Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

"Tramp ikitərəfli münasibətlərdə olan böhranı aradan qaldıracaq" -Mariya Zaxarova

“Rusiya səlahiyyətlərinin icrasına başlayan Donald Trampın ikitərəfli münasibətlərdə olan böhranı aradan qaldıracağına ümid edir”.

Xeberinfo.com:   Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə deyib.

“Donald Trampın inauqurasiyası ikitərəfli münasibətlərdəki böhranın aradan qaldırılacağına ümid verir. Həmin böhrana əvvəlki administrasiya gətirib çıxarıb. Acınacaqlı nəticələr göz qabağındadır. Münasibətlərimiz “soyuq müharibə” dövrünün səviyyəsinə düşüb. Hətta indi gedən administrasiya münasibətlərimizin təməlini zədələmək istəyir. Hesab edirik ki, Tramp administrasiyası Rusiyanın həmişə hazır olduğu normal dialoqun bərpası məsələsinə müdrik mövqe nümayiş etdirəcək”, - deyə o vurğulayıb.

Obama administrasiyası dövründə ABŞ-ın mütəmadi olaraq beynəlxalq təhlükəsizliyə təhdid yaratdığını deyən M. Zaxarova Rusiyanın ikitərəfli münasibətlərin düzəldilməsi üçün mövcud imkanların boşa verildiyi üçün təəssüf hissi keçirdiyini söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam