Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Bəşər Əsəd Mühasirədən Çıxır(Mı?) -ŞƏRH

Bəşər Əsəd Çindədir
Yenixeber.org: Suriya prezidenti Bəşər Əsədin Çinə səfəri başlayıb. Bu Suriya diktatorunun 20 ildən sonra Çinə ikinci səfəridir. Əsəd sonuncu dəfə 2004-cü ildə Çinin zamankı lideri  Hu Jintao ilə görüşmək üçün Çinə səfər etmişdi. Əsəd Suriyada müharibənin başladığı 2011-ci ildən bu yana Rusiya və İran xaricində başqa ölkələrə səfər edə bilmirdi, onu dəvət edən də yox idi.

Bəşər Əsəd Çinə 19-cu Asiya Oyunlarının açılış mərasimində iştirak etmək səfər edib. O şərqi Çinin Zhejiang əyalətinin paytaxtı Xançjou şəhərinə gedib. İdman tədbiri bəhanədir. Əsəd Çin lideri Tsi Cinpinlə görüşəcək və Suriya-Çin sammitində iştirak edəcək. Bu görüş və sammitdə iştirak Əsəd üçün vacibdir.

Çin lideri Suriya diktatorunu ölkəsinə dəvət etməklə Qərbin rəyi ilə hesablaşmadığını ortaya qoyub. Suriyada vətəndaş müharibəsi zamanı yüzminlərlə mülki insan həlak olub, orduda parçalanma əmələ gəlib, terrorçu qruplaşmalar bir-birləriylə savaşıblar. Suriya böyük dövlətlərin maraqlarının kəşişdiyi məkana çevrilmişdi. Çin Suriyadakı proseslərə qarışmırdı. Əsas oyunçular Rusiya, İran, Türkiyə, ABŞ və bir qisim ərəb ölkəsi idi.

Bəşər Əsəd Rusiyanın dəstəyi sayəsində ərazilərin böyük hissəsində nəzarəti bərpa edə bilib. Doğurudur, silahlı kürd qruplaşmalar və bir qisim fərqli silahlı qruplar ölkənin ərazisinin bir hissəsinə nəzarət edirlər. Ancaq Suriya dünya agentliklərinin artıq baş xəbəri deyil, ölkədə nisbi sakitlik bərpa olunub. Bu Bəşər Əsədə imkan verir ki, legitimliyini beynəlxalq aləmdə bərpa etməyə çalışsın. Onun əsas vəzifəsi ərəb ölkələri ilə keçmiş əlaqələrin bərpasıdır. Ancaq Bəşər Əsədə maliyyə də lazımdır ki, müharibənin nəticələrini aradan qaldırmağa çalışsın. Ərəb dövlətləri onunla təmaslara razılaşsalar da, Suriyaya yatırım qoymağa tələsməyəcəklər. Əsədə dəstək verən Rusiya və İranın isə dağılmış Suriyanı bərpa edəcək qədər maliyyəsi yoxdur. Əksinə, Qərbin Rusiya və İrana qarşı tətbiq etdiyi sanskiyalar bu ölkələrin iqtisadiyyatlarına mənfi təsir edir, inflyasiya artıb. Buna görə də Bəşər Əsədin ümidi Çinədir. Pekin müxtəlif ölkələrdə yatırımlar həyata keçirir.

Buna baxmayaraq, Çinin də iqtisadi artımı zəifləyib və maliyyəsini ehtiyatla xərcləmək məcburiyyətindədir. Pekin bəzən təhlükəli bölgələrdə də yatırımlar həyata keçirir. Buna misal olaraq Çinin Talibanın hakim olduğu Əfqanıstana yatırımlar qoymasıdır. Ancaq Suriyanı sabitlik hələ bərpa olunmayıb və vəziyyətin istənilən an dəyişməsi ehtimalı var. Bu səbəbdən Pekin Suriyaya yatırım qoymağa tələsməyəcək.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam