Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Separatçılar iğtişaşlara hazırlaşır, ruslara qarşı çıxırlar

Azərbaycanın Qarabağ bölgəsində yaşayan fəal ermənilər Rusiya Sülhməramlı Kontingentinə qarşı aktiv fəaliyyətə keçiblər. Buna dair son günlər Ermənistan mediasında silsilə yazılar dərc edilir.
Yenixeber.org: Məsələn, məşhur “Hraparak” nəşri yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi xəttini dəstəkləyən bir qrup separatçı son günlər görünməmiş fəallıq nümayiş etdirir. Onlar ictimai proseslərdə aktiv iştirak edir, qondarma rejimin rəhbəri Arayik Arutyunyanı öz nəzarətlərində, daha doğrusu Paşinyanın nəzarətində saxlamağa çalışırlar.
"Bu xəttin daşıyıcıları Tiqran Petrosyan, Artur Osipyan, müşavir Masis Mailyan və Samvel Babayandır ki, onlar da dünən Qarabağda ruslara qarşı etiraz aksiyası təşkil etdilər. Qarabağdakı mənbələrimiz (Xankəndidəki separatçılar - red.) deyirlər ki, bu qrup fəal toplantılar təşkil edir və prosesləri diqqətlə izləyir. Yəni, əgər gözlənilməz halda Arayik Arutyunyan Paşinyana qarşı çıxmasını görsələr, Paşinyanln dəstəsi daxili iğtişaşlar törədəcəklər", - məqalədə Ermənistan baş nazirinin adamlarının dağıdıcı və hiyləgər "iş sistemi" belə təsvir edilib.
Nəşr bir müddət öncə Azərbaycanın sərt təpki və təzyiqlərindən sonra Xankədidəki "vəzifəsindən" qovulan təxribatçı Ruben Vardanyanın da adını xatırladıb. Müəllif iddia edir ki, son günlər yerli ermənilər arasında Azərbaycana qarşı başladılan yeni imza kampaniyası - "hərəkatın" arxasında keçmiş "dövlət naziri" Ruben Vardanyan dayanır.
Qeyd edək ki, "Hraparak"ın adını çəkdiyi Samvel Babayan 1994-2000-ci illərdə qondarma rejimin "müdafiə ordusunun" rəhbəri olub. Bir neçə aydır ki, erməni mediası Babayanın Xankəndidə mühüm vəzifə tutmağa hazır olduğunu yazır. Qarabağda olan əksər separatçılar isə ona qarşı çıxırlar. Hətta siyasətçilərdən biri "Samvel Nikol Paşinyanın tezislərini gündəmə gətirir” deyib.
Ruben Vardanyan isə ötən il Rusiyadan Xankəndiyə bəlli məqsədlər üçün göndərilmişdi. Onun Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakının bu siyasi oyuna sərt şəkildə təpki verməsi nəticəsində Vardanyan vəzifədən uzaqlaşdırıldı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam