Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Ermənistan ordusu Azərbaycanın XTQ modelindən nümunə götürəcək

Ermənistan ordusu Azərbaycanın XTQ modelindən nümunə götürəcək
Erməni ekspert Ara Poqosyan ordu ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Yenixeber.org: O, İrəvana məsləhətlər verərək üstüörtülü şəkildə Azərbaycanın Xüsusi-Təyinatlı Qüvvələrindən (XTQ) nümunə götürülməsini məsləhət bilib.
Poqosyan ordu quruculuqlarını "Mamul"a şərh edərkən qeyd edib ki, ölkə rəhbərliyi sadəcə silah idxalı ilə məşğul olmamalıdır.
- Aktiv silah idxalı ordunun döyüş qabiliyyətinin artırılması haqqında heç nə demir. Ordunun döyüş effektivliyi əsasən bir çox psixoloji amillərdən asılı olur. Lakin bizdə qoşunların mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılmasında maarifləndirmə işləri effektli olmayacaq. Çünki biz məğlub mövqedə dayanan psixoloji tiplə qarşılaşırıq. Bununla mübarizənin yeganə yolu "inqilabi" tədbirlər deyil, təkamül yolunun seçilməsidir, - politoloq qeyd edib.
Poqosyan vurğulayıb ki, qoşunlar tez-tez hərbi təlimlər keçirməli, hərbçilərin çoxu həvəsləndirilməlidir. Yəni, məqsəd onlara qalib gələ biləcəkləri təəssüratı yaratmaqdır.
Amma burada da potensial qalib obrazı formalaşmazdan əvvəl realda uduzan, zəiflə müzəffər olan psixoloji tiplərin toqquşması baş verir.
- Bu toqquşma müəyyən stresli vəziyyətə, öz gücünə inamsızlığa, şübhələrə səbəb olacaq. Məhz burada dövlətin, komandirlərin qoşunlarda qələbəyə inamı necə gücləndirmələri ilə bağlı öz xüsusi strategiyası olmalıdır. Bir çox komandirlərlərimiz bu barədə düşündülər. Əminəm ki, psixoloqlar da bununla məşğul olacaqlar. Mən tez-tez bu fikri deyirəm ki, Ermənistan mövcud orduya toxunmadan yeni elit qoşunlar yaratmalıdır. (Azərbaycanda komadoların yaradılması kimi-red.) Hazırda fəaliyyətdə olan ordudan nəyisə ixtisar etməyə, qoparıb ayrıca qurum yaratmağa, mövcud diviziyaları yenidən təşkil etməyə ehtiyac yoxdur. Əksinə, elit qoşun növləri tamamilə ayrıca formalaşdırılmalıdır. Elit hərbi qüvvələr yalnız ən yaxşıların, seçilmişlərin xidmət etməsi üçün bir fürsət olmalıdır. Elit qoşunlarda xidmət hər bir əsgərin əziz arzusu olmalıdır.
Elit qoşunlar dedikdə biz təkcə quru qoşunlarını nəzərdə tutmamalıyıq. Bu hərbçilər döyüş meydanında öz peşəkarlığını göstərə bilməli, əfsanə yaratmağı bacarmalıdır. Onların görünüşü düşmənlər üçün dəhşət, ordu üçün isə ümid və iman alovu saçmalıdır, - Poqosyan xüsusi təyinatlılardan ibarət ayrıca birlikllərin yaradılmasının əhəmiyyətindən danışarkən deyib.
Maraqlıdır ki, erməni ekspert Azərbaycan XTQ-sinin döyüş meydanında əsas qaydalarından birinə çevrilmiş tezisləri də öz ordusu üçün məsləhət bilib. Bu, ən gözlənilməz anda meydana çıxmaq, yəni görünmədən görmək, ölmədən öldürə bilmək bacarıqlarıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam