Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rusiya diplomatiyası ağlını itirib:bir səfir “Zəngəzur dəhlizi açılsın”, o biri “açılmasın” deyir...

 

“Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsində dəhliz məntiqinin əleyhinədir”.

Yenixeber.org:  Bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin 24news.am-a müsahibəsində deyib. 

“Moskva bu məsələ ilə bağlı dəfələrlə çıxış edib, heç bir dəhliz məntiqindən söhbət gedə bilməz”, - deyə o qeyd edib. Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Zəngəzur dəhlizi ilə bağlı sözlərini şərh edən Kopırkin qeyd edib ki, Bakıdakı Rusiya diplomatı, sadəcə, regionda iqtisadi, nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılmasından danışıb və diplomat həmkarını təkzib edib. “Və bu məntiqi bütün tərəflər qəbul edir”, - deyə İrəvandakı səfir əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov yerli mətbuata müsahibəsində Zəngəzur dəhlizinin açılmasının mümkünlüyünə əmin olduğunu qeyd etmişdi. “Üçlü qrup əslində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə çatıb. Bu layihənin həyata keçirilməsi üçün bütün əsaslar var. Zəngəzur dəhlizinin açılması mümkündür”, - səfir demişdi.

Ermənistandakı rus səfir isə Azərbaycandakı həmkarının açıqlaması ilə ziddiyyət təşkil edən açıqlama verib. Bəs Rusiya diplomatiyasının bu çaşqınlığının səbəbini necə izah etmək olar?

Anar Əliyev: "Azərbaycan torpaqları qaytaran kimi İran..."

Anar Əliyev 

Politoloq Anar Əliyev bildirdi ki, Rusiyanın Ermənistandakı səfiri Ermənistanla Azərbaycan arasında, bütövlükdə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin qurulmasında maraqlı olduqlarını bir daha ifadə edib. Lakin təəssüf ki, erməni mediasına verdiyi müsahibəsində səfir 10 noyabr üçtərəfli bəyanatında Rusiya Prezidentinin də imza atdığı mühüm bir məqama əks mövqe ifadə etməyə çalışıb: “Hesab edirəm ki, burada diqqət yetirilməli məqamlardan biri məhz 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndində açıq şəkildə qeyd olunan Azərbaycanın Qərb bölgələrini Naxçıvanla maneəsiz şəkildə birləşədirəcək nəqliyyat əlaqələrindən söhbət gedir. Beynəlxalq hüquqda isə maneəsiz keçid məhz dəhliz terminologiyası ilə ehtiva olunur, onunla eyni məna daşıyır. Rusiyanın Azərbaycandakı səfiri Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərində daha səmimidir, daha realdır və mövcud reallıqların şərtlərinə uyğun davranır. Amma Ermənistandakı səfirin məlum açıqlaması da ciddi narahatlığa əsas vermir. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, Laçın yoluna hansı status tətbiq ediləcəksə, Zəngəzur yoluna da eyni status tətbiq olunacaq. Çünki Zəngəzur, sadəcə, nəqliyyat əlaqələrinin qurulma vasitəsi, Laçın isə eksteritorial status daşımaqla dəhliz statusuna sahib olacaqsa, bu, Azərbaycan tərəfindən qəbul edilməyəcək. Heç bir halda belə bir razılaşmanın imzalanması da mümkün deyil. Azərbaycan Prezidenti Münhendə Azərbaycan mediasına verdiyi açıqlamada da bu məsələlər barədə qətiyyətli mövqeyi ortaya qoyub. Ermənistanın üzərindən oyunlar qurmaq istəyən tərəflər bu reallığı dərk eləyib fikirlərini bu istiqamətdə bəyan edəcəklər. İndiki halda Rusiya tərəfinin bir-birinə uyğun gəlməyən açıqlamalar verməsi isə Ermənistanın son dövrlər Avropa İttifaqı meylli siyasət yeritməsinə cavab olaraq atılan addımdır. Rusiya tərəfi bir tərəfdən Ermənistanı sıxır, o biri tərəfdən Ermənistanın könlünü almaq üçün müəyyən güzəştli bəyanatlar səsləndirir. Amma Rusiya tərəfi də gözəl anlayır ki, Ermənistanın siyasi hakimiyyətinə etibar etmək və onlara arxalanaraq hər hansı qərar qəbul etmək mümkün deyil. Ermənistan istənilən an xəyanət etməyə, manevrlər edərək mövqe dəyişikliyi etməyə hazırdır. Bunu Rusiya tərəfi, Qərb də çox gözəl bilir. Ona görə də hesab edirəm ki, indiki zamanda Ermənistan tərəfinin iki əks mövqeyə sahib güclər arasında manevr etməklə əsas məqsədi də bu güclərdən öz maraqları naminə istifadə etmək cəhdidir”.

Politoloqun sözlərinə görə, Rusiya çox gözəl anlayır ki, bölgədə münasibətlərin tənzimlənməsinə Moskva tərəfindən ciddi töhfə verilməyəcəksə, bu boşluğu doldura biləcək Qərb qüvvələri hər an mövqe ələ keçirməyə hazırdır: “Rusiyanın edə bilməyəcəklərini Qərb öz üzərinə götürəcəksə, bu, Rusiyanın Cənubi Qafqaz maraqları üçün çox ciddi problemlər yarada bilər. Rusiyalı diplomatlar arasında bunun fərqində olanlar çoxdur və lakin fərqində olmayanlar da var. Çaşqınlığın və bir-biri ilə ziddiyyət təşkil edən açıqlamaların verilməsinin səbəblərindən biri də budur. Eyni zamanda həmin açıqlamalar həm də manevr imkanları yaradılmasına hesablanıb”.“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam