Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"Bu gün Ağdamda baş verən hadisə Ermənistanın törətdiyi mina terrorunun növbəti təzahürüdür"

 

Bu gün Ağdamda iki nəfərin ölümü ilə nəticələnən partlayış Ermənistanın törətdiyi mina terrorunun növbəti təzahürüdür.

Yenixeber.org:  Bunu  hərbi ekspert Ramil Məmmədli deyib.

Ekspert vurğulayıb ki, işğaldan azad olunan ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi olduqca çətin və təhlükəli prosesdir:

"Azad olunan ərazilərdə bu gün həm hərbi, həm də humanitar təyinatlı minatəmizləmə işləri həyata keçirilir. Humanitar minatəmizləmə işləri əsasən Azərbaycan Minatəmizləmə Agentliyinin, yəni ANAMA-nın funksiyasına daxildir. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin minatəmizləmə qrupları, mühəndis istehkam bölmələri isə daha çox hərbi təyinatlı infrastruktur ərazilərində, ANAMA-ya dəstək təyinatlı minatəmizləmə işlərini həyata keçirirlər. Hələ müharibədən sonra, 2021-ci ildə ərazilərin mina xəritələrinin əldə olunması ilə bağlı Ermənistana müraciət edildi. Lakin Ermənistan bu məsələdə qeyri-adekvat mövqe nümayiş etdirdi, yəni verdikləri mina xəritələri dəqiq olmadı".

 

R.Məmmədli vurğulayıb ki, Azərbaycan öz ərazilərinin minalardan təmizləmə işində BMT və digər beynəlxalq təşkilatlardan da fəal dəstək gözləyir:

"Təəssüf ki, bu günə qədər beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycana dəstək göstərmirlər. Bu gün Ağdamda iki nəfərin həlak olması ilə nəticələnən məlum hadisə isə təbii ki, Ermənistanın başqa bir formada Azərbaycana, azərbaycanlılara qarşı terror fəaliyyəti ilə məşğul olmasının bariz nümunəsidir. Ermənistanın törətdiyi mina terrorunun növbəti təzahürüdür. Onlar alta tank əleyhinə mina, üstə isə piyada əleyhinə mina qoyaraq partlayışın daha “effektiv” olmasını həyata keçirirlər. Bu mina kombinasiyasının məqsədi həm də daha çox insanı öldürmək və partlayışın dalğasını geniş əraziyə yaymaqdır. Ermənistan terrorçu dövlət olduğuna görə, biz bunu faktlarla hər zaman sübut etmişik. Bu cür əməllərin onlar tərəfindən törədilməsi də adi qəbul olunur".

Ekspert hesab edir ki, mina terrorunun qarşısını almağın yeganə yolu Ermənistana müxtəlif vasitələrlə təsir göstərməkdir:

"Bunu müxtəlif vasitələrlə beynəlxalq təşkilatlar, böyük ölkələr həyata keçirməlidir. Çox təəssüf ki, ermənilərin ermənilərin mina terroru davam edir. Lakin Ermənistana qarşı hər hansı bir təzyiq vasitəsi həyata keçirilmir. Ermənistanla, mina terroru ilə bağlı fərqli bir mövqe nümayiş etdirilməlidir".

Xatırladaq ki, bu gün Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində 1999-cu il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşərək həyatlarını itiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam