Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

İran indi də Təbrizdəki konsulluğumuzu hədəf aldı -Təhlükəli ÇAĞIRIŞLAR

 İranda Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması çağırışı edilib.
Yenixeber.org: Azərbaycana qarşı iddiaları ilə tanınan iranlı ekspert Bərhan Heşməti “Səhər tv”-də çıxışı zamanı Təbriz konsulluğunun bağlanmasına çağırıb.
“Əgər Tehranı təhlükəli hesab edir və səfirliyi boşaldırlarsa, onda Təbrizdəki konsulluğu da tez boşaltsınlar. Təbriz ondan da təhlükəli ola bilər”, - Heşməti deyib.
İranlı ekspert “Təbrizdəki konsulluğun ziyanlı hərəkətlərinin təfərrüatlarını bilirik” iddiası ilə Cənubi Azərbaycandakı soydaşlarımıza dəstək məsələsinə işarə edib.
Bu fikirlər Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna qarşı da təhlükəli addımların atıla biləcəyi riskini artırır. Tehranda Azərbaycan səfirliyinə terror aktından öncə hücumun edilməsi ilə bağlı çağırışlar səsləndirilmişdi. İndi hədəfdə Təbrizdəki Baş Konsulluq ola bilər.

Video üçün link: https://t.me/publika_az1/5827


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam