Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ərdoğan Rusiya ilə razılaşmanı bu səbəblərdən pozdu -TƏFƏRRÜAT

Ərdoğan Rusiya ilə razılaşmanı niyə pozdu? - 4 SƏBƏB

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Ukraynanın Azov qruplaşmasının komanda heyətini niyə Ankaraya səfər edən ukraynalı həmkarı Volodimir Zelenskiyə təhvil verdi, axı Rusiya ilə razılaşmaya görə onlar müharibə bitənə qədər Türkiyədə qalmalı idilər?

Yenixeber.org: Politolq Elxan Şahinoğlu sosial şəbəkə hesabında bu sualı cavablandırıb.

O bildirib ki, səbəbi maraq doğuran sual hər 3 ölkədə - Türkiyədə, Ukraynada və ən çox da Rusiyada müzakirə edilir.

"Bu sualın iki cavab variantı səslənib: 

1. Türkiyə Cumhurbaşqanı ukraynalı döyüşçüləri ölkələrinə qaytarmaqla NATO-nun zirvə toplantısı ərəfəsində Ankaranın İsveçin təşkilata üzvlüyünün əleyhinə olmasıyla bağlı ona edilən təzyiqləri neytrallaşdırmaq istəyib;

2. Türkiyə Cumhurbaşqanının ukraynalı döyüşçüləri sərbəst buraxması Rusiya prezidenti Vladimir Putinin Ərdoğanın böyük səyi nəticəsində qəbul edilən “taxıl anlaşmasını” uzatmayacağı eyhamlarına cavabdır.

Daha çox müzakirə edilən bu iki cavab variantına ikisini də əlavə etmək olar:

3. Rusiya-Ukrayna müharibəsinin sonu görünmədiyinə görə Ərdoğan ukraynalı döyüşçüləri əbədiyyətə qədər “girov” saxlamağın doğru olmadığı qənaətinə gəlib;

4. Ərdoğan Putinlə tərəfdaşlığın davamında maraqlı olsa da, Kreml sahibinin sonunda həm siyasi, həm də hərbi məğlubiyyətlə üzləşəcəyini proqnozlaşdırmağa başlayıb".

 

Xatırladaq ki, ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib. O, səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. 3 saata yaxın davam edən görüşdə iki ölkə arasında münasibətlər, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və iyulun 17-də müddəti başa çatacaq Qara dəniz taxıl sazişi kimi regional və beynəlxalq məsələlər müzakirə edilib.

Səfərdən sonra Zelenski Azov döyüşçülərinin Türkiyədən Ukraynaya qayıtdığını açıqlayıb. Bildirilib ki, hərbçilər 2022-ci ilin sentyabrında mübadilə nəticəsində rus əsirliyindən azad edilərək Türkiyəyə gətirilib.

Zelenski diqqətə çatdırıb ki, Azovun beş lideri razılaşmanın şərtlərinə əsasən, hərbi əməliyyatlar bitənə qədər Türkiyədə qalmalı olacaq.  

Azov döyüşçülərinin Ukraynaya qaytarılmasına sərt reaksiya verən Kreml Türkiyəni razılaşmanı pozmaqda ittiham edib. 

“Azovçuların liderlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin birbaşa pozulmasından başqa bir şey deyil. Üstəlik, bu halda şərtləri həm Ukrayna, həm də Türkiyə pozub”, - Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ankaraya etiraz edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam