Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Hanna Nyumandan Tehrana cavab:“Davam edəcəyəm”

İran hökuməti İsveçin Tehrandakı səfirliyinə ünvanladığı məktubda Almaniyanın Avropa Parlamentindəki (AP) nümayəndəsi Hanna Nyumanın İranda insan haqlarının pozulması ilə bağlı tənqidlərinə son qoyulmasını tələb edib. Xanım Nyuman öz Tvittert hesabında bu məktubun mətnini paylaşıb.
Yenixeber.org: Bu məktubda Hanna Nyumanın İran prezidenti İbrahim Rəisinin inqilabın əvvəlində minlərlə insanın edam edilməsinə görə məsuliyyət daşıması ilə bağlı açıqlamaları “qərəzli və təxribat xarakterli” adlandırılıb.
“Mayın 21-də xanım Nyuman öz Twitter hesabında İran prezidentinin əleyhinə bəzi fikirlər yazıb.Onun anti-İran bəyanatları və fəaliyyəti, xüsusən də son aylardakı təxribatları hüquqi əsasa, rasionallığa, siyasi müdrikliyə malik deyil, reallığın təhrif edilməsinə və yalan məlumatlara əsaslanır”, - məktubda deyilir.
Məktubun İsveçin Tehrandakı səfirliyinə göndərilməsi bu ölkənin hazırda AP-də rotasiya qaydasına sədrlik etməsi, xanım Nyumanın isə həm də bu qurumun insan hüquqları komitəsinin vitse-prezidenti olması iləb bağlıdır.
Xanım Nyumann İraının AP-də belə bəyanatların təkrarlanmasının qarşısının alınması tələbini minlərlə insanı öldürən İran hakimiyytəninin cəzası qalması ilə izah edib.
- İran rejiminin həqiqəti gizlətdiyinə dair sübuta ehtiyacınız varsa, bu məktubu özünüz oxuyun. Bu gün İranda edamlar spiralına baxırıq, çünki İbrahim Rəisi kimi insanlar minlərlə insanı öldürməsinə baxmayaraq cəzasız qalırlar. Bu nümunəni qırmağın vaxtı çatıb və beynəlxalq ictimaiyyət bununla bağlı öz rolunu oynamalıdır”, - almaniaylı deputat yazıb.
İran hökumətinin mövqeyinə rəşmən, Xanım Nyuman öz mübarizəsini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, 1988-ci ilin yayında həbsdə olan minlərlə siyasi və ideoloji məhbusu yenidən təyin etmək üçün “Ölüm Komitəsi” kimi tanınan dörd nəfərdən ibarət komitə yaradıldı ki, İbrahim Rəisi də həmin 4 nəfərdən biri və edamların əsas fiqurlarından idi. 2021-ci il prezident seçkilərini keçirdikdən sonra İbrahim Rəisi 1988-ci il edamlarında prokuror kimi öz rolunu müdafiə edərək, onu “qiymətləndirmək və həvəsləndirmək lazımdır” şüarını irəli sürdü.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam