Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Hakim edama tələsdi, çünki özü qızcığazı zorlamışdı

 
Gələn ay İranda ümumxalq etirazlarının bir ili tamam olur. Məhsa Əmininin polis idarəsində döyülərək öldürülməsindən sonra başlayan etiraz aksiyaları sonda ümumxalq mitinqlərinə çevrilmişdi.
Yenixeber.org: İran rejimi isə son bir ildə azadlıqlar tələb edən xalqa daha çox divan tutmağa başlayıb. Görünür bu səbəbdəndir ki, 2023-cü ili İranda edamlar və həbslər ili də adlandırırlar. Çünki son 6 ayda 354 nəfər edam edilib.
Əslində edam dalğası, günahsız şəkildə dar ağacından asılma halları ilk dəfə deyil ki, baş verir. Tehranın bütün dünyaya səs salan məşhur "Atefe işi" hələ də xarici mediada yad edilir, sosial şəbəkələrdə rejimin bu ədalətsizliyə göz yumması sərt şəkildə qınanılır.
Atefe kimdir?
Atefenin beş yaşı olanda anası avtomobil qəzasında dünyasını dəyişib. Atası narkoman olduğü üçün o sonradan nənə və babasının himayəsində qalıb. Əslində isə qızcığaz yaşlılara qayğı göstərməli idi. Amma rejimin yaratdığı reallıqlardan bu əksinə olub. Beləcə Atefe kiçik yaşlarından təhsilinə, özünə az diqqət ayıra bilib və sərbəst şəkildə küçələrdə gəzib. Bununla da o, yerli polisin diqqətini çəkib.
Qız ilk dəfə 13 yaşında ikən qatıldığı bir məclisdən sonra gənc oğlanın avtomobilinə mindiyi üçün saxlanılıb. Buna görə ona yüz şallaq cəzası verilib. Daha sonra Atefe iki dəfə də saxlanılıb və cəzalandırılıb.
İran məhkəməsi seksual manyakı niyə müdafiə edib?
Amma azadlıq sevən Atefenin dördüncü dəfə saxlanılması ona baha başa gəlib. O, işgəncələr altında 51 yaşlı keçmiş SEPAH üzvü , evli bir taksi sürücüsü olan Əli Darabi adlı şəxs tərəfindən bir neçə dəfə zorlanıb. O özü belə bir zorakılıqla rastlaşdığını etiraf edib. Atefenin ailəsində vəkil üçün pul tapılmadığından müdafiə işləri dövlət tərəfindən təmin edilib.
Məhkəmənin ilginc qərarı isə hər kəsdə heyrət doğurub. Hakimin fikrincə, heç kimə zərər verməyən bu məsum qız keçmiş inqilabçını xəyanətə və ya zinaya sövq edib. Ona görə də Atefe ölüm cəzasına məhkum edilib. Onu yük kranından asaraq edam ediblər. Edam 2004-cü il avqustun 15-də həyata keçirilib.
Absurd ittiham, tələsik icra edilən edam
Atefenin edam edilməsi xəbəri İran cəmiyyətində ciddi əks-səda doğurdu. Çünki məhkəmə çoxsaylı qanun pozuntularına yol vermişdi. Məsələn, məhkəmə sənədlərində təqsirləndirilən şəxsin yaşı ilə bağlı müəmmalar olub. Bundan başqa ittihamın özü qanunsuz idi - yalnız evli insanlar zina etməkdə günahlandırılaraq edam edilə bilərlər. Atefe isə evli deyildi...
Bundan əlavə, Atefeni müdafiə edənlər hökmdən apellyasiya şikayəti verə bilməyiblər. İranda adətən bu müddət, yəni apelyasiya şikayəti üçün şans ən azı altı aydır. Təqsirləndirilən şəxsin yaxınlarının bu sərt qərara qarşı çıxmasına baxmayaraq, hökm veriləndən sonra edam tələsik, altı gün ərzində icra edilib! Eyni zamanda maraqlıdır ki, hökmü hakimin özü icra edib, o, qızı qınayıb da.
Gənc qız yerli polisi və hakimi ifşa edəcəkmiş
“Yeniyetmənin ölümü” sənədli filminin müəllifi Monika Qarnsi müsahibə aldığı bir çox iranlıdan oxşar fikirlər eşidib- Atefa vitse-polis tərəfindən törədilən zorakılıqların şahidi olub. Bu səbəbdən o tələsik edam edildi. Keçmiş SEPAH-çı Əli Darabi də yerli Polis rəisinin müavini ilə əlaqəli olub.
Maraqlıdır ki, Atefenin edamından iki ay sonra qızın yaşadığı Nek şəhərində genişmiqyaslı həbs dalğası yaşanıb. Xüsusən də iki vitse-polis məmuru müxtəlif maddələrlə ittiham edilərək həbs edildi. Bunların arasında yetkinlik yaşına çatmayanların fahişəliyə cəlb edilməsi də olub...
 
"Peykeiran" Telegram kanalı isə bu günlərdə daha bir sensasiyalı iddia irəli sürüb. Qeyd edilir ki, hakim Atefeni ona görə edam etməyə tələsib ki, qızı özü də zorlayıbmış.
"Atefenin psixi cəhətdən müəyyən problemlərinin yarandığı deyilir. O, bir neçə dəfə nalayiq davranış və ya ziyafətlərdə iştirak bəhanəsi ilə həbs olundu. Məlumatlara görə, hakim Axund Hacırezai onu edam etmək üçün özü canfəşanlıq edib və qızın yaşının 17 deyil, 22 olduğunu elan edib. Hacırezai şəxsən yeniyetmənin boynuna kəndiri taxaraq Atefeni avqustun 25-də Neka şəhərində edama göndərib. Atefeh öldürülməzdən əvvəl malını və pulunu iki yetim qıza verməyi vəsiyyət edir".
Qeyd edək ki, bəzi mənbələrdə Atefenin hətta 16 yaşı olması qeyd edilir...
İran məhkəmələrində inzibati müəmmalar bu gün də yaşanır.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam