Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“KİM ÇEN ININ 10 YAŞLI VARİSİ...” –Şimali Koreyanın yeni lideri o olacaq?

Yenixeber.org: Artıq beynəlxalq KİV-lər Ju Aenin Kim Çen Inın yeni varisi olduğunu, atasından sonra Şimali Koreyanı onun idarə edəcəyini iddia etməyə başlayıblar.

Pxenyan mənbələrinə görə, 10 yaşında olduğu təxmin edilən bu qızla bağlı çox az sayda məlumat mövcuddur. Hətta onun adının Ju Ae olması belə son günlərə qədər kiçik bir ehtimal idi. Lakin bu yaxınlarda ölkənin bəzi şəhərlərində Ju Ae adının istifadəsinə qoyulan qadağa bu ehtimalın gerçəklik payının artmasına səbəb oldu.

Qərb mətbuatı yazır ki, Kim Çen In ilk dəfə qızı ilə ötən ilin noyabrında görüntülənib. Həmin vaxt Şimali Koreya lideri qızı ilə birlikdə qitələrarası ballistik raketin sınağını müşayiət ediblər.



Bir neçə ay sonra, Şimali Koreya ordusunun yaradılmasının ildönümündə həmin qız da protokolun ön sıralarında olub. Ju Ae sonuncu dəfə ötən həftənin şənbə günü atası ilə futbol matçının tribunasında görüntülənib.


Qeyd olunur ki, Ju Aenin belə gənc yaşda tez-tez görüntülənməsi Kim ailəsinin ənənəsinə ziddir. Məsələn, Kim Çen Inın ilk rəsmi fotosu 2010-cu ildə, atasının ölümündən bir il əvvəl dərc edilib. Həmin vaxt Kim Çen Inın 26 yaşı var idi.



Bununla belə, ekspertlər bu iddiaları irəli sürmək üçün hələ tez olduğunu və Şimali Koreyada liderlik kreslosunun adətən oğullar üçün ayrıldığını bildirirlər. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam