Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Putindən rədd cavabı –Ermənistan rəsmən “Artsax”dan imtina etdi

Ermənistan rəsmi şəkildə “Artsax”dan imtina edib.

Yenixeber.org:  Bu barədə “Hayeli” nəşri məlumat yayıb.

Bildirilib ki, iyunun 28-dən sonra Ermənistan Fövqəladə Hallar Nazirliyinin saytında qondarma “Artsax” ifadəsi yığışdırılıb və yerinə Qarabağ yazılıb.

Məlumata görə, iyulun 1-dən etibarən Fövqəladə Hallar Nazirliyi Ermənistan Daxili İşlər Nazirliyinə birləşdirilib. 

Qeyd edək ki, Ermənistan baş naziri çıxışlarında Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib. O, söyləyib ki, İrəvan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Nikolun açıqlaması separatçıları və revanşistləri məyus etsə də, həqiqət dəyişməz olaraq qalır.  

"Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü tanıyır", - deyə Paşinyan vurğulayıb. 

Göründüyü kimi, o, Qarabağın Azərbaycanın suveren ərazisi kimi tanıdığını birmənalı şəkildə ifadə edir. Məlumat üçün bildirək ki, Paşinyan bu məzmunda açıqlama verən ilk Ermənistan lideridir. 

Eyni zamanda Ermənistanın əsas müttəfiqi hesab olunan Rusiya da “Artsax” adlı qurumu qəbul etmir. Ötən gün mətbuat konfransı keçirən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın qondarma rejimi qəbul etmədiyini diqqətə çatdırıb. 

Zaxarova erməni jurnalistin sualına cavab olaraq, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki silahlı erməni quldur dəstələrinin başçısı Araik Arutunyanı və onun qondarma “prezident vəzifəsini” tanımadığını bəyan edib. 

Rəsmi İrəvanla separatçılar arasında təmaslar da əvvəlki kimi deyil. Hətta erməni mediasında yer alan xəbərlərə əsasən, Ermənistan rəsmiləri qondarma rejim nümayəndələrinin telefon zənglərinə belə cavab vermirlər. İddia olunur ki, İrəvan artıq separatçıların üzərindən əlini çəkib və onlara Bakının tələblərinə tabe olmağı məsləhət görüb.  

“Hetq” nəşrinin redaktoru sosial şəbəkə hesabında yazıb ki, Ermənistan rəsmiləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin zənglərinə cavab vermir. Onun sözlərinə görə, separatçı rejim ümidsizliyə qapılıb: 

“Əvvəllər bütün idarələrin bir-biri ilə sıx əlaqələri olub, istənilən məsələ tez həllini tapıb. İndi sadəcə zənglərə cavab vermirlər". 

“Hraparak” qəzeti isə qeyd edib ki, Ermənistan hakimiyyəti separatçıların “rəhbəri” Arayik Harutyunyanı seçim qarşısında qoyub. O ya Bakı ilə danışıqlara başlamalı, ya da ermənilərin Qarabağdan çıxarılmasını qəbul etməlidir. Çıxılmaz vəziyyətlə üzləşən baş separatçı Rusiya prezidenti Vladimir Putinə təcili məktub ünvanlayaraq, ondan kömək istəyib. 

Məktubun tam mətni ictimaiyyətə açıqlanmasa da, bəzi nüanslar KİV tərəfindən dərc olunub. İddialara əsasən, Arayik Putinə məktubunda Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinə toxunub və missiyanın davam etdirilib-etdirilməyəcəyi sual olunub. 

Eyni zamanda bildirilib ki, sülhməramlılar Qarabağda vəziyyəti nəzarətdə saxlamaq və Laçın-Xankəndi yolunu açmaq niyyətində deyillərsə, qondarma rejimə ətraflı məlumat verilməlidir. Bundan başqa, Arayik Arutyunyan həddini aşaraq, “səbr kasaları”nın dolduğunu qeyd edib və yeni təxribatların anonsunu verib. 

Mosvanın cavabına gəlincə, bunu Zaxarova dünənki mətbuat konfransında səsləndirib - biz "Artsax" adlı qurum tanımırıq. 

İndi Arayik və dəstəsinin yeganə yolu Bakının tələblərini yerinə yetirərək təslim olmaqdır. Əgər bunu etməsələr, Azərbaycan güc yolu ilə istəyinə nail olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam