ABŞ Dövlət departamentinin sözçüsü Metyu Millerə istinadən xəbər verir ki, gərginliyi azaltmaq, o cümlədən nüvə proqramını, regional sabitliyi pozan fəaliyyətləri məhdudlaşdırmaq və amerikalı məhbusların azad edilməsi üçün Vaşinqton İranın addımlar atmasını istəyir.
“Birləşmiş Ştatlar İranla öz məqsədlərinə çatmaq üçün müttəfiqləri və tərəfdaşları ilə koordinasiyalı şəkildə diplomatik fəaliyyəti davam etdirir. Lakin Vaşinqton Tehranla qaçılmaz razılaşmayla bağlı istənilən xəbəri rədd edir. Biz nüvə proqramını cilovlanması da daxil olmaqla gərginliyin azaldılması üçün İranın addımlar atmasını istəyirik. ABŞ İrandan “nahaq olaraq həbs etdiyi bütün amerikalıları” azadlığa buraxmasını istəyir. Amerika vətəndaşlarının siyasi rıçaq kimi qeyri-qanuni həbsi yolverilməzdir və biz haqsız yerə həbs olunmuş hər bir amerikalının geri qaytarılması üçün işi davam etdirəcəyik”, - Miller vurğulayıb.
Hazırda İranda həbsəd olan Ameika vətəndaşları Siyamək Nəmazi, Emad Şərqi və Murad Tahbazdır. Amerika bu ikili vətəndaşlığı olan məhbusların azadlığa buraxılmasını təmin etmədən Bayden hökumətinin JCPOA-ya (İranın nüvə problemi üzrə 5+1 sazişi) yenidən girəcəyi ehtimalının az olduğunu yazır.
Bu arada ABŞ-nin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin sədri Maykl Makkol prezident Co Baydenə ünvanladığı məktubda İranla aparılan qeyri-rəsmi danışıqlardan narahatlığını bildirib. Makkol Konqresə xəbər vermədən belə bir addımın atmasını hökumətin qanunlara riayət etmək niyyətini şübhə altına aldığını vurğulayıb.
“İranın nüvə proqramı ilə bağlı onu tamamilə dayandırmadan, sadəcə, onu məhdudlaşdıran hər hansı razılaşma, nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq sistemi zəiflədir” - Makkol deyib.
ABŞ: "Gərginliyi azaltmaq üçün İran addımlar atmalıdır"
İranın nüvə problemi və həbsdə olan vətəndaşların ikitərəfli qaydada buraxılması ilə bağlı Vaşinqtonla Tehran arasında yaşanan gərginlik hələ də səngimir. ABŞ bunun üçün məhz İranın sözdən əmələ keçməsinin vacibliyini vurğulayır.