Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

HƏMAS İrana təşəkkür etdi:hiyləgər gediş

 

HƏMAS qruplaşmasının liderlərinin İsrailə hücumdan dərhal sonra İrana təşəkkür etmələri hiyləgər gedişdir. HƏMAS İsrailin intiqamının ağır olacağını anladığından müharibənin Qəzza bölgəsini aşmasını və İranın işin içində daha fəal müdaxiləsində maraqlıdır.

Yenixeber.org xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İranın HƏMAS qruplaşmasına silah və sursat göndərdiyi sirr deyil, ancaq Tehran heç zaman bunu açıq şəkildə etiraf etməyib:

“HƏMAS liderləri isə İsrailə dolayı mesaj veriblər ki, onlar İranın dəstəyi ilə İsrailə hücum edib. İsrailin İrana zərbə vuracağı istisna deyil. HƏMAS qruplaşmasına da elə bu lazımdır. Məqsəd müharibənin alovlanması və daha çox iştirakçının İsrailə zərbə endirməsidir”.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS-ın İsrailə genişmiqyaslı hücumu ilə müharibə başlayıb.(Axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam