Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İran Ermənistana hərbi yardımını belə gizlədir -VİDEO

İran Ermənistana hərbi yardımını niyə gizlədir?    - VİDEO

Sentyabrın ilk günündə Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Kəlbəcər rayonunda yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə dronlarından atəşə tutmaqla təxribat törətdi. Bundan başqa, Ermənistan tərəfinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirməsi barədə müxtəlif xəbərlər yayıldı.

Yenixeber.org: Bunların içərisində bir məlumat xüsusi diqqət çəkdi: Ermənistanın müdafiə naziri Suren Papikyan İranın bu ölkəyə yeni təyin olunmuş səfiri Mehdi Sübhani ilə görüşüb.
Erməni mediasının yaydığı xəbərə görə, görüşdə İranın İrəvandakı səfirliyinin hərbi attaşesi Bəhmən Sadeqin də iştirak edib. Həmin xəbərdə bildirilirdi ki, nazir İran səfirinə guya Azərbaycan tərəfinin Zod istiqamətində törətdiyi təxribat barədə müfəssəl məlumat verib, eləcə də qonşu ölkənin diplomatı ilə İran-Ermənistan hərbi əməkdaşlığı və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb.
Ən maraqlısı odur ki, son illər Azərbaycan-Ermənistan sərhədində baş verən ən kiçik insidentə belə diqqətsiz qalmayan, eləcə də İran-Ermənistan əlaqələri ilə bağlı xəbərlərə səxavətlə yer ayıran İran mediası nə həmin vaxt, nə də sonrakı günlərdə sözügedən görüşlə bağlı heç bir informasiya yaymayıb, bir növ bu faktı İran ictimaiyyətindən, ilk növbədə Güney Azərbaycan əhalisindən gizlətməyə çalışıb.
Daha ətraflı “Azad İran” “Youtube” kanalının süjetində:



Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam