Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Minsk qrupunun fəaliyyətindən narazıyıq"

elmar-memmedyarov-yeni-300x201

 

“Biz Minsk Qrupu həmsədrlərinin işindən narazıyıq”.

 

Xeberinfo.com:   Məlumata görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. 
Onun sözlərinə görə, Minsk Qrupu həmsədrləri neçə ildir irəliləyiş əldə etməyiblər: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Tələb edirik ki, Minsk Qrupu fəaliyyətini bu istiqamətdə qursun. Azərbaycanın torpaqları işğal altındadır. BMT TŞ-nin üç daimi üzvü Minsk Qrupuna rəhbərlik edir, lakin heç bir irəliləyiş olunmayıb. Həmsədrlərin Strasburqa ünvanladığı məktub çox gülüncdür. Mən hər üç ölkənin XİN-lərinə etiraz məktubu göndərdim. Bildirdim ki, Dağlıq Qarabağla bağlı hansı məsələni qaldırmaq istəyiriksə, bu bizim öz işimizdir. Buna müdaxilə edə bilməzlər. Onlar Avropa deputatlarına təzyiq göstərə bilməzlər. Bu məntiqsizlikdir. BMT TŞ-də 4 qətnamə qəbul edilib. Hamı bilir ki, qətnamələrin icrası üçün vaxt yoxdur. 1948-ci ilin qətnamələrinə hələ də istinad olunur. Beş daimi üzvdən üçü vasitəçilik edirsə, biz onların bu qətnamələrin yerinə yetirilməsini tələb etmələrinə nail olmalıyıq”.
Nazir həmsədrlərlə görüş barədə heç bir yeni məlumatın olmadığını deyib: “Bu şəkildə belə hərəkət edib Strasburqa məktub göndəriblərsə, düşünmürəm ki görüş olsun”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam