Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putinlə Ərdoğanın Afrika görüşü:Qarabağ müzakirə ediləcək?

 İlk baxışda BRİKS təşkilatı böyük dövlətlərin güclü ittifaqı kimi görünsə də, əslində, bu təşkilatı hər zaman MDB-yə bənzədirəm.

Yenixeber.org: Bu sözləri beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, MDB və BRİKS arasında olan fərq BRİKS-ə daxil olan olan dövlətlərin əhalisinin sayının təxminən dünya əhalisinin yarısı qədər olmasındadır:

“2009-cu ildən mütəmadi olaraq bu təşkilatın sammitləri keçirilir, qərarlar, perspektiv planlar və s. qəbul olunur. Ancaq BRİKS hələ də effektli bir təşkilata çevrilə bilməyib. Təşkilata daxil olan 5 dövlətdən 3-nün (Rusiya, Çin, Hindistan) nüvə dövləti olmasına baxmayaraq, fərqli maraqlara malik olduqları üçün dünyadakı proseslərə təsir imkanları yoxdur. Cənibi Afrika Respublikasında baş tutan yubiley sammitinin də əvvəlkilərdən fərqli olacağına inanmıram. Düzdür, hər zamankı kimi hay-küylü, reklamlı tədbir təbliğatı aparılır. Tədbirdə ölkələr arasında ticarətlə, müxtəlif iqtisadi layihələrlə bağlı müzakirələr olacağı öncədən gözlənilirdi”.

Ekspert qeyd edib ki, sammitə qonaq qismində dəvətli olan 12-dən çox dövlət başçısından biri kimi Ərdoğanın orada iştirakı Türkiyənin bu təşkilata üzv olacağı anlamına gəlməməlidir:

“Müşahidələrimə görə, Ərdoğan indiki dönəmdə daha çox ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Hər fürsətdə Putinlə görüşməsi isə bu iki dövlətin regionda ortaq maraqlarının olması ilə bağlıdır. Amma bu maraqlarda kəsişən xətlər də çoxdur. Suriya məsələsində bəzi məqamlar var ki, iki dövlətin orada ortaq məxrəcə gəlməsi mümkün görünmür. Odur ki, sammitdə Putin-Ərdoğan görüşündə yenə də iki ölkə arasında iqtisadi münasibətlərlə yanaşı, Yaxış Şərq problemi əsas yer tutacaq”.

Ekspert qeyd edib ki, Suriya məsələsində iki dövlətin müzakirələr aparmasına böyük ehtiyac var:

“Çünki ortada fərqli maraqlar, yanaşmalar hələ də durur. Onların bir neçə görüşdə həll oluna biləcəyi isə inandırıcı deyil. Amma görüşlər hər zaman gərginliyi aradan qaldıran əsas vasitə hesab olunduğundan, bundan imkan düşdükcə istifadə etmək hər iki dövlətin maraqlarına xidmət edər”.

Ekspert Putinlə Ərdoğanın görüşündə Qarabağ məsələsinin müzakirə edilib-edilməyəcəyinə də münasibət bildirib:

“Putinlə Ərdoğan arasında Qarabağ məsələsi çox müzakirə olunub və inanmıram ki, əlavə nələrisə deməyə ehtiyac olsun. Lakin prosesin tezləşdirilməsi və s. barədə qısa fikir mübadilələri ola da bilər. Buna da hər hansı neqativ məna vermək doğru deyil”.

Qeyd edək ki, BRİKS sammiti çərçivəsində Ərdoğanla Putinin görüşü gözlənilir.(axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam