Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

PAŞİNYAN ÜÇÜN SEÇİM ANI – İrəvan qətiləşdirməlidir:sülh, yoxsa müharibə istəyir?

Yenixeber.org: Azərbaycan Prezidentinin çıxışında iki prinsipial məqam yer alıb.

Birincisi, İlham Əliyev dəhlizlər üzərində suverenlik prinsipini təklif etdi. Hansı ki, bu, ötən ilin yayında Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Avropa ittifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən də səsləndirilmişdi. 

Dövlət başçısı bildirib ki, sərhədlərin delimitasiyası haqqında danışılırsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. “Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. İlkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur”, - qeyd edib.

Bu təklifin səsləndirilməsi 10 noyabr razılaşmasının faktiki olaraq işə yaramadığının elanıdır.

Əvvəla, müharibənin bitməsindən keçən 27 ay ərzində Moskva münaqişənin həllinə nail olmayıb, üçətərəfli bəyanatın əsas müddəaları yerinə yetirilməyib. Qarabağdakı silahlı birləşmələr çıxarılmayıb, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında kommunikasiyanın qurulması istiqamətində ilkin addım belə atılmayıb. Ermənistan qəti şəkildə buna qarşı çıxır, habelə Avropa İttifaqı müşahidəçilərini sərhədə gətirməklə dəhlizin nə Azərbaycana veriləcəyini, nə də Rusiyaya ona nəzarət imkanı yaradacağını əyani şəkildə göstərir.

Azərbaycan isə öhdəliklərinə sadiq qalıb, iki ildən çox müddətdə Laçın yolundan qanunsuz fəaliyyətlərə dözüb. Bu müddətdə Rusiya və Ermənistan bölgənin hərbləşdirilməsi üçün əllərindən gələni edib. Moskva Bakının bu səbrini düzgün dəyərləndirmədi və Xankəndində növbəti planını - Vardanyan kartını işə saldı. Bu, Azərbaycanın səbrini daşıran son damla oldu və Laçın yolunda dinc etiraz aksiyalarına şərait yaradıldı.

Münhendə sərhədlərə nəzarətlə bağlı səsləndirilən təklifə Rusiyanın mövqeyi aydın deyil.

Qeyd edək ki, Laçın rayonu ilə Ermənistanın dövlət sərhədi hazırda Rusiya sülhməramlılarının nəzarətindədir. Prezident İlham Əliyev sərhəd-buraxılış məntəqəsi quracağını bəyan edirsə, demək, ona hər hansı müqavimət gözləmir. Bir müddət əvvəl Moskvaya Laçın yolunda hərəkətə birgə nəzarət təklifi verilib, amma əsas məsələ yola daxil olan yüklərin və insanların yoxlamadan keçməsidir. Yəqin ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfəri zamanı müzakirə olunacaq əsas mövzulardan biri bu olacaq.

Prezidentin Münhendə səsləndirdiyi ikinci mühüm məsələ Rusiyanın Qarabağa göndərdiyi milyarder Ruben Vardanyanın Xankəndindən çıxarılması ilə bağlıdır. Qərbin sülh təkliflərində Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi və onlara beynəlxalq qarantiyalar məsələsi qaldırılır. Ermənistan isə bu məsələni hətta Azərbaycanla imzalayacağı sülh müqaviləsinə salmaq istəyir. 

İlham Əliyev bəyan etdi ki, Vardanyanın bölgədən çıxarılmasından sonra Bakı yerli Qarabağ ermənilərilərinin nümayəndələri ilə danışmağa hazırdır. Erməni milyarderin Kreml tərəfindən idarə olunması məntiqlə Qərb və Ermənistanın bu təklifə müsbət yanaşma göstərməsini diqtə edir. Amma onların Vardanyana qarşı hansı təsir mexanizmləri var, bu araşdırılmalıdır. Qeyd edək ki, Paşinyan hökumətinin Qarabağ ermənilərinə, onların separatçı rəhbərlərinə siyasi, iqtisadi təsir rıçaqları mövcuddur.

Beləliklə, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına mane olacaq səbəbləri aradan qaldırmağı təklif edir. Qərbin mövqeyi də bundan yanadır. 

Bəs Paşinyan hökuməti nə edəcək? 

Prezident İlham Əliyevin açıqlamasından məlum olur ki, Baş nazir Paşinyan Blinkenlə görüşdə bu təkliflərə müsbət və ya mənfi cavab verməyib. Amma Münhendə jurnalistlər qarşısına keçərək Laçın yolu ilə Zəngəzur dəhlizinin eyniləşdirilməsinə qarşı çıxıb. İddia edib ki, 10 noyabr bəyanatı ilə Azərbaycan üzərinə öhdəliklər götürüb və bu səbədən Rusiya sülhməramlıları ilə birlikdə yolda hərəkətin təhlükəsizliyinə, maneəsiz hərəkətə cavabdehdir. 

Amma digər tərəfdən, Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli sənəddə Ermənistanın götürdüyü öhdəliyi “unudur”.

Hazırda top Ermənistanın meydanındadır, Qərb isə ədalətli hakim olarsa, Paşinyan hökumətinə cığallıq etməyə imkan verməyəcək. Necə ki, Baş nazir əvvəlcə Münhen konfransında Azərbaycan lideri ilə görüşməyə, Cənubi Qafqaz panelində iştirak etməyə razılıq verməmişdi. Amma ABŞ, Avropa İttifaqının təzyiqi ilə masada oturmağa məcbur oldu. Paşinyanın dəyişkən mövqeyi qeyri-müəyyənlik dövründə işinə yarayır, amma bu dəfə beynəlxalq güclər də sülh müqaviləsinin imzalanmasını, ortaya konkret mövqe qoyulmasını diqtə edir.

Ermənistan rəhbəri vəziyyətini düzgün qiymətləndirə biləcəksə, prosesi irəli aparacaq. Əks təqdirdə, Qərbdə qazandığı dividentləri də sürətlə itirərək ölkəsini yeni, qaçılmaz məğlubiyyətlə üz-üzə qoyacaq. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam