Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Adil Əliyev bu məşqçilərin cəzalandırılmasını tələb etdi

adil eliyev“Dopinqə qarşı mübarizə məqsədi ilə xaricdən ölkəyə gəitirlən məşqçilərin müqavilələrində xüsusi bənd öz əksini tapmalıdır”.

Xeberinfo.com:  Bunu Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü, Kikboksinq Federasiyasınnı prezidenti Adil Əliyev deyib.

Deputat bildirib ki, xaricdən gəlib Azərbaycanda pul qazanaraq məşqçi işləyənlər dopinq məsələsində ciddi nəzarətə götürülməlidir.

Adil Əliyev vurğulayıb ki, dopinqə görə günahkar xarici məşqçilər ölkədən getsələr belə məsuliyyətə cəlb olunmalıdırlar:

“Xaricdən gətirilən legioner məşqçilər məsələsində çox diqqətli olmaq lazımdır.

Çünki bu gün xarici məşqçi bilərəkdən dopinqi idmançıya verir və düşünür ki, birdən tutulmaz. 1 ildən sonra isə məşqçinin müqaviləsi bitir və ölkəni tərk edərək məsuliyyətdən azad olur, pis vəziyyətdə isə yerli idmançılarımız qalır.

O məşqçi məsuliyyətə cəlb oluna bilmir. Amma bundan sonra hətta xarici məşqçi idmançıya dopinq versə və müqaviləsi başa çatdığı üçün ölkəni tərk etsə belə mısuliyyətə cəlb olunmalıdır”.

Deputat dopinqə qarşı Azərbaycandakı mövcud cərimələrdən də danışıb:

“Bu gün dopinqə qarşı mübarizə daha çox olimpiya idman növlərini narahat edir. Çünki dopinqə qarşı mübarizə olimpiya oyunlarında öz əksini tapır. İdmançıda dopinqin olub-olmamasını yoxlamaq üçün testin qiyməti 500 avrodur.

Cəriməmiz isə 40 manatla 200 manat arasıdandır. Bura da dakəskin təzad yaranır. Elə olimpiya növlü kasıb idman federasiyaları var ki, 500 avro tapıb öz idmançılarını yoxlada bilmirlər”. (modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam