Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ərdoğanla Paşinyanın təması Əliyevlə razılaşdırılıb -3+3 formatı ən məqbul platformadır

eliyev-erdoganla-pasinyanin-temasina-etiraz-etmeyib

Azərbaycanla Türkiyə bütün istiqamətlər üzrə, o cümlədən diplomatik sahədə qarşılıqlı maraq doğuran məsələləri əlaqələndirir, bir-birinin mənafelərinə uyğun addım atırlar. Bu, hazırda kifayət qədər həssas olan regional məsələlərdə özünü daha qabarıq şəkildə büruzə verir. 

Yenixeber.org: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı məsələsinin pərdərxası Azərbaycan-Türkiyə qardaşlığının nə dərəcədə möhkəm əsaslara malik olduğunu bir daha təsdiq edir.

Diplomatik mənbələrin yaydığı məlumata görə, son üç gün ərzində Ermənistan Baş nazirinin ofisi Paşinyanla Ərdoğan arasında telefon danışığının baş tutması üçün ciddi cəhdlər göstərib.

Türkiyə tərəfi qardaşlıq münasibətlərinə uyğun olaraq Azərbaycan tərəfinə müraciət edib, Prezident İlham Əliyevlə Türkiyə lideri Ərdoğan arasında telefon danışığı zamanı digər məsələlərlə yanaşı, bu məqam da müzakirə olunub, Azərbaycanın mövqeyi öyrənilib.

Azərbaycan rəhbərliyi həmişə olduğu kimi konstruktivlik və dialoqa açıqlıq nümayiş etdirərək, Türkiyə və Ermənistan rəhbərləri arasında təmasa etiraz etməyib.

Türkiyə bu addımı ilə qardaşlıq münasibətlərinə böyük önəm verdiyini, Azərbaycanın maraqlarına dərin hörmətlə yanaşdığını nümayiş etdirib.

Əldə edilmiş məlumatda o da bildirilib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə paralel və sinxron şəkildə həyata keçirilməlidir. Azərbaycan və Türkiyənin bu məsələdə ortaq mövqeyi vardır. Ermənistan da başa düşməlidir ki, regionun problemləri yalnız region ölkələri ilə həll edilə bilər. Regiondan kənara səfərlər etmək, müraciətlər ünvanlamaqla, ayrı-ayrı ölkələrin rəhbərlərinə zəng edib ağlaşma qurmaqla hansısa nəticəyə nail olmaq mümkün deyil. Bunun üçün Azərbaycanın təklif etdiyi 3+3 formatı ən məqbul platformadır, bu çərçivədə məsələlərin həllinə çalışmaq lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam