Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Separatçıların sonu yaxınlaşır: Araik qaçır -ŞƏRH

Yenixeber.org: Qarabağdakı separatçı rejimin tör-töküntüləri sentyabrın 2-də “müstəqillik günü” keçirib bununla gündəmə gəlməyə çalışırlar. BMT Təhlükəsizlik Şurasında (TŞ) son uğursuzluqdan sonra havadarlarının köməyi ilə diqqət cəlb etməyə çalışılsa da, bu cəhdin də uğurlu olacağına inamları qalmayıb. Lakin məsələ ondadır ki, separatçılar arasında gərginlik artıb. Ermənistan kütləvi informasiya vasitələrində yayılan çoxsaylı məlumatlar da bunu deməyə əsas verir.

Ermənistan mediası yazır ki, qondarma quruma rəhbərlik edən Araik Arutyunyanın “vəzifəsindən” istefa edəcəyi xəbərləri fonunda siyasi gərginlik yaşanır. Düzdür, Araik istefa vermək fikrində olmadığını deyib. Lakin bu məsələnin yenidən gündəmə gələcəyi istisna edilmir. Məsələ ondadır ki, Araikin istefa xəbərini ilk olaraq qondarma qurumun “dövlət naziri” postunda çalışmış Ruben Vardanyan ortaya atıb. Bu da təsadüfi deyil. Kreml nəyin bahasına olursa-olsun Vardanyanı Qarabağa gətirməklə onun Arutyunyanla əvəzlənməsinə çalışır. Kreml bir il öncə bütün təbliğat maşınını işə salaraq Vardanyanın piar kampaniyasına başlasa da, rəsmi Bakının müqaviməti ilə üzləşdiyindən planından müvəqqəti imtina etdi. Rəsmi Bakı ilk gündən bəyan etdi ki, Ruben Vardanyanla heç bir dialoq olmayacaq, o, Qarabağa tamamilə yad ünsürdür.

İndi də özünü unutdurmamağa çalışan Vardanyan Arutyunyanı hədəf götürüb. Maraqlı olan həm də odur ki, əgər əvvəl Araikin adını açıq formada çəkmirdisə, indi bunu edir, hətta ağır sözlərlə ona qarşı ittiham səsləndirir. Onu vədini yerinə yetirməməkdə, cəmiyyəti aldatmaqda günahlandırır. O, Arutyunyanı bütün qırmızı çizgiləri aşmaqda ittiham edib. “Qarabağ erməniləri səndən hesabat tələb edəcək və mən də onları dəstəkləyəcəm”, - deyə vurğulayıb. Dərhal erməni mediası bununla da Vardanyanın faktiki Araik Arutyunyana ultimatum elan etdiyi fikrini tirajlamağa başlayıb. İstefa verməyəcəyi təqdirdə onu buna məcbur edəcəklərini bəyan edən Vardanyan separatçıların "lideri"nə qarşı təzyiqi artıracağını vurğulayıb.

Yeri gəlmişkən, siyasi gərginliyin hərbi gərginliyə keçəcəyi də istisna edilmir. Elə qondarma qurumun parlamentinə bu yaxınlarda bir qrup hərbi geyimli şəxsin soxulması barədə xəbərlər də bunu deməyə əsas verir. Məlum olub ki, separatçıların hərbi dəstəsinin komandiri Karen Matevosyan bir dəstə silahdaşı ilə birlikdə binaya daxil olaraq “parlamentin yeni seçilmiş rəhbəri David İşxanyandan prezident Araik Arutyunyanı” təhqir etdiyinə görə hesabat tələb ediblər.

İş o yerə çatıb ki, Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan da gərginliyin olduğunu etiraf edib. Vəziyyəti təhlükəli adlandıraraq “hər şey Qarabağın təhvil verilməsinə yönlənib” deyib. Erməni deputat istisna etmir ki, Araik həqiqətən də istefaya hazır olub. Lakin son anda onu fikrindən daşınmağa məcbur edə biliblər. Hesab edilib ki, indiki mərhələdə bu qərar ağır nəticələrə gətirib çıxara bilər. Erməni deputatın qənaətincə, Arutyunyan Paşinyana Qarabağın Azərbaycan ərazisi kimi tanınması prosesini sona çatdırmaq üçün lazımdır. İddia edilir ki, separatçıların lideri sadəcə bu prosesdə qurban olmasını istəmir. Ermənistanın “Azad Vətəndaş” partiyasının rəhbəri Hovsep Xurşudyan isə hesab edir ki, Rusiya Arutyunyanın “istefası” ilə Qarabağda tam nəzarəti bərqərar etməyə çalışır. Xurşudyanın sözlərinə görə, dünya Qarabağın mövcud olub-olmadığını anlamağa çalışır. “Lavrovun üçüncü planı”nın mövcudluğu Araiki vədindən dönməyə məcbur edib. Rusiya özünün etibarlı şəxsləri Ruben Vardanyan və Mika Badalyanlar kimi şəxslər vasitəsilə Arutyunyanın “istefası”na nail olmağa çalışır”, - deyə o əlavə edib.

“Hraparak” nəşri isə maraqlı bir versiya səsləndirib və iddia edir ki, baş nazir Nikol Paşinyan rus sülhməramlılarını bölgədən çıxarmaq, onlardan xilas olmaq istəyir.

Bütün bunlardan bir nəticəyə gəlmək olar. Birincisi, separatçılar öz taleyi ilə barışıblar. Baş nazir Nikol Paşinyanın Qarabağın Azərbaycan ərazisi kimi tanıması, ardınca bölgədəki Rusiya pasportu daşıyan şəxslərin köçü insanlar arasında pessimizm əhvali-ruhiyyəsini gücləndirib. BMT TŞ-də son uğursuzluq isə beynəlxalq dəstəyə olan ümidləri puç edib.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam