Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

İranın ərköyün, kefcil və qumarbaz ağazadəsi: -O, İFŞA XƏBƏRDARLIQLARI İLƏ KORRUPSİYALAŞMIŞ ELİTANIN GÖNÜNƏ BİRƏ SALIB

 

Holli Darqes

“Foreign Policy”, 16.02.2021

 

Alt paltarlı qadınlar. “Dom Perignon”. “Ferrari”. “Instagram”-da 2,6 milyondan çox izləyici. Bu, olduqca normaldır. Ancaq bu hesab imtiyazlı elitanın hansısa bir üzvünə deyil, İspaniyada yaşayan, İranın Venesueladakı keçmiş səfirinin 33 yaşlı oğlu Saşa Sübhaniyə məxsus idi və fevralın 12-dən etibarən onların hamısı yox olub.

Yenixeber.org: Yanvar ayının sonunda İran səlahiyyətliləri Sübhaninin dəbdəbəli həyat tərzinə son qoymaq üçün ciddi addımlar atıblar. Hər şey çirkli pulların yuyulması, insan alveri və qanunsuz qumar saytları işlədilməsi ilə əlaqədar İranın ekstradisiya tələbi ilə başlayıb.

2 ilə yaxındır ki, İspaniya sakini olan Sübhani “İnterpol”un istəyi ilə qısa müddətə İspaniya səlahiyyətliləri tərəfindən saxlanılıb. Onun ekstradisiya prosesi, “El Mundo”-ya görə, yaxın həftələrdə başlayacaq. Yanvarın 30-da sərbəst buraxıldıqdan sonra Sübhani indi silinən bir “Instagram” hesabında pərəstişkarlarına hər şeyin yaxşı olduğunu söyləyib.

5 dəqiqəlik “Instagram” videosunda, xarici işlər naziri Məhəmməd Cavad Zərif də daxil olmaqla, İranın tanınmış rəsmiləri ilə birlikdə çəkilən şəkillərindən başqa, Sübhani son müsahibəsi zamanı (birlikdə çəkdikləri fotolar var) onu tanımadığını dediyinə görə, İranın keçmiş prezidenti Mahmud Əhmədinejada səslənib. Ancaq daha da əhəmiyyətlisi, siyasətdən kənar olduğunu iddia edən Sübhani İslam Respublikasındakı korrupsiyaya işıq salmaqla hədələyərək, din xadimlərinin rejiminə bütün oğullarının və mühafizəçiləri sayəsində hətta prezident Həsən Ruhaninin çirkin əməllərini bildiyinə dair xəbərdarlıq edib.

İllərdir atası ilə danışmadığını söyləyən Sübhani öz mənafeyini İslam Respublikasının mənafeyindən üstün yerə qoyan ilk yüksək səviyyəli İran məmuru oğlu deyil. Ancaq Sübhaninin işi ilə bağlı xüsusilə təəccüblü olan şey vaxtdır. Sübhani əvvəllər İran səlahiyyətlilərinin atasını sıxışdırmaq istədiyini, ancaq “arxasınca iz qoymadığından” oğlundan qisas aldıqları iddiasını irəli sürmüşdü. O heç bir cinayət törətmədiyini və İslam Respublikasını tənqid edən həyat tərzinə sahib olduğunu söyləyib. Bu doğru olsa da, İran məhkəmə sisteminin korrupsiyaya qarşı son siyasi motivli əməliyyatları bunun daha böyük bir niyyət güddüyünü təsdiqləyir.

Sübhani ömrünün çox hissəsini xaricdə keçirib. Atası Əhməd Sübhani 2001-ci ildə, prezident Məhəmməd Xatəmi dövründə Venesuelaya səfir təyin edilib. Atasının missiyası 2006-cı ildə bitdikdən sonra Saşa Sübhani universitetdə oxumaq üçün Venesuelada qalıb. O, mərhum Venesuela prezidenti Huqo Çavesin oğlu ilə yaxın dostluğu və 2018-ci ildə verdiyi bir müsahibəsində, iranlıların düşündüklərinin əksinə olaraq, atası səfir olduğu üçün deyil, dolanışığını öz fərasəti ilə təmin etdiyi ilə öyünüb.

Saşa Sübhaninin sözlərinə görə, onun eyş-işrətçi imici XİN-dəki işindən ayrılan atasının 2013-cü ildə İrana dönməsi üçün oğluna 48 saatlıq ultimatum verməsi ilə nəticələnib. Tehranda Sübhani kefcil həyatını qapalı qapılar arxasında davam etdirib. Çoxyönlü sanksiyaların İran iqtisadiyyatını dağıtdığı zamanda o, yeni elitanın cah-cəlalını vurğulayan “Tehranın Zəngin Uşaqları” adlı “Instagram” hesabında yer alan şəxslərdən biri olaraq sosial mediada məşhurlaşıb.

2018-ci ildə, Türkiyədə tətildə olarkən, Sübhani arxa plandakı yatağında uzanmış çılpaq bir qadınla “İnstaqram”da canlı yayım aparıb. Hadisənin ekran görüntüləri sürətlə paylaşılıb. İrana qayıtdıqdan sonra Sübhani pornoqrafiyada günahlandırılaraq həbs olunub – bu, edam hökmlü bir cinayətdir.

Sübhaninin işinə sədrlik edən hakim onu 2 il dəmir barmaqlıqlar arxasına salmaq istəyib, buna görə də, gənc qonşu Türkiyəyə qaçıb. Sonra İran kəşfiyyatından narahat olaraq Qərbi Avropaya getib. İndi İspaniyada Sübhani sığınacaq üçün müraciət edib.

Orta statistik iranlının rəyinə görə, Saşa Sübhani ağazadədir. Bu, İran elitasının uşaqları, nüfuzlu və imtiyazları təbəqə üçün istifadə olunan bir termindir. İranda nepotizm (qohumbazlıq) və korrupsiya o qədər böyük bir mövzuya çevrilib ki, “Ağazadə” adlı bir televiziya serialı ölkənin ən populyar teleşousu olub. Sübhani bu tərifin ona tətbiqi ilə razılaşmasa da, xaricdəki sərvəti və şübhəli şəxsiyyəti ucbatından bir çox iranlı ona ölüm arzulayır. Sübhaninin çoxsaylı videoları onlayn iradlara səbəb olub, bunlar biri xüsusilə: şıltaq gənc onu tənqid etmək əvəzinə, iranlıların pul qazanmaq üçün daha çox çalışmaları olduğunu və bunu bacara bilmədikləri təqdirdə, “canlarına qəsd etməli” olduğunu bildirib.

Bəzi iranlılar həm də ispan-fars “reggaeton” müğənnisi olan Sübhanini Əhmədinejadın prezidentliyi dövründə Venesuelada neft pullarını yuymaqda günahlandırır. Ancaq onun ən son açıq-aşkar gəlirli sxemi onlayn kazino və mərc veb-saytı olub və ABT90 İrana girişi olan bir çox onlayn qumar saytlarından biridir.

Qumar oynama qanunsuz olsa da, iranlıların ağır zəhmətlə qazandıqları maaşla futbol mərcləri gəlməsi dayandırılmayıb. Sübhani xaricdə yaşayan və onlayn qumar yolu ilə pul qazanan bir neçə iranlı “Instagram” məşhurlarındandır. Bir İran nəşrinin qeyd etdiyi kimi, Saşa Sübhani kimi dəbdəbəli həyat arzulayan İran gəncləri pullarını bu mərc saytlarına tökürlər, amma sonda uduzur və aludəçi olurlar.

              Bu qumar saytları da çirkli pulların yuyulması sxemi sayılır.

İran məhkəmə sisteminin rəhbəri, növbəti Ali Lider olacağı deyilən İbrahim Rəisi elita içərisindəki korrupsiyaya qarşı mübarizə aparır, doğrudur, sərt tənzimçilərə kömək etmək üçün cinayət işlərini siyasi mənsubiyyətə görə ələkdən keçirir. Rəisi prezidentin yaxınları və digər yüksək vəzifəli şəxslər daxil olmaqla, Ruhani administrasiyasına bağlı olanları hədəfə alıb. İranın birinci vitse-prezidentinin qardaşı, bəzilərinin iyun prezident seçkilərində islahatçı namizəd ola biləcəyi dediyi İshaq Cahangirinin qardaşı maliyyə cinayətlərinə görə 2 il həbs cəzasına məhkum olunub. “İnterpol” vasitəsi ilə Sübhani və digər qumar veb-sayt sahiblərini də eyni aqibətin gözlədiyi bildirilir.

                     Bəs Saşa Sübhaninin elitlərlə ortaq nəyi var?

“İnstaqram”dakı açıqlamalarında o, fotoşəkil dəlillərinin olduğunu xatırladır və hətta prezidentin Tehranın şimalındakı lüks evi ilə əlaqədar xüsusi təfərrüatları da paylaşıb. Fevralın 5-də “Manoto” diaspor peyk kanalına verdiyi müsahibədə, gənc, məhkəmə başçısının müavini Qulamhüseyn Mohseni-Ejeinin oğlu da daxil olmaqla, digər İran rəsmilərinin korrupsiyasını vurğulayıb. Müsahibədə Sübhani bir çoxlarının zənn etdiyi şeyi də təsdiqləyib: elitalar sistemə sadiq deyil və yalnız İran xalqının hesabına varlanmaq dərdindədir.

Saşa Sübhani, şübhəsiz, elitanın ilk dönük oğlu deyil. Nüfuzlu islahatçı ruhaninin oğlu Ruhullah Zəm “Yaşıl Hərəkat”a verdiyi dəstəyə görə həbs edildikdən sonra 2011-ci ildə İranı tərk edib. Fransada sürgündə ikən, Zəm hökumət əleyhinə populyar “Amad News” veb-saytı və qardaşı “Telegram” kanalında elitaların korrupsiyası haqqında məlumatları 1,4 milyondan çox abunəçiyə paylaşıb.

2017-ci ilin dekabrından 2018-ci ilin yanvarına qədər etirazlar baş verərkən, “Amad News” aksiyaların təşkilində rol oynayıb, hətta “Telegram” kanalında Molotov kokteyllərinin hazırlanmasına dair təlimat yayıb.

Kanal şiddətə təhrik ittihamı ilə qapadılıb, lakin “Seda-ye Mərdom” (“Xalqın Səsi”) adıyla yenidən gündəmə gəlib. 2019-cu ildə Zəm tovlanılıb, sonra İraqdan qaçırılaraq İrana aparılıb. 12 dekabr 2020-ci ildə Zəm mühakimə olunaraq edam edilib.

Saşa Sübhani, ekstradisiya ediləcəyi təqdirdə, onu nə gözlədiyinin fərqindədir. O, “El Mundo”-ya bildirib: “Mənə ölüm üçün yalvarana qədər işgəncə verəcəklər”.

2020-ci ilin oktyabrında İspaniya başqa bir İran vətəndaşını – korrupsiya ittihamı ilə keçmiş bir bankiri təhvil verib. Avropa üçün bu, ilk idi. İspaniyanın bu dəfə nə edəcəyi hələ bəlli deyil.

Ailəsi, onlayn şöhrəti və qeyri-qanuni maliyyə vəsaitlərinə görə iranlılar Sübhaninin təhvil verilməsinə acımayacaqlar. “Manoto”-dakı müsahibəsidə etdiyi kimi, Sübhani indi özünü digər ağazadələrdən ayıraraq rəğbət qazanmağa çalışır. “İnstaqram”da o, İran xalqına müraciət edir: “Mən sizin hamınız kimi sərbəst düşüncələrlə sərbəst yaşamağı sevən bir insanam. Buna görə də, İranı tərk etdim… İranın nə vaxtsa hamımız üçün azad və demokratik bir ölkə olmasını istərdim”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam