Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

ABŞ Qafqazda vəziyyəti gərginləşdirir -Rusiya səfirindən ittiham

 ABŞ Cənubi Qafqazda vəziyyəti gərginləşdirir. 

Yenixeber.org: Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib. 

Diplomat ABŞ Dövlət Departamentinin 2008-ci ilin avqustunda Gürcüstanda baş verən müharibə ilə bağlı bəyanatını tənqid edib. 

"Məqsəd aydındır: faciə ilə bağlı həqiqəti təhrif etmək və günahı Rusiyanın üzərinə yıxmaq. Lakin faktlar təsdiq edir ki, həmin hadisələrə görə bütün məsuliyyət Gürcüstanın keçmiş prezidenti Mixayıl Saakaşvilinin üzərinə düşür. Məhz onun cinayətkar əmri ilə Cənubi Osetiya xalqına qarşı genişmiqyaslı müharibə başladılmışdı”, - Rusiya səfiri bildirib. 

Onun sözlərinə görə, Vaşinqton “bu qeyri-insani qərarın həm də ABŞ-ın özünün yanlış siyasətinin nəticəsi olduğunu” etiraf etməlidir: “Axı Saakaşvilini hakimiyyətə gətirən, sonra da onun rejimini qeyrətlə dəstəkləyən Qərb oldu. ABŞ Ədliyyə Nazirliyinin bu yaxınlarda təsdiq etdiyi kimi o, hələ də bu fiqurun maraqları üçün lobbiçilik etməkdə davam edir". 

“Əgər administrasiya həqiqətən regionda sülhün təmin edilməsinə sadiqdirsə, o zaman Rusiyaya qarşı ittihamları və sanksiyaları aradan qaldırmalıdır. Ölkəmizlə Gürcüstan arasında qurulmuş əlaqələri pozmağa çalışmayın. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Beynəlxalq Cenevrə Müzakirələri çərçivəsində praktiki işə diqqət yetirmək vacibdir. İlk növbədə, Tbilisi ilə Suxum və Tsxinval arasında gücdən istifadə etməmək haqqında hüquqi qüvvəyə malik sazişin bağlanması istiqamətində iş aparın. Bu, vəziyyətin gərginləşdirilməməsi üçün lazımdır. ABŞ-ın indi etdiyi vəziyyəti gərginləşdirməkdən ibarətdir", - Rusiya səfiri qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam