Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ARUTYUNYANI KİM İSTEFAYA MƏCBUR ETDİ? –Məsuliyyətdən qaçmasına imkan verilməməlidir...

Xəbər verildiyi kimi, Xankəndindəki qondarma rejimin başçısı Araik Arutyunyan bu gün “vəzifəsindən” istefa verdiyini bəyan edib və bundan öncə “dövlət naziri” Qurgen Nersisyanı da istefaya göndərib. 

Yenixeber.org: Maraqlıdır ki, hələ dünən Ermənistan parlamentinin Müdafə və təhlükəsizlik komissiyasının başçısı, hakim partiyanın deputatı Andranik Koçaryan açıq şəkildə Rusiyanın Xankəndindəki emissarı Ruben Vardanyanı qondarma qurumdakı proseslərin qızışdırılmasında ittiham etmiş və Araik Arutyunyana istefa etməsi üçün təzyiqlər edildiyini bildirmişdi: “Qarabağda 8 nəfər var ki, “seçilmiş prezident”i nələrəsə məcbur edirlər. Onlardan biri Ruben Vardanyandır. Vardanyan kimi təmsil edir? Onun fəaliyyəti anlaşılan deyil. Bəs digər yeddi nəfər kimdir? Kimdir “artsax”-ın “prezidenti”ni istefaya məcbur edənlər? Mən bilirəm və bu məlumat elan olunmalıdır. Hamı bilməlidir ki, “artsax”dakı qeyri-stabilliyi Ermənistana keçirmək istəyən bu “Troya atları” kimlərdir”

Paşinyanın adamının bu açıqlaması belə qənaət yaradır ki, Arutyunyan Azərbaycanla danışıqların və Qarabağ ərazisində qalan ermənilərin inteqrasiyasının kəskin əleyhdarı olan Vardanyanın təzyiqləri altında istefaya gedib.

Lakin istefasını elan edən Arutyunyan bu addımını tamamilə başqa cür izah edib: “Bu qərarı iki gün əvvəl bütün xarici və daxili aktorlar, eləcə də geniş ictimaiyyətlə ünsiyyət əsasında qəbul etdim... Müharibədəki məğlubiyyət və bundan sonrakı çətinliklər “hakimiyyətə”, “prezidentə” etimadı xeyli aşağı saldı”.

Arutyunyan əlavə edib ki, onun bioqrafiyası və Azərbaycanın ona münasibəti “elə şərtlər formalaşdırıb ki, bu şərtlər gələcək fəaliyyət və çevik siyasət yeritmək üçün problemlər yaradır”.

Bunu belə başa düşmək olar ki, Azərbaycan hakimiyyətinin Arutyunyana məlum mənfi münasibəti Qarabağdakı ermənilərin Azərbaycanın mərkəzi hakimiyyətilə danışıqlarına və hansısa razılıqlar əldə edilməsinə əngəl yaradır. İstefa da bununla bağlıdır. 

Yəni, belə çıxır ki, separatçıların başçısının istefası Azərbaycan hakimiyyətinin və Azərbaycanla təmasların, inteqrasiyanın tərəfdarı olan qüvvələrin təzyiqi ilə baş verib. Onu da nəzərə almaq lazımdır ki, Arutyunyan avqustun 6-da Nikol Paşinyanın Qarabağı  tam şəkildə Azərbaycanın tərkib hissəsi kimi tanımasına dair bəyanatını kəskin tənqid etmiş, Qarabağın məlum ərazisində qalan ermənilərin “öz müqəddəratını təyin etməsi” nağılını növbəti dəfə təkrarlamışdı. Təbii ki, bu da onun Azərbaycanla danışıqlarda Qarabağdakı erməniləri təmsil etməsini mümkünsüz edirdi.

Lakin bütün bunlara baxmayaraq, Arutyunyanın Azərbaycanın təzyiqi nəticəsində, yaxud Azərbaycanla normal danışıqlara başlamaq və razılıqlar əldə etmək üçün istefa verdiyini birmənalı söyləmək çətindir. Çünki son günlər ona qarşı hücumlar, təzyiqlər əsasən radikal millətçilər və Vardanyanın adamları tərəfindən həyata keçirilirdi. Onlar Arutyunyanı Azərbaycanla gizli danışıqlarda və Ağdam yolunun açılmasına razılıq verməkdə ittiham edirdilər. Ona görə də separatçıların başçısının məhz bu təzyiqlər qarşısında geri çəkildiyini də istisna etmək olmur. Bir sözlə, qondarma qurumda daxili gərginlik pik həddə çatıb və hələ ki, Arutyunyanın istefasının məhz hansı tərəfin, kimin təzyiqilə baş verdiyini birmənalı söyləmək olmur. Yəqin ki, yaxın günlərdə proseslərə müəyyən aydınlıq gələcək və bu istefanın arxasında nələrin, kimlərin durduğu məlum olacaq.

Ancaq istənilən halda, nə Araik Arutyunyanın, nə də onun kimi əli azərbaycanlıların qanına bulaşmış digər separatçı cinayətkarların ədalət mühakiməsindən qaçmasına imkan verilməməlidir.(azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam