Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Bir ölkəni iki nəfərə görə cəzalandırmaq istəyirlər”

 

"Bizim bir idmançımızda 8 ildən sonra dopinq aşkarlayıblar. Məlum olub ki, bunun analizləri hələ qalıb. Sən demə dopinq qəbul edirmiş".

Xeberinfo.com:  Modern.az-ın xəbərinə görə, bunu deputat Aqil Abbas parlamentin bugünkü iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, 8 ildə heç ölü qalmır, çürüyür gedir:

“Ona görə də düşünürəm ki, bu dopinq məsələsində həm də siyasi məqsədlər var. Bir ölkəni bir və ya iki nəfərə görə cəzalandırmaq istəyirlər”.

Millət vəkili Qüdrət Həsənquliyev də çıxışında qeyd edib ki, Azərbaycan idmançılarının adı mütəmadi olaraq dopinqdən istifadədə hallanır: 

“Bizim ağırlıqqaldıranları yarışlara buraxmalıdırlar. Bu yeni qanunda federasiyaların üzərinə də məsuliyyət qoyulmalıdır. Amma sanksiyaları federasiyaların üzərinə qoymaq düzgün deyil. Çünki onların maliyyə imkanları da yaxşı deyil”.

 

Qeyd edək ki, sözügedən qanun layihəsi ilk oxunuşda konseptual olaraq qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam