Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Aİ-nin yanlışları:Ermənistan iki versiyanı nəzərdən keçirir, bəs Azərbaycan nə edə bilər?

 Avropa İttifaqının Ermənistandakı missiyası Azərbaycanla sərhədin kövrək nöqtələrini müşahidə etməyə başlayıb.

Yenixeber.org: Aİ-nin nəzəri funksiyalarına və məntiqinə əsasən, monitorinq missiyası regional sabitliyə və sülhə töhfə verəcək.

Avropa Birliyi ötənilki iki aylıq missiyanın presedentindən çıxış edə bilər, lakin bunun üçün onda hüquqi əsaslar yoxdur.

2022-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Aİ-nin vasitəsilə Praqada ortaq razılıq əldə etmişdilər. İlk missiyanın gəlişinə Azərbaycan da razılıq vermişdi - ancaq Ermənistan ərazilərinə.

Həmin missiya iki aydan sonra fəaliyyətinə “stop” qoydu, lakin əvvəlki razılaşmaya istinad edirmiş kimi, yenidən fəaliyyətini canlandırdı. Bu dəfə isə iki illik müddətə. Ancaq Azərbaycan buna razılıq verməyib, deməli, Aİ-nin presedent kimi yararlanmaq istədiyi istinad yanlışdır.

Deməli, Avropa İttifaqı özünün müəyyən etdiyi iki illik missiyanın mahiyyətini və müddətini Azərbaycanla koordinasiya etməyən təyinatdan çıxış edib.

Yaranan qarışıqlıq fonunda Aİ-nin monitorinq qrupu sərhəddə baş verə biləcək toqquşmanın qarşısını ala bilmək səlahiyyətini də itirir, lakin ehtimal var ki, riskləri müvəqqəti də olsa, azalda bilər.

Aİ-nin missiyası o zaman məhsuldar olacaq ki, Azərbaycan-Ermənistan gündəliyindəki tezislərə münasibətdə ən azından neytral mövqedə dayansın.

Ancaq bu nəticənin hasil olması inandırıcı səslənmir, çünki Aİ Azərbaycanın mövqeyini nəzərə almadan regiona jandarma qüvvələri göndərib. Daha doğrusu, Aİ-nin aparıcı üzvü olan Fransa belə bir nəticəyə nail olub.

Ermənistana gəlincə, o, Aİ-nin missiyasından bir-birinin ziddində dayanan iki hədəfə çatmaq istəyir.

Birinci versiya: Ermənistan vaxt qazanaraq sürətlə Rusiyadan uzaqlaşmaq və Qərbin vasitəsilə revanş cəhdinə hazırlaşmaq niyyətindədir.

İkinci versiya: İrəvan Aİ missiyasını Rusiyaya təzyiq kimi nəzərdən keçirir və üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sərhədə gəlişini gözləyir. Yəni KTMT Ermənistan sərhədlərində xidmət aparsa, İrəvan bunu Aİ-nin missiyasından imtina edə biləcəyi əvəzedici kimi dəyərləndirir.

Lakin hər iki variant Bakı üçün məqbul deyil.

Bakı ən yaxşı halda Aİ-yə təklif edə bilər ki, iki illik monitorinq missiyası adekvat resurslarla, habelə tərəflər arasında ünsiyyət və əməkdaşlığı inkişaf etdirəcək çevik mandat kimi fəaliyyət göstərsin.

Yox, Aİ Azərbaycanın təklif edə biləcəyi proqramı nəzərə almasa, onda sərhədin fərqli istiqamətlərində hərbi hərəkətlilik ola bilər.

Xırda insidentlər böyüyüb sərhəddə eskalasiya riskini gücləndirə bilən faktora çevrilmək potensialını hələ də itirməyib.

Beləcə, Bakı danışıqların sürətindən və mahiyyətindən məyus olsa, növbəti addımını məhz hərbi manevrlə sınamağa qadirdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam