Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İSA ÖZDƏMİR AZƏRBAYCANDAKI FETO-çuları SATDI -Hər şeyi etiraf etdi

248188_res_01

MİT (Milli İstihbarat Təşkilatı) əməliyyatı zamanı tutularaq Azərbaycandan Türkiyəyə gətirilən, FETÖ-nun Azərbaycandakı kassası hesab edilən İsa Özdemir təşkilatın üzvü olmadığını , əksinə FETÖ-ya nifrət etdiyini bildirib. 

Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, O, Ankaranın prokuroru Birol Tufana verdiyi ifadəsində FETÖ ilə əlaqəsi olan şəxslərin adlarını çəkib.

“Bakı kiçik yer olduğu üçün hamı bir-birini tanıyır. Xüsusilə də, türklər bir-birini tanıyırlar. FETÖ terror təşkilatının içində olan şəxslərdən biri A.S. adlı şəxsdir.Bütün təşkilatı məsələləri o yönləndirir. Ticarətlə məşğuldur. E.T. adlı şəxsi isə o qədər də yaxşı tanımıram. O da ticarətlə məşğul olur. Daha əvvəl Azərbaycanın Quba şəhərində FETÖ-ya aid kollecdə çalışıb.

F.Y. adlı şəxs isə təşkilatın içərisində yer alan biridir. Qərarların verilməsində onun da rolu olub. Ticarətlə məşğuldur.

248198_src

M.Ç. adlı şəxs də təşkilatın tərəfdarlarından biridir. S.K. adlı şəxs FETÖ içərisində yer alan, təşkilata yardım və dəstək göstərən iş adamıdır. O, təqaüd və digər formalarda yardım edir. F.S.B. də təşkilatın içində yer alan və yardım edən şəxslərdəndir. Pərdə biznesi ilə məşğuldur”, – deyə İ. Özdemir bildirib.

O, həmçinin ifadəsində ondan soruşulan 2017-ci ilin 3 iyul- 22 iyun tarixləri arasında 8 ədəd ABŞ dolları göndərməsini ticarət məqsədilə etdiyini deyib. Amerikadakı “Y” firmasından isitmə, havalandırma sistemləri ilə bağlı əşyalar alınıb: “Bu pulları mən göndərdim və qarşılığında da lazım olan əşyalar gəldi. Bunun qəti şəkildə təşkilatla əlaqəsi yoxdur. FETÖ üzvü və tərəfdarı deyiləm. Əksinə, təşkilata nifrət edirəm”, - deyə İ. Özdemir qeyd edib.

Lakin məhkəmə orqanları tərəfindən İ.Özdemirin etriafçı kimi qəbul edilib-edilməyəcəyi məlum deyil. Azərbaycandan gətiriləndən sonra ona “silahlı terror təşkilatı üzvü olma” ittihamı irəli sürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam