Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

Blinken:“İranla razılaşma barədə xəbərlər düz deyil"

Vaşinqtonla Tehran arasında bir sıra problemlərin həlli naminə razılığa gəlinməsi üçün danışıqların aparılması barədə yayımlanan xəbərlıər və onlara verilən şərhələr əsl siyasi detektiv janrının süjetlərini xatırladır.
Yenixeber.org: ABŞ-nin Dövlət katibi Entoni Blinken İranın nüvə proqramının cilovlanması və İranda həbsdə olan Amerika vətəndaşlarını azadlığa buraxılması yönündə Vaşinqtonla Tehranın razılaşmaya yaxınlaşması barədə xəbərləri təkzib edib. Blinken Sinqapurlu həmkarı ilə keçirdiyi mətbuat konfransında Tehranla dolayı danışıqlara aid sualı cavablandırarkən belə açıqlama verib.
“İranla bağlı nüvə məsələlərinə dair razılaşma və ya məhbuslarla bağlı bəzi xəbərlər görmüşük, sadəcə olaraq, bunlar düzgün və həqiqətə uyğun deyil. İranın nüvə proqramı tənliyinə gəlincə, biz bu ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyıq və hələ də diplomatiyanın belə bir məqsədə çatmaq üçün ən yaxşı yol olduğuna inanırıq. Biz heç bir variantı masadan çıxarmamışıq. Amma hələ də bununla bağlı heç bir razılaşma yoxdur” , - ABŞ-nin Dövlət katibi deyib.
Blinken İranda həbsdə olan Amerika vətəndaşlarına gəlincə, onları azad etmək üçün razılığa gəlindiyindən daha sevindirici bir şeyin, lakin bu sahədə də razılaşmanın olmadığını söyləyib. Onun sözlərinə görə, bu məsələ nüvə problemindən ayrıdı və onun üzərində intensiv iş gedir.
Maraqlıdır ki, İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani bir neçə gün bundan əvvəl Omanım paytaxtı Maskatda Vaşinqton-Tehran təmasları barədə xəbərləri Blinkemdən tam fərqli ruhda şərh edib.
“Sanksiyaların aradan qaldırılması üçün danışıqları səfərbər etmək məqsədi ilə biz Omanın yüksək səviyyəli rəsmilərinin bir neçə həftə əvvəl verdiyi təklifləri alqışladıq və danışıqlar davam edir ”, - Kənani deyib.
Bəzi məlumatlı mənbələr “The New York Times” qəzetinə bildiriblər ki, Amerika hökumətinin məqsədi İran hakimiyyətinin “siyasi atəşkəs” kimi qiymətləndirdiyi məsələ barədə İranla “qeyri-rəsmi və şifahi razılaşma” əldə etməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam