Redaktor seçimi
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Ağalar Vəliyevin “Kristal Abşeron”u və qalmaqallı tarixçəsi -
Günün xəbəri

ƏRDOĞAN-GÜLƏN QARŞIDURMASI: Türkiyədə çevrilişi kimlər və niyə edirdi?

12742

Artıq neçə gündür ki, dünyanın gündəmini qardaş Türkiyədə baş verən uğursuz çevriliş cəhdi zəbt edib.

Xeberinfo.com:   Bu çevrilişin səbəbləri, necə baş verməsi, niyə baş tutmaması və ya qarşısının vaxtında alınmaması, həmçinin hansı qüvvə tərəfindən reallaşdırılmağa cəhd edilməsi ilə bağlı fərqli fikirlər, mülahizələr irəli sürülür.
Ancaq bəlkə də, hadisələr yeni olduğundan, hələlik qeyd olunan suallara kompleks şəkildə cavab axtarlmır. Bu baxımdan, biz, müxtəlif məlumatları, faktları, yanaşmaları və mövqeləri sistemli halda təhlil edərək, həmçinin uzun illər apardığmız müşahidələrə əsaslanaraq, hadisənin baş vermə səbəbi və yuxarıda qeyd etdiyimiz sullarla bağlı öz qənaətimizi ortaya qoymağa çalışdıq.

Çevriliş çəhdini kimlər etdi: ordu, yoxsa…?

1dar

İlk növbədə qeyd edək ki, bəzi dairələr qəsdən, kimlərsə də bilməyərəkdən Tükiyədəki hadisələri hərbi qiyam, ordunun hakimiyyəti ələ almaq cəhdi kimi təqdim etsə də, fikrimizcə, bu, səhv yanaşmadır. Hətta baş verənləri təhrif etmək, mahiyyətini gizlətmək cəhdidir.
Əslində çevrilişi uzun illərdir ordu içinə yeridilən, silahlı qüvvələrin ən üst qatlarına qədər yerləşdirlən və yaxşı təşkilatlanmış xüsusi qrup həyata keçirmək istəyirdi.Onlar polisdəki, məhkəmələrdəki və mülki işlərdəki təşkilat yoldaşları ilə birgə hərəkət edirdilər.
Sözsüz ki, onlara AKP hakimiyyətindən və şəxsən prezident Rəcəb Tayyib Ərdoğanın uzun illərdi ölkədə apardığı siyasətdən narazı olan bəzi hərbçilər, polis zabitləri və mülki işlərdə çalışan vəzifəli şəxslər də passiv və ya aktiv dəstək verirdi. Ancaq sonuncuların sayı elə də çox deyildi.
Əsas hərəkətə keçən güc strukturlarında, xüsusilə orduda və polisdə vahid mərkəzdən və ya təşkilatdan idarə olunan qrup idi. Söhbət bir vaxtlar camaat lideri kimi tanıdılan Fətulla Gülənin rəhbəri olduğu “Hizmət” (“Xidmət”) hərakatı adlanan təşkilatdan gedirHazırda bu təşkilat Türkiyədə elə Fətulla Gülənin adı ilə “FETÖ terror şəbəkəsi” adlandırılır.

Orduda, polisdə, məhkəmələrdə, prokurorluqda, nazirliklərdə, universitetlərdə və digər qurumlarda aşkara çıxarılan FETÖ-çuların sayının 10 minlərlə olması, bunların Türkiyədə dövlət çevrilişi edəcək gücə sahiblənməsi, hətta DÖVLƏTİ məyyən mənada ƏLƏ KEÇİRMƏLƏRİ Fətulla Gülənin belə bir QÜDRƏTƏ necə sahib olduğu sualını yaradır.
Bu suala cavab vermək üçün ilk növbədə “Gülən şəbəkəsi”nin mahiyyətinə diqqət yetirmək lazımdır.

Milli hökumətləri ələ keçirməyi hədəfləyən beynəlxalq güc və onun maşası olan “örgüt”!

gladio-2b910

Bu şəbəkə ilə bağlı ortaya çıxan faktlar, məlumatlar və müşahidələr bir vaxtlar “Gülən camaatı” kimi tanınan “Hizmət” hərəkatının artıq coxdan dini bir icma olmaqdan çıxdığını, yarı hərbi-yarı siyasi “örgütə” çevrildiyini söyləməyə əsas verir. Əlbəttə, bunu Fətulla Gülənin gücü, onun ideoloji baxışlarının böyük kütlələri özünə cəlb etməsi kimi xarakterizə etmək sadəlövhlük olardı. Məsələ ondadır ki, yayılan məlumatlar, aparılan təhlillər, eləcə də müşahidələr göstərir ki, Fətullah Gülənin “Hizmət” hərəkatı adlandırdığı bu “hərbi-siyasi örgüt” (FETÖ şəbəkəsi) beynəlxalq miqyaslı bir təşkilat olub, arxasında Qərbdə, xüsusilə də ABŞ-da söz sahibi olan bəzi dairələr – iri maliyyə, hərbi və siyasi çevrələr, o cümlədən yəhudi lobbisini özündən birləşdirən BEYNƏLXALQ GÜC MƏRKƏZLƏRİNDƏN biri dayanır.
Əlbəttə, bu GÜC MƏRKƏZİNİN konkret kimlərdən təşkil olunduğunu, hansı təşkilatların, dövlətlərin xidmətində olduğunu, hansısa ad altında fəaliyət göstərib-göstərmədiyini təyin etmək bizim imkanlarımız daxilində deyil.

Ancaq onun əsas HƏDƏFİNİN milli hökumətləri öz nəzarəti altına almaq olduğu şübhə doğurmur. Elə Gülənin “Hizmət” hərəkatı adlandırdığı bu hərbi-siyasi örgüt də həmin MƏRKƏZİN öz məqsədləri üçün istifadə etdiyi təşkilatlardan biridirƏks halda Türkiyədə hansısa bir camaatın lideri olan şəxsə dünyanın 160 ölkəsində məktəblər, universitetlər açmağa, oralarda rahatlıqla öz İDEOLOGİYASINI yaymağa, ən savadlı GƏNCLƏRİ öz təsir dairəsinə salmağa, onları ZOMBİLƏŞDİRMƏYƏ imkan verərdilərmi?
Hələ onu sual etmirik ki, bu şəbəkə dünyanın ən müxtəlif ölkələrində açdığı təhsil müəssisələri və biznes strukturları vasitəsilə hər il 10 milyardlarla vəsaiti “Hizmət parası” kimi bir mərkəzə necə toplayıb. Beynəlxalq güclər onların nəzarətindən kənarda belə böyük vəsaitin hansısa “DİNİ CAMAAT”ın əlində toplanmasına imkan verərdilərmi?
Əlbəttə verməzdilər!
Bu və digər faktlar FETÖ-nun BEYNƏLXALQ GÜC MƏRKƏZLƏRİNDƏN birinin əlində alət olduğunu, Fətullah Gülənin də məhz onların xidmətçisi olduğunu söyləməyə əsas verir.Yəni “Gülən şəbəkəsi” özü bir GÜC deyil, hansısa GÜCün “MAŞASIDIR”!

“Gülən şəbəkəsi” Türkiyədə 40 ildən artıqdır təşkilatlanır!

1418728654286

Təsadüfi deyil ki, “Gülən şəbəkəsi”nin də əsas hədəflərindən biri və bəlkə də birincisi dünyanın 160 ölkəsində açdıqları təhsil müəssisələrində – məktəb və universitetlərdə yetişdirdikləri insanları lazım bildikləri DÖVLƏTLƏRDƏ önəmli postlara yerləşdirmək, mümkünsə HAKİMİYYƏT başına gətirməklə, MİLLİ HÖKUMƏTLƏRİ ələ keçirmək və ya ən azı onların vasitəsilə dövlətlər üzərində önəmli təsir rıçaqı əldə etməkdir.
Bu baxımdan Türkiyədə təxminən 40 ildən artıqdır təşkilatlanan, şəbəkələşən “Hizmət” hərəkatının əsas hədəfinin məhz qardaş ölkədə HAKİMİYYƏTİ ƏLƏ KEÇİRMƏK olduğu şübhə doğurmur. Və bu FETÖ-nun nə ilk cəhdidir, nə də sonuncu olacaq…
Odur ki, Türkiyədəki çevriliş cəhdindən sonra meydana çıxan məlumatlar, 10 minlərlə FETÖ-çunun müxtəlif dövlət qurumlarında vəzfələrdə olduğunun aşkarlanması təəccüblü sayılmamalıdır. Bu, zatən onların əsas HƏDƏFİDİR!
Məhz bu hədəfə çatmaq üçün “Gülən şəbəkəsi” yalnız dövlət qurumlarında deyil, eləcə də müxtəlif iri biznes strukturlarına, çoxsaylı qeyri-hökumət təşkilatlarına, media orqanlarına nəzarəti tam mənada ələ keçirərək, faktiki olaraq dövlət içində dövlət yaratmağa nail olmuşlar. Ərdoğanın sözlərilə desək, PARALEL DÖVLƏT yaratmışlar.

Ərdoğan “Gülən şəbəkəsi”nin dövlətdə möhkəmlənməsinə niyə göz yumub?

1erfr

Sual oluna bilər: 2002-ci ildən hakimiyyətdə olan AKP, Ərdoğan bunu görmürdümü? Niyə bunların belə güclənməsinə, dövlətin bütün postlarında üstünlüyü ələ almalarına imkan verirdi? Bu sualın konkret cavabını vermək çətin olsa da, biz bəzi mülahizələr üzərində dayanmağı doğru hesab edirik.

Birincisi, Ərdoğan və ətrafı “Gülən şəbəkəsi”nin dövlətdə möhkəmlənməsindən xəbərdar olub. Zatən xəbərsiz olmaları mümkün deyildi. Ərdoğan hakimiyyətə gələnə qədər artıq bu şəbəkə əhəmiyyətli şəkildə dövlətdə möhkəmlənmişdi. Hətta onun hakimiyyətə gəlməsinə müəyyən mənada dəstək də vermişdilər.
Ərdoğan hökumətinin də ilkin dövrdə bunlarla birgə işləməkdən başqa çarəsi yox idi.Dövlətin hər strukturunda möhkəmlənmiş, xüsusulə polis, prokurorluq və məhkəmələrdə söz sahibinə çevrilmiş Gülənçilərə qarşı ilk gündən mübarizəyə başlamaq KÖNÜLLÜ İNTİHAR olardı.
Ona görə də, Ərdoğan “Gülən şəbəkəsi” ilə birlikdə işləmək, dövlətdə möhkəmlənənə qədər onların əməllərinə göz yummaq, hətta onların fəaliyyətini dəstəklədiyini göstərmək məcburiyyətində idi. Bunu AKP rəhbərliyinin, elə Ərdoğanın özünün o zamankl çıxışlarından da görmək mümkündür.
Əks halda bu şəbəkə nəinki Ərdoğana işləməyə imkan verməz, hətta onu yığmağa çalışardı. 2012-ci ildən sonra AKP hökuməti əleyhinə həyata keçirdiyi kampaniyaya ilk dövrlərdə start verərək, o zaman hələ zəif olan hökumətin fəaliyyətlərinin uğursuzluğa düçür olmasına zəmin yaradardı. Və ən azı növbəti seçkidə Ərdoğanın hakimiyyəti itirməsinə, Türkiyənin inkişafında başlıca maneə olan, hər il dəyişən koalisiyalar dövrünün yenidən qayıtmasına şərait yaradardılar.

Fətullah Gülənin etirafı və Baykalın təsbiti

ata12CJXC

Bu üzdən də Ərdoğanın hakimiyyətini möhkəmləndirmək, dövlət aparatında AKP-yə və Türkiyə hökumətinə sadiq, kənar təsirlərdən uzaq kadrları yerləşdirmək, bütün ölkə boyunca güc əldə etmək üçün müəyyən dövr Gülənlə birlikdə hərəkət etməyə, necə deyərlər, “gülənçilərin” nazı ilə oynamağa məcburdu.

Ancaq Ərdoğan ilk gündən bu şəbəkənin “ipinin” xarici qüvvələrin əlində olduğunu bilir və onun ölkə üçün nə qədər təhlükəli bir “örgüt” olduğundan xəbərdardı.
Bunu Fətullah Gülənin özünün bu yaxınlarda CNN və BBC-ə verdiyi açıqlamasındakı etirafı da təsdiqləyir. O bildirib ki, Ərdoğan AKP-ni yaratmazdan öncə onunla görüşüb, planları barədə məlumat verib, dəstəyini gözlədiyini deyib. Müəyyən söhbətdən sonra ondan ayrılan Ərdoğan, yanındakı şəxsə Türkiyəni ilk növbədə bu şəxsdən və onun şəbəkəsindən xilas etməyin zəruri olduğunu bildirib. Həmin şəxs bunu çox sonralar, Ərdoğanla yolları ayrıldıqdan sona Fətullah Gülənə söyləyib.
Yəni, Ərdoğan hələ 20 il öncədən “Gülən şəbəkəsi”nin nə qədər təhlükəli qüvvə olduğunu bilib. Sadəcə GÜC toplayana qədər onlara qarşı əks hərəkətlərdən çəkinib. Belə bir gücə 2011-cu il parlament seçkilərindən sonra yiyələnən Ərdoğan, həmin ilin sonları, 2012-ci ilin əvvəlləri “Gülən şəbəkəsi”nə qarşı açıq müharibə elan etdi. Buna şəbəkənin cavabını bir qədər sonraya saxlayaraq, CHP-nin sabiq rəhbəri, böyük dövlət adamı olduğu şübhə doğurmayan Dəniz Baykalın bir fikrini xatırlatmaq istərdik: “Dövlət içərisində örgürtlənmiş bu şəbəkəni yalnız Ərdoğan çökdürə bilər, başqa heç kim…”

“Gülən şəbəkəsi” üzvlərinin məxfiliyini necə təmin edir?

dunyanin-dort-bir-yanina-kacan-feto-imamlari-sema

İkincisi, “Gülən şəbəkəsi”nin əsas özəlliklərindən biri gizliliyin çox ciddi şəkildə qorunmasıdır. Elə bu gizliliyi təmin etmək üçün “Hizmət” hərəkatının üzvlərinə istənilən addımı atmaq, yerli hakimiyyətlərin yanında yer almaq, hətta lazım gəlsə Fətullah Gülən əleyhinə danışmağa, bu topluma məxsus bütün dəyərlərdən imtina etməyə icazə verilir.
Təşkilatdan kimsə ifşa olunarsa, “Hizmət” hərəkatının ciddi ziyan görməməsi üçün Pensilvaniyaya bağlı çoxlu sayda şəbəkələr qurulur və onların biri digərindən xəbərsiz olur. Ona görə də, onları müəyyən etmək, “Gülən şəbəkəsi”nə bağlı olub-olmadığını təyin etmək asan deyil. Təsadüfi deyil ki, Ərdoğanın baş hərbi müşavirinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin köməkçisinin belə bu şəbəkəyə bağlı olduğu aşkarlanıb.
Yəni bu şəbəkənin təmsilçiləri özlərini ciddi şəkildə gizli saxlamaq, lazım olan ana qədər “hücrəyə” çəkilmək özəlliyinə sahibdirlər. Bunların kimliyinin ortaya çxması üçün ya uzunmüddətli araşdırmalara, ya da Türkiyədəki kimi onların özlərinin hərəkətə keçməsinə ehtiyac var. Son çevriliş cəhdindən sonra şəbəkəyə bağlı olduğu ehtimal edilən çoxlu sayda insanın işdən çıxarılması və həbsə alınması Ərdoğan hökumətinin bu istiqamətdə uzun müddətdir araşdırmalar apardığını söyləməyə əsas verir. Ancaq bu hələ onların hamısının müəyyən edildiyini və ya ediləcəyini söyləməyə əsas vermir.

Türkiyədəki sistem “Gülən şəbəkəsi”nin dövləti ələ keçirməsinə şərait yaradıb!

Üçüncüsü, Ərdoğan hökumətini “Gülən şəbəkəsi”nin dövlət qurumlarını ələ keçirməsinə imkan yaratmaqda ittiham edənlər Türkiyədəki sistemi ya bilmirlər, ya da qərəzlidirlər. Məsələ ondadır ki, Türkiyədə hökumət dövlətin bütün sahalərində söz sahibi deyil. Burda Azərbaycandakı kimi dövlət aparatını prezidentə bağlayan iyerarxık bir sistem mövcud deyil.
Uzun illərdir ki, hökumət parlamentin formalaşdırdığı və yalnız iqtisadiyyatı idarə edən bir qurum kimi fəaliyyət göstərib. Prezident isə formal bir institut olub. Ərdoğanın güclü lider olması ona bu sistemi bir qədər dəyişmək imkanı versə də, o, yalnız hökuməti vahid idarəçilik altına sala bilib.
Məhkəmə, prokurorluq, silahlı qüvvələr, hətta son illərə qədər polis belə hökumətdən müstəqil fəaliyyət göstərib. Media və QHT-lərə isə hökumətin ümumiyyətlə əli çatmayıb.
Əlbəttə, hakimiyyət qollarının bir-birinə nəzarəti baxımından bunun yaxşı olduğunu iddia edənlər var. Ancaq nəzərə almaq lazımdır ki, bu sistem eyni zamanda məhkəmə, prokurorluq və silahlı qüvvələrdə hansısa bir qrupun təşkilatlanmasına hökumətin müdaxilə imkanlarını sıfıra endirir. Bəzən hətta bu strukturlarda şəbəkələşmiş ünsürlər xalqın seçdiyi hökumətin fəaliyətini iflic edə bilir. Necə ki, Türkiyə uzun illlər bunun acısını yaşayıb və hələ də yaşamaqdadır.
Məhz Tükiyə hökumətinin bu strukturlarda kadr siyasətinə hər hansı müdaxilə imkanının olmaması şərait yaradıb ki, “Gülən şəbəkəsi” bu qurumlarda üstünlüyü ələ alsın.

Saxta yollarla öz üzvlərini dövlətdə müxtəlif vəzifələrə yerləşdiriblər

“Gülən şəbəkəsi”nin isə əsas özəlliklərindən biri hələ uşaq vaxtlarından savadlı, istedadlı uşaqlari öz sıralarına cəlb etmək və onları dövlətin müxtəlif strukturlarına yerləşdirərək, yüksək postlar tutmalarını təmin etmək olub. Bir-birinə bağlı olan bu şəbəkə üzvləri seçimdə başqalarına deyil, məhz “özününkülərə” üstünlük verərək, dövlət orqanlarında, həmçinin məhkəmə sistemində, polisdə prokurorluqda, hətta silahlı qüvvələrdə belə “örgütlənə” biliblər. Son hadisələrdən sonra bəlli olur ki, həm universitetlərə, həm də dövlət qulluğuna qəbul imtahanlarının suallarını ələ keçirən bu şəbəkə öz üzlərinin ən yüksək nəticələr toplayaraq, əsas yerləri tutmalarına şərait yaradıblar.
Universitetlərdə də güclü şəkildə təşkilatlanan şəbəkə ən yüksək balları məhz öz tələbələrinə verməklə, onların seçim zamanı üstünlük qazanmasna şərait yaradıblar.
Eyni zamanda əllərindəki medianın gücü, QHT-lərin “qaralama” kampaniyası ilə şəbəkənin üzvü olmayanları sıradan çıxarıb, yerinə öz adamlarını yerləşdiriblər.

Ərdoğan hökumətinin isə buna əvvələr müdaxilə imkanları sadəcə olmayıb. Sonradan isə bu müdaxilə cəhdləri böyük müqavimətlə qarşılanıb, ictimaiyyətə hökumətin hakimiyyətin digər qollarını da ələ keçirərək, diktatura yaratmaq cəhdi kimi təqdim edilib. Medianın, QHT-lərin apardığı kampaniya və beynəlxalq dairələrin reaksiyası Ərdoğan hökumətinin bu şəbəkə üzvlərinin üzərinə nəinki açıq getməsinin qarşısını alıb, hətta onlar qəhrəman kimi təqdim edilib.
Türkiyə hüquqi dövlət olduğundan, hökumət bu adamların “Gülən şəbəkəsi”nə bağlılığını bilsə də, onlara qarşı tədbir görmək, işlərinə son vermək imkanı olmayıb.
Onu da nəzərə alsaq ki, bu şəbəkənin arxasında əlində dünya mediasına, böyük ölkələrin siyasi çevrələrinə təsir etmək imkanı olan beynəlxalq güc mərkəzlərindən biri dayanıb, Ərdoğan hökumətinin necə bir şəbəkə ilə üz-üzə qaldığını təsəvvür etmək çətin olmaz.
Qeyd etdiklərimiz, fikrimizcə, “Gülən şəbəkəsi”nin Türkiyədə bir virus kimi dövlət aparatını ələ keçirməsini və Ərdoğan hökumətinin bununla bağlı uzun illər hər hansı tədbir görə bilməməsinin səbəblərini ortaya qoyur.

FETÖ-çular niyə indi çevrilişə əl atdı?

1A

Belədə sual olunur: Türkiyədə faktiki olaraq dövlətin müəyyən strukturlarını böyük ölçüdə ələ keçirmiş bu şəbəkə – FETÖ-çular niyə çevriliş kimi radikal və sonu onlar üçün fəlakət ola biləcək bir addım atıblar?
Bunun, əlbəttə, dəqiq səbəbini şəbəkəni idarə edənlər bilir. Ancaq ortada olan məlumatlar, müşahidələr müəyyən mülahizələr irəli sürməyə əsas verir.

İlk növbədə qeyd edək ki, bu çevriliş cəhdinin şəxsən Fətullah Gülənin deyil, onun arxasında dayan GÜC MƏRKƏZİNİN sifariş etdiyi şübhə doğurmur. Bunu hadisələr başlar-başlamaz STRATFOR-un (ABŞ kəşfiyyatına bağlı araşdırma mərkəzi) Ərdoğanın Almaniyada sığınacaq istəməsi barədə məlumat yayması da təsdiqləyir. Təbii ki, bununla xalqın müqavimət gücünü qırmaq istəyirdilər.

Çevriliş cəhdinin başlıca səbəbinin isə Ərdoğanın ciddi bir həmləyə hazırlaşması, avqust ayının sonunda Silahlı Qüvvələrdə həyata keçiriləcək dəyişikliklər zamanı “Gülən şəbəkəsinə” bağlı generalları, zabitləri ordudan uzaqlaşdırmaq niyyəti ilə bağlanır. Belə bir dəyişiklik “Gülən şəbəkəsi”nin Türkiyədə cox ciddi güc itirməsinə gətirib çıxaracaqdı. Ondan sonra faktiki olaraq Ərdoğan hökumətinə qarşı bütün real təhdidlər aradan qalxacaq və onun şəbəkənin digər qurumlardakı nümayəndələrini “təmizləmək” imkanları genişlənəcəkdi.

Bu isə “Gülən şəbəkəsi” və başqa ünsürlər vaistəsilə Türkiyəni FAKTİKİ nəzarətdə saxlayan, qardaş ölkənin güclənməsinə imkan verməyən, iqtisadiyyatını istədiyi vaxt çökdürə bilən BEYNƏLXALQ GÜC MƏRKƏZİNİN böyük ölçüdə inkanlarından məhrum olması deməkdi. Hansı ki, bu imkanlar ona Türkiyədən və Türkiyə  üzrindən 10 milyardla qazandırmağa imkan verirdi. Bunun üzərində geniş dayanmaq başqa bir yazının mövzusu olsa da, dediklərimizi əsaslandırmaq üçün qısaca bir-neçə misal göstərək.

Belə ki. Türkiyə iqtisadiyyatını nəzarətdə saxlayan bu GÜC MƏRKƏZİ əlindəki iş adamları vaistəsilə müxtəlif şirkətlərin böyük miqrdarda səhmlərini əldə edir, müxtəlif təbliğat yolları ilə onların dəyərini ən yüksək  səviyyəyə çatdırdıqdan sonra satırdılar. Bundan sonra siyasi aləmdəki, mediadakı və hərbidəki adamları vasitəsilə Türkiyədə siyasi böhran yaradır, iqtisadiyyatdakı adamlarının əli ilə bunu dərinləşdirirdilər.Nəticədə yüksək qiymətə satdığı səhmlərin dəyəri kəsgin düşürdü. Və onlar da satdıqlrı səhmləri bu dəfə 10 dəfələrlə ucuz qiymətə alıb, Türlkiyə dövlətinin hesabına 10 milyardlar qazanırdılar. bu prosesi vaxtaşırı təkrarlayırdılar.

Eyni zamanda polisdəki, hərbidəki adamları vasitəsilə Türkiyə üzərindən narkotika, silah, siqarət, spirtli içkilər və hətta insan  qaçaqmalçılığı həyata keçirməklə hər il 10 milyardlar əldə edirdilər. Türkiyəyə nəzarəti itirmək bu 10 milyardları  da itirməkdi. 

Əlbəttə. bunun yalnız maliyyə tərəfi deyil siyasi tərəfləri də vardı. Ərdoğanın Türkiyəni müstəqil siyasət yürüdən, onların tapşırıqlarını yerinə yetirməyən bir ölkəyə çevirməsi BEYNƏLXALQ GÜC MƏRKƏZLƏRİNİ razı sala bilməzdi. Onların ordudakı adamlarının təmizlənməsi Türkiyəyə siyasi təsir vasitələrinin də itirilməsinə səbəb olacaqdı.  

Məhz belə bir perspektivin qarşısını almaq üçün “Gülən şəbəkəsi”nə Silahlı Qüvvələrdəki nümayəndələrini hərəkətə keçirmək əmri verildiyini söyləmək olar.

Bundan əvvəlki çevriliş cəhdləri: “Gülən şəbəkəsi” güc itirən kimi hərəkətə keçib!

taksim-akm

Ümumiyyətlə, müşahidələr göstərir ki, bu şəbəkə öz təsir qüvvəsini ciddi şəkildə itirdiyi zaman hökuməti devirmək təşəbbüsünə baş vurur. Diqqət edək: Yuxarıda qeyd etdik ki, məhz 2011-ci il seçkilərindən güclənmiş şəkildə çıxan Ərdoğan “Gülən şəbəkəsi”nə açıq müharibə elan etdi və hökumətin nəzarətindəki strukturlardan onun təmsilçilərini “təmizləməyə” başladı. Gülənə yaxın şəxslər yeni kabinetdə təmsil olunmadı, iş adamları iri layihələrə buraxılmadı. Ardınca polisin üst qatında “Gülən şəbəkəsi”nə bağlı olduğu şübhə doğurmayan şəxslər ya açığa alındı, ya da ölkənin ucqar bölgələrinə keçirildi.
“Gülən şəbəkəsi” güc itirdiyini görərək, dərhal hərəkətə keçdi. Ərdoğana qarşı ilk çevriliş cəhdi də bu zaman meydana çıxdı. Bu məqsədlə ilk olaraq Ərdoğana sədaqətli MİT-in rəhbəri Hakan Fidanı həbs etmək istədilər. Ancaq Ərdoğan buna imkan vermədi, Fidanı qorudu.
Ardınca Gezi parkında bir neçə ağacın kəsilməsinə qarşı yaşıllıqların müdafiəsi adı altında başlayan piketlər qısa müddət sonra bütün ölkə boyu Ərdoğan hökumətinin istefasını tələb edən mitinqlərə çevrildi. Aşkar təxribatlarla bu mitinqləri xalqın silahlı üsyanına çevirmək cəhdləri oldu. Bunu “Gülən şəbəkəsi”nin “MÜLKİ ÇEVRİLİŞ” cəhdi kimi də xarakterizə etmək olar.
Ancaq həmin vaxt Ərdoğanın qətiyyətli mövqeyi və iri şəhərlərdə “gülənçilərdən” təmizlənmiş polisin hökumətin yanında yer alması bu çevriliş cəhdinin uğursuzluğa düçar olmasına səbəb oldu. Bəlkə həmin vaxt “Gülən şəbəkəsi” Silahlı Qüvvələrdəki təmsilçilərini də hərəkətə keçirsəydi, Ərdoğan hökumətini devirərdi. Ancaq ya səhv etdilər, ya da o zaman tam əmin olmadıqlarından buna gedilmədi. Və Ərdoğan şəbəkənin ilk çevriliş cəhdini boğdu.

Bundan sonra daxili işlər orqanlarındakı təmizləmələr daha da genişləndirildi.
Növbəti addım kimi isə prokurorluq və məhkəmələrdəki “Gülən şəbəkəsi”nə bağlı şəxslərin ortaya çıxarılmasına başlandı. Ancaq bu prosesi aparmaq asan deyildi.

Hakimlər və Prokurorlar Yüksək Qurumu (HSYK) birbaşa hökumətin nəzarətində olmadığından, Ərdoğan hökuməti ciddi müqavimətlə qarşılaşırdı. Və bu müqavimət 2013-cü ilin sonunda hökumətə qarşı növbəti çevriliş cəhdi ilə müşahidə olundu. 17-25 dekabr aralığında içərilərində Türkiyə hökumətinin bir neçə nazirinin, Ərdoğanın oğlunun da adının keçdiyi “rüşvət əməliyyatı” həyata keçirildi. Ardınca da media və sosial şəbəkələrdə geniş “qaralama” kampaniyasına başlayaraq, Ərdoğan hökumətini istefaya məcbur etmək istədilər.

17_ARALIK_OZELL

Ancaq Ərdoğan yenə də qətiyyətli mövqe tutdu və xalqı bunun “Gülən şəbəkəsi”nin növbəti çevriliş cəhdi olduğuna inandıra bildi. Məhz bu inamın nəticəsi olaraq həmin əməliyyatlardan cəmi 3 ay sonra keçirilən bələdiyyə seçkilərini böyük üstünlüklə qazandı.
Ardınca da prezident seçkilərində ilk turda qalib gəlməsi “Gülən şəbəkəsi”ni müvəqqəti olaraq geri çəkilməyə məcbur etdi.
Ancaq Ərdoğan onları bağışlamadı və tam gücü ilə “Gülən şəbəkəsi”nin üzərinə yeridi. İlkin mərhələdə bütün səyini güc strukturlarından və məhkəmələrdən şəbəkə üzvlərinin “təmizlənməsinə” yönəltdi. Və bunu böyük ölçüdə bacardı.

Növbə Silahlı Qüvvələrə catmışdı. Yuxarıda qeyd etdiyimiz kimi, avqust ayının sonunda üst qədəmədə, sonrada aşağıda “Gülən şəbəkəsi”nə bağlı general və zabitlərin ordudan uzaqlaşdırılması planlaşdırılırdı. Bu isə “Gülən şəbəkəsi”nin faktiki olaraq Türkiyədə bir GÜC olaraq sıradan çıxmasına səbəb olacaqdı. Bununla da, əlbəttə, bu şəbəkəni quran, onları bəsləyənlər razılaşa bilməzdi. Odur ki, hərəkətə keçmək əmri verildi və sonrası məlumdu.

FETO-çular niyə məğlubiyyətə uğradı: səbəblər!

4dar

Sual oluna bilər ki, belə yaxşı təşkilatlanmış, xaricdən idarə olunan, çoxsaylı generalları öz sıralarına qatan bir ÖRGÜTÜN çevriliş cəhdinin qarşısı necə alına bildi? Niyə onlar tez məğlub oldular, hədəflərinə çata bilmədilər?

İlk vaxtlar bu sual açıq qalsa da, sonradan ortaya çıxan məlumatlar mənzərəni aydınlaşdırır. 

Ardı var


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam