Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Dopinq məsələsinə bundan sonra ciddi yanaşılacaq”

 

“Hazırda idmanın inkişafına mane olan bəzi problemlər mövcuddur. Xüsusilə, dopinq məsələsinə bundan sonra ciddi yanaşılacaq”.

 

Xeberinfo.com:   Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə bu barədə nazir Azad Rəhimov bu gün keçirilən tədbirdə deyib. 



“Son Olimpiada ərəfəsində dopinq problem ilə üzləşdik. Bu məsələyə daha çox diqqət ayırmalıyıq. Eləcə də, idman məktəblərinin fəaliyyəti bir daha yoxlanılmalıdır. Bədən Tərbiyəsi və İdman Akademiyasında artıq müəyyən işlər görülüb. Bu işləri davam etdirmək lazımdır. İnanıram ki, bu problemlərin öhdəsindən birlikdə gələcəyik”.



Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) Azərbaycan millisinin ağırlıqqaldıranı Nizami Paşayev və Sərdar Həsənov Pekin-2008, Boyanka Kostova və İntiqam Zairov da London-2012-də istifadəsi qadağan olunan preparatlardan istifadədə günahlandırılıb. 



Kostova və Həsənovdan fərqli, ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub.

 

Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti 2019-cu ilin dekabrınadək nəzərdə tutulub. Həmçinin Xristovun həmin çempionatda qazandığı bürünc medalı əlindən alınıb və yığmamız Rioya qazandığı 4 lisenziyadan məhrum edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam