Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Türkiyə Ermənistana rədd cavabı verdi -Əvvəl Zəngəzur dəhlizi, sonra sərhəd…

Türkiyə Ermənistana rədd cavabı verdi - Əvvəl Zəngəzur dəhlizi, sonra sərhəd…

Türkiyədə baş vermiş zəlzələdən sonra Ermənistanla sərhədlərin açılması məsələsi yenidən gündəmə gəlib. İrəvandan göndərilən humanitar yardımın zəlzələ bölgəsinə çatdırılması üçün sərhədlərin 35 ildən sonra açılması, ardınca Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfəri münasibətlərdə yeni mərhələnin başlanması kimi qiymətləndirilir.

Yenixeber.org: Ermənistanda bəzi siyasətçilər düşünür ki, son hadisələrdən sonra iki ölkə arasında sərhədlərin açılması tezliklə reallaşacaq. Onların iddiasına görə, Türkiyənin Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbi yenidən gündəmə gəlməyəcək.  

Bəs bu məqamda Türkiyə rəsmiləri nə düşünür? Ankara Ermənistanla sərhədləri açmağa hazırdırmı? 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, Azərbaycan və Ermənistan arasında problemlər həll olunmayana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq: 

“Bizim əvvəlcə əsas şərt olaraq qoyduğumuz Zəngəzur dəhlizi məsələsi hələ də aktivdir. Türkiyə artıq bir neçə dəfə bildirib ki, Zəngəzur dəhlizi açılmayana qədər sərhədlər açılmayacaq. Bununla bağlı hər hansı müsbət cavab görməsək, Türkiyə tərəfindən addım olmayacaq.  

Masada Azərbaycanın olmamağına baxmayaraq, onun istədikləri baş tutmasa, Türkiyə-Ermənistan arasında sərhədlər açılmayacaq. Türkiyənin mövqeyi bu şəkildədir, dəyişən heç nə olmayacaq”.   

AKP-ni təmsil edən deputat qeyd edib ki, indiki məqamda sərhədin açılması ən çox Ermənistan üçün vacibdir: 

“Bunun olmasını istəyirlərsə, Azərbaycanın əsas şərtlərini yerinə yetirməlidirlər. Bu mövzuda mütləq Ermənistan Türkiyəyə inam verməlidir. Əks təqdirdə iki ölkə arasında sərhədin açılması mümkün deyil. Əlbəttə, sərhədlərin açılması Ermənistan üçün faydalı olacaq. Eyni zamanda bu addım Ermənistandakı vəziyyətin normallaşması üçün də vacibdir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam