Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Fürerin pilot fanatı –Hanna Rayç Hitleri Berlindən qaçırmaq istəyib, amma o razılaşmayıb

Yenixeber.org: O, ən son məqamda, Adolf Hitlerin son günlərində özünü fürerin bunkerinə yetirə bilib. Berlinin hava məkanının ABŞ və SSRİ aviasiya qüvvələrinin nəzarətində olmasına baxmayaraq, Hanna Rayç öz təyyarəsini şəhər ətrafındakı avtomobil magistralına endirməyi bacarıb. 1945-ci ilin avqustun 27-də Hitlerlə görüşən təyyarəçi ona Berlini tərk etməyi təklif edib və bu missiyanı öz üzərinə götürüb. Hanna Rayç Hitlerə Berlinin hava məkanından sağ-salamat çıxa biləcəyini inamla vəd edib. Fürer bu təkliflə razılaşmayıb. Hitler Berlini tərk etməyəcəyi halda Hanna Rayç onunla birlikdə bunkerdə qalacağını bildirib. Hitler bununla da razılaşmayıb və sevimli təyyarəçisinə Berlindən təcili uzaqlaşmağını tövsiyə edib.

Hanna Rayç 1912-ci ildə Polşanın Xirşberq şəhərində anadan olub. Atası bölgənin tanınmış göz həkimlərindən biri sayılıb. Valideynləri Hanna Rayçın da həkim olmasını arzulayıblar. O, valideynlərinin arzusuna qarşı çıxmayıb. Orta təhsilini başa vurduqdan sonra tibb kurslarına gedib. Amma Hanna Rayçda həkimlik arzusu tezliklə tükənib və o, uşaqlıqdan arzusunda olduğu bir sahəyə üz tutub, pilot məktəbinə qəbul olunub.

unnamed.jpg (75 KB)

Hanna Rayç gənc yaşlarından təyyarəçi kimi ən yüksək göstəricələrə malik olub. O, 1934-cü ildə, 22 yaşında qadınlar arasında uçuş məsafəsinə görə rekorda imza atıb.

Nasist partiyasının üzvü olan təyyarəçi xanım həm də tədbirlərdəki alovlu nitqləri ilə yadda qalıb. Kifayət qədər çevik və həm də cazibədar olan Hanna Rayç yuxarı dairələrin də diqqətindən yayınmayıb. Adolf Hitler Nürnberqdə keçirilən partiyanın qurultayına gedəndə, onun uçduğu təyyarənin pilotu da məhz Hanna Rayç olub. Hakim dairələr ona inanıblar, etibar ediblər.

1937-ci ildə Hanna Rayç Almaniya hərbi hava qüvvələrinə pilot-instruktor kimi xidmətə qəbul edilib. II dünya müharibəsində o, bir sıra döyüş tapşırıqlarını icra edib. Hanna Rayçın səma döyüşləri əsasən SSRİ ərazisində olub.

Bundesarchiv_Bild_183-B02092,_Hanna_Reitsch.jpg (88 KB)

Uğurlu hərbi əməliyyatlara görə Hanna Rayç dəfələrlə Almaniyanın ən yüksək dövlət mekafatları ilə təltif olunub. Ən maraqlı məqamlardan biri isə odur ki, müharibənin ən qızğın vaxtlarında belə Hanna Rayçın mükafatlarını ona şəxsən Adolf Hitler təqdim edib.

Yuxarıda qeyd etdiyimiz kimi, 1945-ci ilin aprelin 27-də Hanna Rayç Hitlerə Berlindən qaçmağı, onu öz təyyarəsi ilə Almaniyadan uzaqlaşdırmağı təklif edib. Hitler bu təklifi qəbul etmədikdən sonra Hanna Rayç daha bir neçə gün Berlində qalıb. Hitlerin ölümündən sonra təyyarəçi qadın ölkədən qaçmağa cəhd edib. Amma bu cəhd alınmayıb. Mayın 9-da o, Amerika hərbçiləri tərəfindən həbs olunub.

Bundesarchiv_B_145_Bild-F051625-0295,_Verleihung_des_EK_an_Hanna_Reitsch_durch_Hitler (1).jpg (79 KB)

Hanna Rayçın məhkəməsi 18 ay davam edib və o, bu müddətdə Berlin ətrafındakı həbsxanaların birində saxlanılıb. O, hərbi cinayətdə ittiham olunsa da, heç bir konkret fakt sübuta yetirilməyib və nəhayət, 18 aydan sonra Hanna Rayç azadlığa buraxılıb.

Hanna Rayç məhkəmə prosesindəki çıxışlarında Adolf Hitlerin əleyhinə bir kəlmə də olsun ifadə verməyib, əksinə, füreri şəxsən tanıdığından qürur hissi keçirdiyini ifadə edib: “Mən fəxr edirəm ki, Adolf Hitler adlı dahi bir şəxsiyyətlə şəxsən tanışlığım olub. Dünyanın bütün siyasətçiləri arasında Hitler mənim üçün ən yüksək zirvədə dayanan bir simadır. Mən onun dəlicəsinə fanatıyam və yəqin ki, bu münasibətə görə cinayət məcəlləsində müvafiq bir maddə yoxdur...”

1024px-Karl_Ritter_mit_der_Fliegerin_Hanna_Reitsch_in_einem_Scheibe-Falke_1968.jpg (99 KB)

Azadlığa çıxdıqdan sonra Hanna Rayç pilot kimi fəaliyyətini davam etdirib. O, bir çox aviasiya yarışlarında qalib sıralara qalxıb.

1951-ci ildə Hanna Rayçın “Uçuşlar mənim həyatımdır” adlı kitabı işıq üzü görüb. Beş dilə tərcümə olunan kitab böyük oxucu auditoriyası qazanıb.

1024px-Großflugtag_Kassel-Waldau_1938-2.jpg (126 KB)

Hanna Rayçın fəaliyyəti SSRİ tarixçiləri tərəfindən də öyrənilib və onun mərd xarakterli bir qadın olduğu bu araşdırmalarda xüsusilə vurğulanıb. Araşdırmaçı Vasili Nikifirov alman pilot haqqında yazıb:
“Hanna Rayç məhkəmə proseslərində özünü bir çox ali rütbəli alman zabitlərindən daha ləyaqətli aparıb. Real cəza təhlükələrinə baxmayaraq, o, öz fürerinə qarşı sədaqət nümayiş etdirib. Hanna Rayç nasist cəmiyyətində deyil, digər bir cəmiyyətdə yaşasaydı, bəlkə də o, dünyanın ən tanınmış simalarından birinə çevrilərdi. Amma faşizm onun bütün fəaliyyətini aqresiyaya yönəltdiyindən, o, özünü olduğu kimi realizə edə bilmədi...”

Ömrünün son illərində özəl uçuş məktəbləri açan Hanna Rayç son gününə qədər sevimli pilot peşəsindən ayrılmayıb, Almaniyanın hərbi məktəblərində mühazirələr oxuyub, gənc pilotların təlim məşqlərində iştirak edib, bilik və təcrübəsini onlarla bölüşüb.

5-3.jpg (63 KB)

Hanna Rayç 1979-cu ildə, 68 yaşında vəfat edib. Öz vəsiyyətinə görə o, Avstriyanın Zalsburq şəhərində dəfn edilib. İllər öncə onun doğmaları da Zalsburq qəbirstanlığında dəfn olunublar.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam