Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Hay xisləti: Zəlzələ düşməni ümidləndirib -“Türkiyə ABŞ-ın təsiri altına düşəcək, Ermənistan isə...”

 

Türkiyədə ard-arda baş verən dağıdıcı zəlzələlərin ölkəyə vurduğu ziyan, sözsüz ki, çox böyükdür. Hətta fantastikdir - istər maddi, istərsə də mənəvi anlamda. İndi qardaş məmləkətin dostları da, ənənəvi düşmənləri də onun bu yükün altından necə çıxacağını səbirsizliklə gözləyirlər. Özəlliklə də Ermənistan. Kapitulyant ölkə eyni zamanda, yeni “çəhrayı” arzularla yaşayır.

Yenixeber.org: “Məntiq onu deyir ki, zəlzələdən sonra Türkiyənin xarici siyasəti müəyyən dərəcədə ekspansionist aqressiv xarakterini itirəcək”.

Bunu erməni türkoloq-akademik Ruben Safrastyan deyib. Onun sözlərinə görə, Türkiyə öz daxili problemlərinə diqqət yetirməli olacaq.

“Türkiyə mahiyyət etibarı ilə orta dövlətdir, lakin xarici siyasətdə Ərdoğanın ambisiyalarına söykənən siyasət yürüdüb ki, mən bunu başından yuxarı tullanmaq cəhdi adlandırıram. İndi Türkiyə bu siyasətdən müəyyən qədər əl çəkəcək. Məndə belə bir ehtimal var ki, Türkiyə təbii fəlakətdən zərər çəkmiş bölgələrdə öz daxili imkanları hesabına yenidənqurma işləri apara bilməyəcək, xaricdən sərmayə qoyuluşu almağa çalışacaq. İnvestisiyaların böyük hissəsi isə ABŞ-dan gələcək ki, bu da ABŞ-ın Türkiyəyə təsirinin artacağı anlamına gələcək. Bu halda Türkiyə ABŞ üçün daha proqnozlaşdırıla bilən ölkə olacaq”, - Safrastyan iddia edib.

Ukraynadan Türkiyəyə şok ittiham - yaxşılığa cavab beləmi olur?

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli  açıqlamasında qeyd etdi ki, istək, arzular və xülyalarla yaşayan ermənilərin yenə də istəkləri ürəklərində qalacaq: “Əvvəla onu deyək ki, Türkiyə böyük dövlət, Türk böyük xalqdır! İnşallah bunu da adladacaq və daha güclü çıxacaq. O ki qaldı ermənilərin başqasının acısına, faciəsinə sevinməsinə, bu, normal insanlara xas xüsusiyyət deyil. Ermənilərlə normal toplum kimi birgəyaşayış, xoş, mehriban qonşuluq münasibətləri alınmır, mümkün deyil. İyrənc təfəkkür sahibləri ilə necə əlaqə qurasan? 1988-ci ildə Spitakda baş vermiş zəlzələdə Ermənistana ilk yardım göndərən Azərbaycan olmuşdu. Göndərdiyimiz təyyarəni vurub partlatmışdılar. Qan yardımı göndərdik, ”bizə türk qanı lazım deyil" deyərək qəbul etmədilər. Bu cür vəhşi və faşist düşüncədə olan insanlarla normal dil tapmaq çox çətindir. Özümüzü erməni təhlükəsindən daim qorumalıyıq. Erməni toplumunda genetik olaraq türk düşmənliyi var. Sovet tibb ensiklopediyasında “ermənilik” adlı xəstəlik var idi. Ermənilərin narazılığından sonra ensiklopediyadan bu xəstəlik çıxarılmışdı. Bunun özü göstərir ki, digər normal xalqlar ermənilərə xəstə, psixoloji problemləri olan toplum kimi baxıblar. İndi bunların “ağıllılarının” durub ümid bəsləməsi ki, Türkiyə bu zəlzələdən yıxılacaq və əvvəlki kimi güclü olmayacaq, nə qədər sarsaq xalq olduqlarının göstəricisidir. Bu zəlzələ türk xalqını daha güclü edəcək. Bu xalq tarix boyu çox bəlalardan, sınaqlardan üzüağ çıxıb. Türkiyə nə ABŞ, nə də heç kəsdən asılı olmaq üçün kömək istəməyəcək. Böyük lider Ərdoğan xalqını səfərbər etdi, xalq toparlandı, zəlzələdən zərərçəkən bölgələrə dəstək marafonu keçirildi və nəticədə böyük bir məbləğ yığıldı. Mən hələ kənardan dəstək verəcək dost və qardaş ölkələri demirəm. Türkiyə qısa müddətdə tam ayağa qalxacaq və bu, ABŞ və Avropanın dəstəyi olmadan baş verəcək".

Rəşad Bayramov: “Rusiya narahatdır ki, Azərbaycanla Türkiyə arasında  hərbi-siyasi müttəfiqlik sazişi imzalana bilər” » Ovqat.com

Rəşad Bayramov

AMİP Mərkəzi Şura sədri, politoloq Rəşad Bayramov Türkiyənin bu acı dönəmdən çıxmaq üçün təcrübəsinin olduğunu söylədi: “Türkiyə son 100 ilin ən ağır günlərini yaşayır. Dağıdıcı zəlzələlərin ölkəyə vurduğu ziyanın həcmi də sözsüz ki, olduqca böyükdür. İlkin hesablamalara görə zəlzələnin qardaş ölkəyə vurduğu zərərin həcmi 84 milyard dollar səviyyəsindədir. Bu, Türkiyənin ümumi daxili məhsulunun 10 faizinə yaxındır. Həmin məbləğin 70,8 milyard dolları bilavasitə yaşayış tikililərinə dəyən zərəri ifadə edir. Bundan əlavə, zəlzələ Türkiyə büdcəsini 10,4 milyard dollarlıq gəlirdən məhrum edəcək. İşçi qüvvəsinin itirilməsi isə qardaş ölkənin iqtisadiyyatına 2,9 milyard dollara başa gələcək. Yollar, elektrik şəbəkəsi, səhiyyə və təhsil müəssisələrinə dəyən zərər nəticəsində 2023-cü ildə Türkiyə büdcəsində kəsir ölkə ÜDM-nin 5,4 faizini keçə bilər. Bölgənin kənd təsərrüfatı istehsalında rolu 14,3 faiz, sənaye istehsalında isə 11,2 faizə bərabərdir. Ümumilikdə isə zəlzələ bölgəsi Türkiyə ixracatının 8,5 faizini, idxalının isə 6,7 faizini təmin edir.

Göründüyü kimi, rəqəmlər olduqca böyükdür. Amma unutmaq olmaz ki, Türkiyə də sıradan bir dövlət deyil. Söhbət qızıl və valyuta ehtiyatlarının həcminə görə dünyada 22-ci yerdə dayanan bir ölkədən gedir. Başqa sözlə, Türkiyə heç kimdən yardım almadan belə təkbaşına da bu fəlakətin nəticələrini aradan qaldırmaq gücündədir. Türkiyə çətinliklərin öhdəsindən tez bir zamanda necə gəlmək lazım olduğunu bilir, çünki ortada acı təcrübə - 1999-cu il zəlzələsi var. Qeyd edim ki, indiki zəlzələ Türkiyə iqtisadiyyatının cəmi 10%-nin cəmləşdiyi zonada baş verib. 1999-cu ildə baş vermis zəlzələ isə Türkiyə iqtisadiyyatının 35.0 faizinin formalaşdığı ərazilərdə baş vermişdi. Əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada idisə, bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollarıydısa, indi bu rəqəm 819 milyarddır. Rəqəmlər Türkiyənin bu fəlakətin də öhdəsindən gələcəyini və daha güclü Türkiyə olaraq öz layiqli yerini möhkəmləndirəcəyini göstərir.

O ki qaldı Safrastyanın dediklərinə, əvvəla, Türkiyənin apardığı siyasət ekspansionist və aqressiv siyasət deyil, əksinə, bu cür siyasət aparanların qarşısında duran və onlara hədlərini bildirən bir siyasətdir. İkinci bir tərəfdən Türkiyənin təbii fəlakətdən zərər çəkmiş bölgələrdə öz daxili imkanları hesabına yenidənqurma işləri aparması üçün nə ABŞ-ın, nə də başqa birinin yardımına ehtiyacı var.

Təbii ki, zəlzələnin nəticələri ilə bağlı istər xaricdən, istərsə də daxildən müəyyən manipulyasiyalar olacaq. Bildiyimiz kimi Türkiyədə seçkilər ilidir və sözsüz ki, zəlzələ məsələsi müxalifət tərəfindən kampaniya dövründə geniş şəkildə istifadə olunacaq. Amma nə olmasından asılı olmayaraq bütün bunlar Türkiyəni qarşısına qoyduğu hədəflərdən geri çəkindirməyəcək. Bu həm xarici siyasətə, həm də terrora qarşı mübarizəyə də aiddir".

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu qardaş ölkənin xarici siyasətində dəyişikliklərin olmayacağını ehtimal edir: “Zəlzələnin Türkiyənin xarici siyasətinə təsiri labüddür. Bunun artıq əlamətlərini gördük. Məsələn, həddən artıq gərgin olmasına baxmayaraq Türkiyə-Yunanıstan əlaqələrində bir istiləşmə müşahidə olundu, Yunanıstan Türkiyəyə ilk yardım və xilasedici göndərən ölkə oldu və bu jest istər-istəməz iki ölkə arasında əlaqələrə təsir etdi. Eyni şəkildə İsrail və Ermənistan da Türkiyəyə yardım etməklə Ankaradan təqdir və müsbət mesaj aldı. Güman olunur ki, bu, proses davamlı olacaq. Ancaq bütün bunların Türkiyənin xarici siyasətinin dəyişməsinə səbəb olacağını demək bir qədər iddialı olar. Birincisi, Türkiyə ABŞ-ın əsas müttəfiqlərindən biri olaraq qalır. Bunu Blinken də Türkiyə səfəri zamanı qeyd etdi. İkincisi, zəlzələ nə qədər emosional hisslər doğursa da, xarici siyasətin formalaşmasına zəlzələnin ciddi təsirini demək doğru olmaz. Çünki xarici siyasətdə qərar dövlətin çoxillik maraqlarına əsasən müəyyən olunur, təbiət hadisələrinə görə yox. Əlbəttə, dediyim kimi, müəyyən təsiri qaçılmazdır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu il Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Bu da istər-istəməz xarici siyasətə təsir edəcək. Ancaq nəticə etibarilə Türkiyənin xarici siyasətinin kəskin şəkildə dəyişəcəyini zənn etmirəm”. “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam