Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Siz Suriya dövlətisiniz ki, bunu edirsiniz?- Yıldırım

Siz Suriya dövlətisiniz ki, bunu edirsiniz?

 

“Fərat qalxanı” əməliyyatında 2 min kvadrat kilometrlik bir ərazidə İŞİD-lə ən çətin mübarizəni Türkiyə apardı

Yenixeber.org:  Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

“3600 İŞİD yaraqlısını orada biz zərərsizləşdirdik. ABŞ dünyanı ayağa qaldırıb, ancaq ortada bir şey yoxdur. İraqda, Suriyada söz çox, ancaq əməldə heç nə yoxdur. Türkiyə isə bunları edir. İndi bəziləri deyir ki, Türkiyə Afrinə nə üçün girdi, niyə müdaxilə edir? Həqiqətləri bilmək lazımdır. 2012-ci ildə Afrin istiqamətində Fəratın şərqindən PKK terror qruplaşmasının bənzəri olan PYD-YPG gəldi və burada yerləşdilər. Demoqrafik quruluşuna nəzər salsanız, Afrində ərəblərin 60, kürdlərin isə 35 faiz təşkil etdiyini görərsiniz. Gəldilər burada insanların mülklərinə əl qoydular, xərac toplamağa başladılar, övladlarını zorla əsgərə çağırdılar. 2014-də “Bir buranı kanton bölgə elan etdik” dedilər. Kanton bölgə elan edildikdən sonra 130 kilometrlik sərhədləri boyu 90 santimetr qalınlığında sipərlər və tunellər qazdılar. Bəs bunu nə üçün edirsiniz? Belə bir ehtiyaca səbəb nədir? Siz kimsiniz, Suriya dövlətisiniz? Suriyanın Silahlı Qüvvəsisiniz? Sizə qarşı düşmənçilik var? Bunu nə üçün edirsiniz?”, - Yıldırım deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam