“ASİYA NƏHƏNGİ”NİN YENİ İMPERATORU:Çin kommunistlərinin lideri ölkə üzərindəki qüdrətini necə saxlaya bildi? - TƏHLİL
Kris Patten
“Project Syndicate” (Çexiya)
Yenixeber.org:Başqa bir ölkədə Çin prezidenti Si Zinpinin hakimiyyət konsentrasiyası totalitarizm ittihamlarına səbəb ola bilərdi. Ancaq Çində Sinin davranışı, milli gəncləşdirmənin "Çin yuxu"sunu yerinə yetirilməsi kimi tərifləndi.
1972-ci ildə ABŞ prezidenti Riçard Niksonun Çinə səfəri haqqında bir lətifə uzun müddət Çin rəhbərlərinin tarixə baxışını əks etdirir. Maodan sonra ikinci şəxs olan Çjou Enlay Fransa İnqilabının dərsləri haqqında bir suala cavab verərkən, bu haqda fikir yürütmənin hələ tez olduğunu söyləyib. Əslində, söhbətdə iştirak etmiş diplomatların sözlərinə görə, Çjou 1789-cu ilin inqilabını deyil, Parisdəki 1968-ci ildə tələbə iğtişaşlarını nəzərdə tutub.
Bu səhv başlanğıcdan sonra Fransa İnqilabının dərsləri Çində yenidən maraq doğurub. 2012-ci ildə Çin Kommunist Partiyasının (ÇKP) 18-ci Milli Konqresindən qısa müddət sonra Aleksis de Tokvillin 1856-cı ildə yazdığı "Köhnə Rejim və İnqilab" kitabı Çin Kommunist Partiyasının ali kadrları üçün "məcburi mütaliə" halına gəlib.
Kitabın məziyyətlərini böyük coşqu ilə Sinin antikorrupsiya kampaniyasına rəhbərlik etmiş adam və bəlkə də Sinin ən yaxın müttəfiqi olan Van Sişan təbliğ edirdi.
Tokvill iddia edir ki, on səkkizinci əsrdə Fransada artan rifah, həqiqətən, ölkənin idarəçiliyini çətinləşdirirdi. İnsanlar zənginləşdikcə, sosial və iqtisadi bərabərsizliklərdən daha çox xəbərdar olur, nəticədə zəngin və qüdrətli olanlardan daha çox qəzəblənirdilər. Sistemin islahat cəhdləri yalnız onun zəifliklərini üzə çıxarırdı.
İnqilab monarxiya və aristokratiyanı silib-süpürdü. Onların başları kəsilərək səbətə yuvarlanırdı.
ÇKP-nin bu günlərdə başa çatmış 19-cu Milli Konqresi Çin liderlərinin Tokvillin ideyalarını necə dərk etdiyini göstərib. Si partiya və ölkə üzərindəki qüdrətini təsdiqləyib.
İqtidarının ilk dövründə öz mövqeyini möhkəmləndirərək, o, Çin iqtisadiyyatının açılması, ÇKP-nin hökumətdən ayrılması, xarici siyasət və təhlükəsizlik siyasəti daxil olmaqla, Den Syaopin irsini yenidən qüvvəyə mindirib.
Si, həmçinin potensial rəqiblərini yolundan kənarlaşdırıb, antikorrupsiya kampaniyasına güvənərək, əvvəllər toxunulmaz sayılan şəxsləri hədəf alıb.O, ÇKP Mərkəzi Komitəsində ən böyük “təmizliyə” nəzarət edir. Hətta tənqidə və ya ələsalma əlamətləri (memlər) ilə özünün Vinni Puh ilə müqayisə edilməsi daxil olmaqla, internet zarafatlarına qadağa qoyub.
Digər bir ölkədə belə tədbirlər sərt tənqidlərə gətirib çıxara bilər və tənqidçilər Sini dövləti qədim leninçi-stalinçi diktaturaya çevirməklə günahlandırardı. Ancaq Çində Sinin "Çin arzusu"nun yerinə yetirilməsinə yol açdığını düşünən müşahidəçilər ölkəni canlandırdığı üçün onu tərifləyirlər.
Lakin bəziləri üçün yuxu bir kabus ola bilər. Demoqrafik tendensiyalar son bir neçə onillikdə Çində sürətli tepmlə çoxalan işçi artıqlığı ilə təhdid edir. Suyun çirklənməsi və çatışmazlığı, karbon dioksid emissiyaları və ölümcül hava çirkliliyi səviyyəsi insanların sağlamlığına ziyan vurur və Çin iqtisadiyyatının davamlılığını təhlükə altına alır.
Bununla yanaşı, Çinin ÜDM-nin artımı xoşagəlməz şəkildə sürətlə artan borcların və geniş yayılmış əmlak balonlarının birləşməsi ilə artır. Hətta çinli tədqiqatçılar ölkələrinin dünyada gəlirlərdəki ən yüksək bərabərsizliyə sahib olduqlarını etiraf edirlər. Kasıblar daha da yoxsullaşdıqca və zənginlər daha zənginləşdikcə, bir çoxları "Çin xüsusiyyətli sosioloji" sözünün həqiqətdə nə məna verdiyini soruşurlar.
Əlbəttə, hər zaman müsbət dönüş təklif edəcək bir optimist tapılır. Çin borcunun əksəriyyətinə görə özü günahkardır, çünki kredit qərarı kommersiya baxımından daha çox siyasi prioritetlərə əsasən alınır.
Si administrasiyası, ən azı ÇKP-dəki endemik korrupsiyanı möhürləmək üçün hər şey edir. “Çin çökərsə, bütün dünya iqtisadiyyatı çökəcək” deyənlər müəyyən dərəcədə haqlıdır. Lakin Si, Çinin müasir cəmiyyət və iqtisadiyyatını idarə etmənin ən yaxşı yolunu tapıb.