Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycanlı hüquqşünas erməni jurnalistin iddialarını alt-üst etdi -TƏFƏRRÜAT

Fransanın “Radio Courtoisie” radiostansiyasında bu ölkədə yaşayan azərbaycanlı hüquqşünas, politoloq, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Zaur Sadıqbəylinin erməni əsilli jurnalist Leo Nikolyanla debatı keçirilib. 

Yenixeber.org:  Mark Borovskinin aparıcılığı ilə idarə olunan “Azad mübahisələr” proqramında baş tutan debat zamanı Qarabağ münaqişəsinin tarixi, münaqişənin inkişafı, Fransanın rolu kimi mövzular müzakirə edilib və suallar cavablandırılıb.  

Bu debatı təşkil etdiyi üçün radioya təşəkkürünü bildirən Zaur Sadıqbəyli öncə Azərbaycan həqiqətlərinin Fransanın kütləvi informasiya vasitələrində səsləndirilməsinə yol verilmədiyinə, Azərbaycan icmasının mövqeyinin fransız ictimaiyyətinə çatdırılmasına əngəllər törədildiyinə görə Makron hakimiyyətini sərt tənqid edib.   

Sonra qalmaqallı bəyanatlar müəllifi olan erməni jurnalistinin “Qarabağ qədim zamanlarda böyük Ermənistan imperiyasının tərkib hissəsi olub”, “Azərbaycan o vaxt heç olmayıb”, “ermənilər dünyada birinci xristian xalq olub”, “XX əsrin əvvəllərində Qafqazda müstəqil dövlətlər yaradılanda Qarabağ Ermənistanın tərkibində idi”, “Stalin onu Azərbaycana verib”, “Bunun nəticəsində 1988-ci ildə ermənilər Dağlı Qarabağ iddiasını irəli sürüblər və müharibə başlayıb” kimi absurd iddialarını faktlar və dəlillərlə rədd edib. 

İrəvanda doğulduğunu xatırladan Zaur Sadıqbəyli bildirib ki, ermənilərin Qarabağla bağlı yanlış narrativlərini çox eşidib, halbuki münaqişə artıq keçmişdə qalıb. “Bilirsiniz, 2000 ildən sonra biz deyə bilmərik ki, 2000 il əvvəl “Böyük Ermənistan” olub...”, - deyə soydaşımız sarkazmla cavab verib.  

Qars, Kürəkçay müqavilələrini, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi dövrdə İrəvan şəhərinin Ermənistana, bolşeviklərin hakimiyyəti dövründə Qarabağın dağlıq ərazisinə muxtariyyət verilməsi faktlarını diqqətə çatdırıb: “Rusiya Baş Qərargahının XVIII-XIX əsrləri əhatə edən bütün xaritələrində nəinki Qarabağda, eləcə də Ermənistanın özündə bütün toponimlər Azərbaycan dilindədir. Bu o deməkdir ki, azərbaycanlılar dəhşətli ərazi itkilərinə və deportasiyalara məruz qalıblar. İndiki Ermənistan ərazisinin 95%-ni əhatə edən torpaqlarda azərbaycanlılar yaşayıblar. Mənim ulu babalarım orada doğulub. 1918-ci ilin mayın 28-də elan olunmuş Azərbaycan Respublikası sülh əldə etmək ücün zorən İrəvan şəhərini erməni daşnak hökümətinə verməli oldu. Beləliklə, mənim ulu babalarım sağ qala bildilər. Bu sənəd hec vaxt ratifikasiya olmayıb, amma mövcuddur”.  

Zaur Sadıqbəyli bildirib ki, Emənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və varislərinin təmsil olunduqları 600 minlik Qərbi Azərbaycan İcması baş nazir Nikol Paşinyana müraciət edərək, Ermənistana qayıtmaları üçün şərait yaradılmasını tələb ediblər: “Ermənistanda mövcud olan doktrinaya görə, biz vətəndaşlıq hüquqlarımızdan məhrum olunmuşuq. Ermənistanda yer və qan hüququna malik olan şəxs kimi mən və digər 600 000 soydaşımız Ermənistana hər an qayıda bilməliyik”. 

Zaur Sadıqbəyli xatırladıb ki, 11 yaşı olarkən qardaşı ilə birlikdə Ermənistanda “Qarabağ ermənilərindir” sözünü deməkdən imtina etdikləri üçün erməni qonşuları tərəfindən mismarlı taxtalarla döyülüblər və sol qolunda indiyədək həmin işgəncənin izi qalıb.  

Leo Nikolyanın “sizə kömək edən ermənilər də vardı” iddiasını rədd edən soydaşımız ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərə diqqti cəlb edib. “Xeyr. Biz 1988-ci ilin mayın 26-da Ermənistanı tərk etdik və mən hec vaxt Ermənistana qayıda bilmədim. Bizim ailəmizdən sonra bir azərbaycanli da oradan sağ cıxa bilmədi. 100 nəfərin əksəriyyəti orada həlak olub. 219 nəfərin siyahısı var, amma (ən azı) yüzdən coxu Ermənistanda qətlı yetirilib. Bu haqda kimsə danışırmı?”, - deyə ritorik sual səsləndirib.

Azərbaycanın Laçın yoluna nəzarəti öz üzərinə götürməsi məsələsinə aydınlıq gətirən soydaşımız qeyd edib ki, yol hərəkət üçün acıqdır. Halbuki istənilən  ölkədə, o cümlədən Fransada bir qrup insan “biz müstəqil olmaq istəyirik, cünki bizim dilimiz başqadır” deyərsə, bu, ölkədaxili separatcılıq kimi qiymətləndirilir: “Bu gün Azərbaycanın yanaşması cox sadədir. Hər hansı bir şəxs Azərbaycanın Konstitusiyasını, qanunlarını və ərazi bütövlüyünü qəbul edirsə, ölkəmizdə yaşaya bilər”.  

Leo Nikolyanın dilə gətirdiyi “Əqər Korsika Fransadan müstəqillik istəsə, Makron referendumu qəbul etsə...” ifadəsini aparıcı Mark Borovski yarıda kəsib: “Amma o (Makron) bunu qəbul etməyəcək”. 

Erməni jurnalisti bu məqamda özünə hakim ola bilməyib və Makronu diktator adlandırıb: “Əlbəttə, cünki Makron gizlı diktatordur. Əlbəttə, o, hec vaxt korsikalıların, qaskonların və digərlərinin müstəqillyini qəbul etməyəcək...”. 

Zaur Sadıqbəylinin erməni jurnalistinə cavabı belə olub: “Cənab Nikolyan, siz bilirsiniz ki, dünyada hec bir ölkə öz ərazisinin bir hissəsinin qoparılmasını qəbul etməz. Fransızlar da (razı olmaz). Avropada sonuncu (problem) olan  Kataloniya idi. İspaniyada da eyni şey oldu. Sabah belə qopma məsələsini Fransada qoyun referenduma. Fransızlar onu rədd edər. Bilirsiniz niyə? Cünki Konstitusiyanın birinci maddəsində “Fransa vahid və bölünməz ölkədir” yazılıb. Bunu başa düşürsünüz? Qarabağ da Azərbaycanın bir bölgəsidir”.  

Aparıcı Mark Borovski dünya birliyinin, o cümlədən Fransa, Almaniya və ABŞ-ın Qarabağın Azərbaycan torpağı olduğunu rəsmən tanıdığını xatırladanda, Leo Nikolyan “Makron elə özü ermənilərə dedi (bunu)” etirafını boynuna alıb. 

Zaur Sadıqbəyli bildirib ki, artıq Avropa Birliyinin vasitəçiliyi ilə aparılan danışıqlarda tərəflər qarşılıqlı olaraq Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər.  

Leo Nikolyan isə növbəti qalmaqallı ifadəsini dilə gətirib: “Blirsiniz ki, mən Avropaya qarşıyam... Şarl Mişel, bağışlayın məni, bir kukladır. Yanında səhər, günorta və axşam Azərbaycana baş əyən o sarışın xanım Ursula van der Leyen olanda, ona hər şey vermək istəyir. Çünki bizə Azərbaycanın verdiyi qaz və neft lazımdır Rusiyaya nəzarət etmək üçün...”. 

Aparıcı “dayanın, amma Fransanın, Avropanın Ermənistanla bağları var və böyük erməni icması var” və “Fransa bu gün Azərbaycanı seçdi?” fikirlərinə erməni jurnalist “Makronun Fransa hökuməti korrupsiyadan, puldan, çılğın xəmirdən başqa bir şey deyil” cavabını verib. Fransanı “Qarabağ müharibəsi zamanı 7000 erməni əsgərini öldürmək üçün istifadə edilən 2 peyki Azərbaycana satmaqda”, “erməni ordusuna təlim keçmək üçün aşağı dərəcəli zabitlər və əsgərlər göndərməkdə”, Fransanın Ermənistandakı səfiri Ann Luyonu Azərbaycanın xeyrinə casusluq etməkdə və korrupsiyada ittiham edib. 

Qeyd edək ki, Fransanın Ermənistandakı səfirliyi erməni jurnalistin səfirin ünvanına səsləndirdiyi casusluq və korrupsiya ittihamının əsassız və həqiqətə uyğun olmadığını bəyan edib.  

Erməni əsilli jurnalist Leo Nikolyan Livanda anadan olub. Fransa televiziyasında çalışıb. 1991-1994-cü illərdə Qarabağda hərbi jurnalist olub, 1997-2003-cü illərdə Ermənistanda, 2023-cü ilin mayından Rusiyada çalışır.   

//www.radiocourtoisie.fr/2023/05/20/libre-journal-des-controverses-du-2023-le-conflit-au-haut-karabagh/#author_page


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam