Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SURİYA UĞRUNDA RƏQABƏT TÜRKİYƏYƏ YENİ İMKANLAR AÇIR–Ankara bundan yararlana biləcəkmi?

Oytun Orhan,

Orta Şərq Strateji Araşdırmalar Mərkəzi, Orta Şərq mütəxəssisi

“Anadolu” Agentliyi, Türkiyə, 16 fevral 2018-ci il

 

Yenixeber.org: Suriyada İŞİD-lə mübarizənin böyük ölçüdə başa çatması ilə 2018-ci ildə vətəndaş müharibəsinin yekunlaşacağı və siyasi həll mərhələsinə keçiləcəyi ilə bağlı gözlənti də yüksəlmişdi. Ancaq İŞİD-lə mübarizənin hardasa başa çatmış olması Suriyada yeni toqquşmalara səbəb oldu. Çünki Suriya daxilində yaranan faktiki sərhədlər hələ də bir çox oyunçunu qane etmir və bu oyunçular hakimiyyətin yenidən bölgüsünü  tələb edir.

Suriyada İŞİD-lə mübarizənin başa çatması ilə dörd münaqişə dinamikasının ortaya çıxdığı və gücləndiyi bildirilir:

– rejim və müxaliflər arasında atəşkəs bölgəsi anlaşması ilə nisbətən azalma meyli göstərən toqquşmaların İdlib və Şərqi Quta mərkəzli olaraq alovlanması;

– Türkiyənin Şimali Suriyada YPG/PKK-ya yönəlik hərbi həmlələrinin artaraq davam etməsi;

– Rusiya-İran-Rejim ittifaqı ilə ABŞ-YPG ittifaqı arasında Suriyanın şərqində yeni münaqişə dinamikasının ortaya çıxması;

– İranla İsrailin Suriyada dolayısı ilə və birbaşa üzləşməsi.

 

İdlibdəki türk hərbi mövcudluğu təminatdır

 

Suriya rejimi və İran, müxaliflərin nəzarət etdikləri kiçik “ciblər”ə görə siyasi güzəşt ala bilməyəcəyini düşünür. Bu iki ölkə toqquşmasız bölgələr haqqında anlaşmanı imzalasa da, bunu zaman qazanmaq, müxalifləri məhdudlaşdırmaq və müxtəlif cəbhə xətlərinə yönəlmək üçün bir vasitə olaraq gördülər. Rejim və İran bütün Suriya torpaqlarında Dəməşqin hakimiyyəti təsis edilənədək müharibəni davam etdirmək məsələsində qərarlıdır. Bu düşüncənin ən önəmli əlaməti iranlı milislərin və rejimin İdlibdə müşahidə nöqtəsi qurmaq üçün ora gələn türk ordu hissələrinə yönəlik  top atışları həyata keçirməsidir.

Digər bir əlamət İdlibdə "Əbu Zuhur" əməliyyatını tamamlayan Suriya ordusuna bağlı elit birliklərin Şərqi Quta bölgəsinə göndərilməsidir. Yaxın zamanda toqquşmasız bölgə olaraq qəbul edilən Şərqi Qutada da qaynar toqquşmalar ola bilər.

Görünən odur ki, suriyalı müxaliflər baxımından yeganə seçim Türkiyənin təklif etdiyi çıxış yoludur. Rejimin son İdlib əməliyyatı müxaliflərin dirəniş gücünün getdikcə azaldığını ortaya qoydu. İdlibdə mülki əhalinin və müxaliflərin sabitliyə və təhlükəsizliyə qovuşmasının yeganə yolu Türkiyənin 12 müşahidə nöqtəsini yaratmağı bacarmasıdır. İdlib əhalisi və müxaliflər türk əsgərinin İdlibdə rejimə qarşı zəmanət verəcəyini, Rusiyanın hava hücumlarını əngəlləyə biləcəyini düşünür.

Ancaq bu planın reallaşmasının önündəki ən böyük əngəl “Heyət Təhrir-i əl-Şam” içindəki xarici döyüşçülərin təşkil etdiyi radikal qrupdur.

Bu kəsimin hücum riskinə rəğmən, Türkiyə Afrin əməliyyatına paralel olaraq İdlibdə müşahidə nöqtələrinin yaradılması prosesini sürətləndirib. İdlibin xaricindəki “müxalif ciblər”də də xalqın rejimə qarşı təminatçı olaraq Türkiyənin müşahidə nöqtələri yaratmasını istədiyi görünür, ancaq Rusiya və İranla koordinasiya olmadan bunun həyata keçirilməsi realist yanaşma deyil. Rusiya İrana qarşı balans ünsürü olaraq Türkiyəni önə çıxarmağı istəsə də, rejimin və İranın belə bir plana yanaşmaları mümkün görünmür.

 

Suriyada ABŞ-Rusiya rəqabəti qızışır

 

Türkiyə rejimlə müxaliflər arasındakı hərbi balansın qorunmasını, mövcud sərhədlər əsasında siyasi həllə nail olunmasını istəyir və YPG/PKK bölgələrini ortadan qaldırmaq məsələsində də qərarlıdır. Bu məqsədlə uzun zamandır hazırlıq görən Türkiyə, Rusiya ilə lazım olan koordinasiyanın təmin edilməsilə birlikdə, birbaşa YPG-yə yönəlik hərəkatını Afrində başladı. Yəqin ki, Afrin əməliyyatı Türkiyənin Suriyada YPG/PKK ilə mübarizəsində ilk səhnədir və onun ardınca Menbiç və Fəratın şərqinin gündəliyə gələcəyi sirr deyil. Bu üzdən, Afrinlə qızışan şimali Suriya cəbhəsinin önümüzdəki dövrdə daha isti hadisələrə səhnə olacağını rahatlıqla söyləmək olar.

Rejim-YPG əlaqəsi vətəndaş müharibəsinin başlanğıcından bu yana dəyişkən bir kurs izləyib. Ancaq ümumi mənada iki tərəfin də təhdid öncəliyi heç bir zaman bir-birləri olmayıb. Ortaq təhdidlərə qarşı birgə döyüşməməyə və bəzən də birlikdə hərəkət etməyə dayanan əməkdaşlığı inkişaf etdiriblər. Lakin iki tərəf də heç bir zaman bir-birinə tam olaraq güvənmədi. Ortaq təhdidlərin zəifləməsi, YPG-nin ABŞ-la hərbi əlaqəsinin artması, onun geniş ərazilərə və neftlə zəngin sahələrə nəzarət etməyə başlaması və federativ tələbləri gündəmə gətirməsi tərəflər arasındakı əlaqələrin xarakterini də dəyişdirib.

Bu rəqabət özünü ən açıq şəkildə Deyr əz-Zor şəhərinin ələ keçirilməsi üçün iki tərəf arasında yaşanan yarış zamanı göstərdi. Rejim bu yarışda qalib gəldi, ancaq YPG də ABŞ-ın dəstəyilə fürsətdən istifadə edərək, Fəratın şərqində qalan Deyr əz-Zorun kənd yerlərini ələ keçirməyi bacardı. Rejim önəmli yaşayış yerlərini, İraqla sərhəd qapısını ələ keçirmiş olsa da, ölkənin ən zəngin neft bölgələri və əkin sahələri YPG-nin əlində qaldı. Bu durum Deyr əz-Zor yarışının bitməsinin ardınca tərəflər arasında yeni bir toqquşmanın fitilini yandırdı. Rejim güclərindən və rus milislərdən ibarət olan qüvvələr YPG nəzarətində olan bir neft sahəsini geri almaq üçün Fəratın şərqinə doğru hərəkətə keçdi. Rejimin bu həmləsinə qarşı ABŞ-ın cavabı sərt oldu. Hava hücumu və top atışları ilə verilən qarşılıq nəticəsində 100-dən artıq Suriya əsgəri və rus milisi həyatını itirdi. ABŞ bu həmləsilə Afrində qorumağı bacarmadığı müttəfiqi YPG/PKK-nı Fəratın şərqində nəyin bahasına olursa-olsun qorumağa qərarlı olduğunu və bu sahələrin “toxunulmaz” olduğunu göstərməyə çalışdı. ABŞ-ın bu hücumu ilə sadəcə rejimə deyil, Menbiçə yönəlməyi düşünən Türkiyəyə də bir mesaj vermə niyyətində olduğu düşünülə bilər. Lakin ABŞ-ın bu sərt cavabının nə rejimi, nə də Türkiyəni durdurması gözlənilən deyil. Çünki rejimə bağlı güclər Deyr əz-Zorun kənd yerlərində YPG/PKK sahələrinə yönəlik bir hücum üçün hazırlığa başlayıb artıq. Önümüzdəki günlərdə bu cəbhədən də bəzi isti xəbərlərin gəlməsi sürpriz olmayacaq. Bu durum Suriyadakı ABŞ-Rusiya rəqabətinin də getdikcə qızışacağı anlamına gəlir.

 

Cənub cəbhəsindəki hərəkətlilik

 

Son olaraq, uzun müddətdir səssiz olan cənub cəbhəsindən toqquşma xəbərləri gəlib. İran PUA-sını vurmaq üçün Suriya hava sahəsinə girən İsrail təyyarəsinin Suriyanın HHM sitemləri tərəfindən vurulmasının ardından İsrail Suriyada İran, Hizbullah və rejimə aid olan hədəfləri havadan vurub.

İsrail uzun müddətdir ki, İranın və vəkillərinin Suriyada həddindən artıq güclənməsini qayğı ilə izləyir, ancaq müdaxilə edə bilmir. Suriya vətəndaş müharibəsinin nə zaman bitəcəyilə bağlı verilən proqnozlarda İsrailin geci-tezi Suriyada İranla hesablaşacağı reallığını göz önündə tutmaq lazımdır.

Baş verən bütün bu hadisələr Suriyada vətəndaş müharibəsinin sona çatmasına hələ çox qaldığını göstərir. Türkiyə baxımından baxıldıqda isə oyun meydanının getdikcə genişləndiyini söyləmək olar.

Türkiyənin Suriyada öhdəsindən gəlməli olduğu iki əsas çətinlik var Birincisi, YPG ilə mübarizə, ikincisi də Suriyalı müxaliflərə bir çıxış yolu təmin etməkdir.

Türkiyə uyğunlaşdırılması son dərəcə çətin olan bu iki hədəfi bir-birinə paralel olaraq izləməyi indiyə kimi bacarıb. Türkiyə, əsas hədəfləri rejimi yıxmaq olan müxalifləri öncə İŞİD-lə, sonra da YPG ilə döyüşə yönləndirməyi və bu iki terror təşkilatından geri qalan boşluğu müxaliflərlə dolduraraq, “qazan-qazan” əlaqəsi yaratmağı bacarıb. “Fərat qalxanı” əməliyyatı öncəsinə qədər Azez-Mare xəttini belə itirən müxaliflər indi həmin əməliyyat bölgəsinə nəzarət edir, Afrində sahələrini genişləndirirlər, İdlibdə də coğrafi bağlantı qurublar. Türkiyə isə YPG-ni Fəratın qərbindən təmizləmək məsələsində önəmli yol qət edib və meydandakı mövcudluğunu “Fərat qalxanı” əməliyyatı öncəsinə görə əhəmiyyətli dərəcədə artırıb.

Suriyada rəqabət aparan güclər arasındakı ziddiyyətlərin artması, isti toqquşmaların olması da Türkiyənin seçimlərinin sayını artırır. Mövcud şəraitdə Türkiyənin Suriyada izləyə biləcəyi ən yaxşı yol digər oyunçular arasındakı rəqabət və ziddiyyətlərdən faydalanmaq, açığı olan durumlarda müvəqqəti ittifaqlar quraraq bu açıqları qapatmağa çalışmaq və fürsət yarandıqda risk alaraq meydandakı mövcudluğunu artırmaqdır.

Türkiyənin son dövrdə tam da bunu etdiyi görünür. Bu pəncərədən baxıldığında ABŞ-Rusiya rəqabətinin qızışması, Rejim-İran ittifaqı ilə YPG arasında toqquşma yaşanması, İsrail-İran üzləşməsi Türkiyəyə yeni fürsət qapıları aça bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam