Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

SİNİN “YENİ DÖVR”Ü:Bir əsrdə üç siyasi rejim yaşamış Çinin siyasi gələcəyi - TƏHLİL

Denis Ho

“Project Syndicate”

 

İndi, Çin Xalq Nümayəndələrinin Yığıncağı (XNY) 2,958 səslə prezidentlik müddətinə məhdudiyyəti ləğv etdikdən sonra Si Zinpin 2023-cü ildə iki beşillik müddəti başa çatdırıb, Çini qeyri-müəyyən müddətə idarə edə bilər. Amma Sinin gələcək addımları müşahidəçilər üçün şəffaflaşırmı?

Yenixeber.org: Çinli müşahidəçilər keçən ilin oktyabr ayında Çin Kommunist Partiyasının (ÇKP) 19-cu Plenumundan bəri Sinin gücünün xarakteri və dərəcəsini müzakirə edirlər. Bir göstəricilərdən biri – Çin konstitusiyasında "Si Zinpinin yeni dövr üçün Çin xüsusiyyətli sosializm düşüncəsi" adlı ideologiyanın möhkəmlənməsidir.

Mao Zedon "Düşüncəsi" olan yeganə keçmiş Çin lideri olduğuna görə indi bəzi analitiklər Maodan sonra Sinin ən güclü lider olduğunu iddia edirlər.

Əlbəttə, 1978-ci ildən başlayaraq Çinin "islahat və açılma" dövrünə rəhbərlik edən Den Syaopinin adı ilə bağlı idi – "Den Syaopin nəzəriyyəsi" – və "Çin xüsusiyyətli sosializm" Denin siyasətidir. Ancaq Sinin "Yeni dövr"ü Den siyasətindən ayrılmanı və islahat dövrünün bitdiyini ifadə edir.

40 il əvvəlin Xalq Respublikasından – “Mədəni inqilab”dan çıxan aqrar ölkədən fərqli olaraq, bugünkü Çin sürətli şəhərləşmə və texnoloji cəhətdən inkişaf etmiş bir cəmiyyəti olan iqtisadi və siyasi super gücdür.

Beləliklə, Sinin “Yeni dövr”ü Çinin uzun sürən "sərvət və güc" axtarışında bir mərhələdir. Sinin "açılma"sı əvəzinə, indi Çin "dünyaya çıxacaq".

Amma bu “Yeni dövr” müasir Çin tarixinin kontekstində necə nəzərdən keçirilməlidir və Sinin hakimiyyətinin təbiəti necə ola bilər?

İyirminci əsrdə Çində üç rejim mövcud olub: Sin sülaləsi, 1912-ci ildə yaradılan Çin Respublikası və 1949-cu ildən Çin Xalq Respublikası.

ÇXR-in tarixi iki dövrə bölünür: Mao dövrü (1949-1976) və islah dövrü.

Bütün bu tarixin necə dəyişdiyi zamanla qavranılıb. Mao illərində respublika dövrü "vahid cəbhə" siyasəti və vətəndaş cəmiyyətinin inkişafı ilə avtokratik hakimiyyət dövrləri arasındakı qısa müddətə bənzəyib. Bununla belə, ÇXR-in islahat dövründə Mao dövrünün "solçu səhvlər"indən uzaqlaşmaq istəyən ÇKP bunları sapma kimi görürdü. Denin "sosializmi”nin uğurlu olması ilə "Çinin iqtisadi möcüzəsi” ölkənin inkişaf və modernləşmə yolunda sabitqədəm olduğunu təsdiqlədi.

Çin yolunun qavrayış dəyişməsi Amerikanın bu ölkə ilə əlaqələrinə əks olunub. İkinci Dünya müharibəsi zamanı Çin Amerikanın müttəfiqi idi. Həqiqətən, 1943-cü ildə Çinin millətçi lideri Çan Kay-Şinin xanımı ABŞ Konqresi qarşısında prezident Franklin D. Ruzveltə Yaponiyaya qarşı müharibədə Çinin "dörd azadlığ"ı tətbiq etdiyini bildirib.

Ancaq ABŞ-Çin əlaqələrinin ortaq dəyərlərə əsaslanması inancı 1949-cu ildə ÇXR-in qələbəsi ilə çöküb və ABŞ-ın "Çini itirməsi"nə  gətirib çıxarıb. Bu ümidlər və diplomatik əlaqələr müəyyən dərəcədə daha sonra islahat dövründə yenidən bərpa olunub. İqtisadi inkişafın və artan orta sinifin siyasi liberallaşmaya gətirib çıxara biləcəyinə inanaraq, ABŞ yenə Çinlə “məşğul olub”.

1990-cı və 2000-ci illərdə səlahiyyətlilər kənd səviyyəsində seçki təcrübəsinə başladıqda, bu ümidlər güclənib və ÇXR rəhbərliyi müntəzəm olaraq iki dəfə dəyişib. Çin Dünya Ticarət Təşkilatına qatılıb və 2008-ci ildə Pekində keçirilən Olimpiadaya ev sahibliyi edib.

Jurnalist Cim Mannın bir dəfə iddia etdiyi kimi, 1989-cu ildə Tyananmen Meydanında kütləvi qırğınlardan sonra ABŞ-ın Çinlə qarşılıqlı əlaqəsini dayandırmayan yeganə səbəb siyasi islahatlar gözləntisi idi.

Bununla yanaşı, son on ildə bu gözlənti sual altına alınıb. Çinin adambaşına düşən gəlirləri artarkən, orta sinif böyüyərkən, demokratiya gəlməyib. Siyasi elm adamları ÇKP-nin dağılması haqqında proqnoz verməyi dayandırıb və əvəzində avtoritar dövlətin nə qədər möhkəm olması və islahat və açılma dövrünün sona çatdığını deməyə başlayıb.

Sinin "Yeni dövr"ünün kimi göstərdiyi kimi, cavab “bəli”dir.

Rəqəmli texnologiyaların yüksəlməsini düşünün. İnternetin daha böyük bir azadlıq yaratmasına imkan vermək əvəzinə, Çin hökuməti böyük filtr qurub. Eyni zamanda, siyasətçilərin "rəqəmsal leninizm" adlandırdığı ən yeni texnologiya misli görünməmiş dövlət nəzarətindədir.

Eyni şəkildə, Çinin bazar iqtisadiyyatı çox özəlləşməyib. Bunun əvəzinə, hökumət ən əhəmiyyətli dövlət müəssisələrinə nəzarətini davam etdirir və xüsusi müəssisələr dövlət prioritetlərinə xidmət edir. Siyasət sahəsində demokratik təcrübə yerli miqyasla məhdudlaşır, yalnız XYY-ni gücləndirməyə icazə verilir.

Respublika dövründən fərqli olaraq, islahat dövrü Çin tarixində hələ bir sapma idimi?

Bu suala cavab üçün müasir Çin tarixinin DTN-ində iki spirallı strukturu təsəvvür etmək gərəkdir.

Məsələn, bir çoxları islahat dövrünü, xüsusilə 1980-ci illəri, plüralist siyasət və getdikcə daha canlı bir vətəndaş cəmiyyəti hesab edir. Lakin o, Denin "dörd əsas prinsipinə" riayət olunması ilə də müəyyən edilib: sosializm; demokratik xalq diktaturası; CKP rəhbərliyi; marksizm, leninizm və Mao Zedonun “Düşüncə”si.

Den Çində həm islahata, həm də Tyananmen Meydanı qırğına rəhbərlik edib. Respublika dövründə yeni universitetlər və (vəkillər daxil olmaqla) peşələr olsa da, Şan Kay Şinin "Ağ Terror"u və mühafizəkar "Yeni Həyat" Hərəkatı vardı.

Qısacası, hətta Çin xalçasında bir islahatçı rəmz göründükdə belə, o həmişə avtoritar həlqəyə çevrilib. Sinin "Yeni dövr”ündə avtoritarizm şəffafdır. Tarix təkrarlanır.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam