Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Azərbaycanın ağırlıqqaldırma üzrə milli komandasına Tokio olimpiadasında cəmi 2 yer veriləcək

 

 

 Azərbaycanın ağırlıqqaldırma üzrə milli komandasına 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında təmsil olunmaq üçün cəmi 2 yer veriləcək

 

Yenixeber.org: Buna səbəb yığmanın anti-dopinq qaydalarını pozmasıdır.

Azərbaycanla yanaşı, Rusiya, Ermənistan, Belarus və Qazaxıstanda da Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunacaqlar. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) yeni qaydalarına əsasən, 2008 – 2020-ci illərdə antidopinq qaydalarını 19 dəfəyə qədər pozan milli assosiasiyalar olimpiadada 2-dən artıq idmançı ilə təmsil oluna bilməzlər. İyirmi və daha çox dopinq pozuntusu qeydə alınan assosiasiyalara isə 1 yer veriləcək.

Qeyd edək ki, IWF İcraiyyə Komitəsinin sentyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş iclasında Azərbaycan, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukraynanın bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub. Səbəb bu ölkələrin 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarında dopinq-testin təkrar analizlərinin müsbət nəticə verməsidir.

Azərbaycan 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.

Cəzaya məruz qalan ölkələrin idmançıları 2017-ci ilin noyabrın 27-dən dekabrın 5-dək keçiriləcək dünya, 2018-ci ilin martın 23-dən aprelin 1-dək təşkil olunacaq Avropa çempionatından kənarda qalıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam