Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Paşinyanın “B” planı: Təzyiqlər artsa, yerini Simonyana verə bilər –ŞƏRH

Paşinyan istər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, istərsə də Qarabağ tənzimlənməsi haqqında çox danışır. O, 2020-ci ilin 10 noyabrında üçtərəfli centlmen sazişi ilə üzərinə müəyyən öhdəliklər götürüb. Paşinyanın centlmen sazişini pozmasına Putinin necə yanaşması tam aydın deyil. Azərbaycan tərəfi isə yəqin ki, Paşinyanın tam iflasa uğramasını istəmir.
Yenixeber.org: Paşinyanın bütün konseptual davranışlarını, bəyanat və addımlarını “Orbeli” mərkəzi hazırlayır. Paşinyan bunu bilir ki, zaman keçdikcə onun əldə edəcəkləri azalacaq. Belə olan halda “Orbeli” mərkəzinə hansı tapşırıqlar verməsi diqqəti çəkir. N.Paşinyan:
• Real olaraq Azərbaycanla münasibətlərin normallaşmasına və Qarabağ tənzimlənməsinə getmək fikrində deyil;
• Hakimiyyətinə (xüsusilə Rusiya tərəfdən) olan təhlükələri neytrallaşdırılmalıdır.
“Orbeli” mərkəzi Azərbaycan və Ermənistanın inkişaf doktrinasına dəqiq bələddir və resurs hesablamalarına görə Ermənistanın 20-30 ildə Azərbaycana yaxınlaşmasının qeyri-mümkün olduğunu dəqiq bilir. Amma praqmatik hesablamaya deyil, möcüzəyə inanır. Özünü aldatmaqla məşğuldur. Xüsusilə İran tərəfindən ötürülən məlumatlar Paşinyanın hakimiyyətində və “Orbeli” mərkəzində Azərbaycanın nə vaxtsa zəifləyəcəyinə inam yaradıb. Hakimiyyəti dəyişmək ehtimalı ən çox Rusiyadan gözləndiyi üçün Paşinyan bu istiqamətə ciddi diqqət yönəldir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya Dövlət Dumasının sədri Vladimir Volodinlə şəxsi münasibətləri yaxşı bazadır. Volodin Simonyanı bir neçə dəfə şəxsən qəbul edib. KTMT parlament assambleyasının Minskdə keçirilən iclasına Simonyanı öz təyyarəsində aparmışdı.
Paşinyan Simonyanın bir çox şıltaqlıqlarına dözümlü yanaşır. Məsələn, baş nazirin oğu Aşot Paşinyanın qaçırılması xəbərini Simonyan yaysa da, ona heç bir söz deyilmədi.
Bundan başqa, Simonyan Ermənistana işləməyə gəlmiş kanadalı erməninin replikasına üzünə tüpürməklə cavab verəndə Nikol Paşinyan susdu.
Simonyanın Böyük Britaniyaya və Fransaya səfərləri baş nazir səfərinin protokuna daha çox uyğun idi.
Alen Simonyan Nikolun dostu, biznesmen olub. N.Paşinyan 2008-ci il 1 mart qırğınlarının günahkarı kimi axtarışda olanda Simonyan onu ailəsi ilə birlikdə öz evində gizlədib. Onların arasında çox sıx əlaqələr var.
Paşinyanın və “Orbeli” mərkəzinin “B” planına görə, əgər ölkədə gərginlik artarsa, sülh sənədinin imzalanması tələbləri güclənərsə, baş nazir istefaya gedə, Simonyan hakimiyyətə gələ bilər. Bu zaman Paşinyan pərdə arxasından prosesləri yönəltməyə davam edəcək. Sonradan yenidən özü hakimiyyətə qayıdacaq. Bu plan Qarabağ mövzusunda və Azərbaycanla münasibətləri normallaşdırma istiqamətində mümkün təzyiqlərdən yayınmaq üçün nəzərəd tutulub.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam