Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Sepah” gələcəkdə hakimiyyəti ələ keçirə bilərmi?

 
İranda Əli Xameneidən sonra hakimiyyətin cilovunu kimin tutacağı əsas mövzulardan biridir. Ali lider 88 din xadimindən ibarət məclis tərəfindən seçilir. “Əmmaməli elita” seçim edə bilməsə prezident, baş hakim və yüksək səviyyəli hüquqşünasdan ibarət triumvirat qərar verir, sonra referendumla onların seçimi təsdiqlənir.
Yenixeber.org: Onun yerinə iki əsas namizəddən biri əvvəllər baş hakim, indi isə prezident olan İbrahim Rəisinin haqqında Livandakı şiə müsəlman akademik Mustafa Fahas belə deyir: “O, ancaq məscidi idarə edə bilər”. Rəsinin qayınatası musiqini qadağan etmək istəyən ultra-mühafizəkar din xadimidir.
Digər namizəd isə Xameneinin ikinci oğlu Müctəbadır. O, ali rəhbərin ofisini idarə edir və son vaxtlara qədər rejimin hərbiləşmiş orqanı olan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat rəisi Hüseyn Taiblə yaxındır.
Müctəba Xamenei son zamanlar dövlət televiziyasında ruhanilərin ən yüksək rütbəsi olan ayətullah kimi təqdim olunur. Lakin heç vaxt rəsmi vəzifədə olmayıb və nadir hallarda ictimaiyyət arasında görünür.
İranda çoxları sülalə varisliyi perspektivini bəyənmirlər. Onların inqilabı şahın devrilməsi üzərində qurulub. 1989-cu ildəki vəziyyətlə müqayisədə böyük yeni amil Keşiçiklər Korpusunun (“Sepah”, Sepah-e Pasdaran-e Enqelab-e Eslami) yüksəlişidir. İİKK gücləndikcə əksər iranlı müşahidəçilər onun komandirlərinin ali lideri yerində saxlayaraq, formal fiquraya çevirəcəyini düşünürlər. Onlar Müctəba Raisiyə leqal, eyni zamanda, idarə olunan faydalı zəif fiqur kimi üstünlük verə bilərlər.
          İran parlamentinə seçkilərdə namizədliyə dəvətlə bağlı “milyonlarla” SMS göndərilir
Qərbdəki analitiklər ehtimallarında daha uzağa gedirlər. Onların fikrincə, gələcəkdə İİKK hazırkı klerikal hakimiyyəti tamamilə dəyişərək, onu eyni dərəcədə avtoritar hərbi alternativlə əvəzləyə bilə

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam