Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Rus faşizminin son həddi -Xaqani Cəfərli yazır

image
Yenixeber.org: Taktiki nüvə silahının tətbiqi ilə müqayisə oluna biləcək Kaxovka Su Elektrik Stansiyasının su bəndinin partladılması rus faşizminin son həddidir. Bundan sonra taktiki nüvə silahının tətbiqi də adi hadisə hesab olunacaq. Su bəndinin partladılmasından sonra Rusiyanın taktiki nüvə silahından istifadə edə biləcəyi ehtimalı da artdı.
Rus faşizminin belə hərəkətlərə əl atması isə gözlənilən idi. Çünki, Rusiya mediasında aparılan təbliğatın əsas tezislərindən biri belədir: “Bizdən qorxmurlar. Bu hədsizlikdir!”
Qay Yuli Sezarın “Nə qədər ki, bizdən qorxurlar, bizə istədikləri qədər nifrət etsinlər” fəlsəfəsi ilə hərəkət edən rus faşizmi Ukraynada törətdiyi insanlıq əleyhinə hərbi cinayətlərlə bölgənin bütün xalqlarını qorxutmağa çalışır. Rusiya televiziyalarının efirlərindən açıq şəkildə belə fikirlər səsləndirilir ki, qorxmayanları məhv edəcəyik. Rus faşizminin Ukraynada törətdikləri postsovet respublikalarının necə təhlükə ilə üzbə-üz olduğundan xəbər verir. Ona görə də rus faşizminin məğlub edilməsi yalnız Ukraynanın vəzifəsi ola bilməz. Bütün ölkələr Rusiya ilə ticarəti dayandırmalıdırlar. Azərbaycan cəmiyyəti hakimiyyətdən Rusiya ilə ticarətin qadağan edilməsini tələb etməlidir. Rus faşizminin məhv edilməsi Azərbaycan xalqının da həyati əhəmiyyətli marağındadır. Napoleona qalib gələn Rusiyanın Azərbaycan torpaqlarında törətdiyi qətliamların təkrar olmasını istəmiriksə, rus faşizminin məhv edilməsi üçün əlimizdən gələni etməliyik.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam