Yenixeber.org: Bunu Polşanın müdafiə naziri Mariuş Blaşak “La Razon” nəşrinə müsahibəsində deyib. Polşalı nazir müharibənin bitmə vaxtı məsələsini çətin adlandırıb:
“Bu çətin sualdır. Qüvvələr və vasitələrin miqyasından və hazırda Ukraynada döyüşlərin necə getməsindən başlayaraq, mən qorxuram ki, söhbət həftələrdən yox, aylardan gedir. Rusiya Ukraynada bataqlığa düşüb - əvvəllər Çeçenistan və Əfqanıstanda olduğu kimi. Müharibədən çıxmaq Kremlin səhvini etiraf etmək və bu vəhşi hücumun nəticələri ilə üzləşmək deməkdir”.
Polşalı nazir vurğulayıb ki, Ukraynaya hərbi yardım və Rusiyaya iqtisadi təzyiq işğalçılara qarşı mübarizənin ən effektiv formasıdır.
Polşanın müdafiə naziri :“Rusiya Ukraynada bataqlığa düşüb”
“Rusiya Çeçenistan və Əfqanıstanda olduğu kimi Ukraynada da bataqlığa düşüb. Və bu müharibə aylarla davam edə bilər”.