Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Vardanyan Xankəndində fond yaradır –Rus emissarına yeni görəv verilib

Yenixeber.org: O, “Bizim dağlar” adında fond təsis edərək işğal altındakı ərazilərimizdə fəaliyyətini genişləndirmək niyyətində olduğunu qeyd edib.

Rus emissarı deyib ki, Qarabağın ermənilər yaşatan ərazlərində sosial sahəyə, təhsilə və mülki müdafiə sisteminin təkmilləşməsinə dəstək verəcək. Vardanyan iddia edib ki, əraziyə gəldiyi gündən bu yana haqqında danışdığı işlərə 4 milyon dollar xərcləyib.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Ruben Vardanyan bu açıqlama ilə mesaj verib ki, o, Xankəndində qalır və müxtəlif layihələri reallaşdırmaqda davam edəcək. Onun sözlərinə görə, separatçıların bir qismi Vardanyana rəqib kimi baxmaqla yanaşı onun maliyyəsindən və əlaqələrindən ehtiyat edir.

Ancaq bu qorxu separatçılara Vardanyanı bölgədən kənarlaşdırmağa kifayət edəcəkmi?

Bu suala cavabında ekspert vurğulayıb ki, Ruben Vardanyan Azərbaycana üçün arzuolunmaz şəxsdir: “Onun maliyyəsiylə bölgəyə silah və sursat daşınması istisna deyil. Üstəgəl Ruben Vardanyan dünyanın müxtəlif ölkələrində yaşayan imkanlı ermənilərdən bir qismini bölgədə yerləşməyə dəvət edə bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam