• Real olaraq Azərbaycanla münasibətlərin normallaşmasına və Qarabağ tənzimlənməsinə getmək fikrində deyil;
• Hakimiyyətinə (xüsusilə Rusiya tərəfdən) olan təhlükələri neytrallaşdırılmalıdır.
“Orbeli” mərkəzi Azərbaycan və Ermənistanın inkişaf doktrinasına dəqiq bələddir və resurs hesablamalarına görə Ermənistanın 20-30 ildə Azərbaycana yaxınlaşmasının qeyri-mümkün olduğunu dəqiq bilir. Amma praqmatik hesablamaya deyil, möcüzəyə inanır. Özünü aldatmaqla məşğuldur. Xüsusilə İran tərəfindən ötürülən məlumatlar Paşinyanın hakimiyyətində və “Orbeli” mərkəzində Azərbaycanın nə vaxtsa zəifləyəcəyinə inam yaradıb.

Paşinyan Simonyanın bir çox şıltaqlıqlarına dözümlü yanaşır. Məsələn, baş nazirin oğu Aşot Paşinyanın qaçırılması xəbərini Simonyan yaysa da, ona heç bir söz deyilmədi.
Bundan başqa, Simonyan Ermənistana işləməyə gəlmiş kanadalı erməninin replikasına üzünə tüpürməklə cavab verəndə Nikol Paşinyan susdu.
Simonyanın Böyük Britaniyaya və Fransaya səfərləri baş nazir səfərinin protokuna daha çox uyğun idi.
Alen Simonyan Nikolun dostu, biznesmen olub. N.Paşinyan 2008-ci il 1 mart qırğınlarının günahkarı kimi axtarışda olanda Simonyan onu ailəsi ilə birlikdə öz evində gizlədib. Onların arasında çox sıx əlaqələr var.
Paşinyanın və “Orbeli” mərkəzinin “B” planına görə, əgər ölkədə gərginlik artarsa, sülh sənədinin imzalanması tələbləri güclənərsə, baş nazir istefaya gedə, Simonyan hakimiyyətə gələ bilər. Bu zaman Paşinyan pərdə arxasından prosesləri yönəltməyə davam edəcək. Sonradan yenidən özü hakimiyyətə qayıdacaq. Bu plan Qarabağ mövzusunda və Azərbaycanla münasibətləri normallaşdırma istiqamətində mümkün təzyiqlərdən yayınmaq üçün nəzərəd tutulub.