, ancaq heç vaxt İranın məhv edilməsi yolunu seçməz. Yuxarıda qeyd qeyd etdiyim faktlara söykənərək söyləyə bilərəm ki, Amerikanın dəstəyi ilə Səudiyyə Ərəbistanının İrana müharibə elan edəcəyi tezislərinə heç vaxt ciddi yanaşmamışam”.

Qeyd edək ki, türkiyəli ekspert Yasin Atlıoğlu Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın ABŞ-ın dəstəyi ilə İranla müharibəyə başlaya biləcəyi iddiası ilə çıxış edib.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam