Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

İran və ABŞ Omanda dolayı danışıqlar aparıblar

İsraillə ABŞ arasında İranla bağlı mütəmadi şəkildə məsləhətləşmələr davam etsə də, bir sıra mənbələr Vaşinqtonun münasibətlərin tənzimlənməsi müstəvisində pərdəarxası Tehranla da danışıqlar apardığını bildirirlər.
Yenixeber.org:  İran və ABŞ rəsmiləri keçən ay Omanda dolayı danışıqlar aparıblar. Omanlılar isə Vaşinqtonun və Tehranın ayrı-ayrı otaqlarda olan təmsilçilərinə mesajlar ötürüblər. Başqa sözlə desk, omanlılar bir növ qonşuluqda yerləşən tərəflər arasında rabitəçi rolunu oynayıblar.
“Axios” saytı, öz növbəsində, yaydığı xəbərin 3 mənbədən aldığı məlumata əsaslandığını iddia edib.
“Ağ evin Milli Təhlükəsizlik şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk ötən ayın əvvəlində Omana İranla ölkənin nüvə proqramı ilə bağlı mümkün diplomatik danışıqlarla bağlı səssiz səfər edib. Brett Makqerk Omana gəlişi ilə eyni vaxtda İran nümayəndə heyəti də Maskata gəlib və bu heyətdə İranın baş nüvə müzakirəçisi Əli Baqeri Kəni də iştirak edib. Brett Makqurk və İran rəsmiləri görüşməyib. Daha doğrusu, iki tərəf ayrı-ayrı yerlərdə iştirak ediblər, Oman rəsmiləri isə onların arasında gəzərək mesajlar çatdırıblar” - məlumatda deyilir.
Vaşinqtonun Tehranla pərdəarxası diplomatik təmaslar qurmaq cəhdləri barədə son vaxtlar səsləndirilən iddialar Təl-Əvivi ciddi şəkildə narahat edir. İki gün əvvəl İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə telefon danışığı da məhz bu narahatlıqdan irəli gələn şübhələrin aradan qaldırılmasını nəzərdə tuturdu. Amma “Axios”un yaydığı xəbər bu müstəvidə Təl-Əvivi narahat edən məqamların qaldığını göstərir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam